Bakı-Gəncə qatarında yenilik edilib
Avqustun 10-dan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəsmi saytından Bakı-Gəncə-Bakı istiqaməti üzrə hərəkət edən sürətli sərnişin qatarına onlayn rejimdə alınmış biletlər avtomatik olaraq elektron qeydiyyatdan keçirilmiş olacaq.
"Report" ADY-yə istinadən xəbər verir ki, bununla da sərnişinlərin gediş-gəliş biletini onlayn sifariş etdikdən sonra kassalara yaxınlaşmasına ehtiyac qalmayacaq.
Sərnişinlərin elektron biletlərinin (mobil elektron cihazlarda və ya çap olunmuş şəkildə kağız daşıyıcılarda) qeydiyyatını qatara minik zamanı xüsusi aparat vasitəsilə sərnişin vaqonunun bələdçiləri yoxlayacaq. Elektron biletin satışı qatarın yola düşməsinə 1 saat qalmış dayandırılır, lakin sərnişinlər bilet kassasına yaxınlaşaraq əvvəlki qaydada gediş biletini əldə edə bilərlər. Qatarın yola düşməsinə 1 saatdan çox vaxt qaldıqda sərnişin bileti şəxsi kabinetindən geri qaytarma qaydalarına əsasən geri qaytara bilər.
Yaşı 18-dən yuxarı olan sərnişinlərdən qatara minik zamanı şəxsiyyəti təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, hərbi bilet, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd), eləcə də peyvənd əks-göstəriş və ya immunitet sertifikatı, 16 yaşadək sərnişinlərdən (uşaqlardan) isə doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi təqdim etmələri tələb olunur.
Sərnişinlərə qatarın yola düşməsinə 30 dəqiqə qalanadək minik stansiyası və dayanacaqlara gəlmələri tövsiyə edilir. Bu, sərnişinlərin gediş sənədlərinin (elektron biletlərinin), peyvənd, əks-göstəriş və ya immunitet sertifikatlarının yoxlanışı prosedurunun tezləşdirilməsi, sərnişinlərin qatara gecikməsinin qarşısını alınması və qatarın qrafik üzrə hərəkət etməsi məqsədini daşıyır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1169 Tarix: 08 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabr