"Sumqayıt"dan ayrılan futbolçu: "Azərbaycanda ödənişi vaxtında edirlər"

"Sumqayıt"dan ayrılan futbolçu: "Azərbaycanda ödənişi vaxtında edirlər""Maaş baxımından Rusiya Premyer Liqası ilə ancaq "Qarabağ"ı müqayisə etmək olar. Digər klublarda aşağı-yuxarı I divizion səviyyəsində şərtlər təklif edilir. Ancaq orada hər şey stabildir və ödənişi vaxtında edirlər".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"dan ayrılan Cəmaləddin Xocaniyazov "RİA Novosti"yə müsahibəsində deyib.

Hazırda klubsuz olan 26 yaşlı yarımmüdafiəçi "gənclik şəhəri" təmsilçisindən ayrılmasının səbəbini açıqlayıb: "Klubla müqaviləni ləğv etdik. Mənə qalmağı təklif etdilər, lakin evdən ötrü darıxdığım üçün vidalaşmaq qərarına gəldim. "Sumqayıt"da iki ildən çox vaxt keçirdim. Məncə, bu qədər kifayətdir. Hazırda formada qalmaq üçün Rusiya Premyer Liqasında çıxış edən komandanın düşərgəsində məşq edirəm. Amma hansı klub olduğunu deməyəcəyəm".

Xocaniyazov Rusiya Premyer Liqasında və FNL-də oynamaq üçün hazır olduğunu söyləyib: "Məşq etdiyim komanda ilə danışıq aparırıq, ancaq hələlik konkret nəsə yoxdur. Başa düşürəm ki, belə məsələlər tez həll olunmur".

Yarımmüdafiəçi "Sumqayıt"a keçidini də xatırlayıb: "Həmin dönəmdə ardıcıl olaraq bir neçə zədə aldım. Sonra çoxdan tanış olduğumuz klub prezidentindən (Riad Rəfiyevi nəzərdə tutur – red.) təklif aldım. Məni əvvəlcə bir il "Sumqayıt"da oynamağa dəvət etdi, sonra daha bir il qaldım. Düzünü desəm, gözləntilər əvvəlcə orta idi. Yerli liqa barədə az şey bilirdim və heç vaxt izləmirdim. Avropada tez-tez çıxış edən "Neftçi" və "Qarabağ" haqqında məlumatlı idim. Amma reallıq gözləntilərimi üstələdi. Azərbaycanda çox yaxşı oyunçular, keyfiyyətli legionerlər var. Həm orada əla şərait qurulub. Bazalar, meydançalar - hər şey yüksək səviyyədədir".

Qeyd edək ki, Cəmaləddin Xocaniyazov 2019-cu ilin avqustunda "Sumqayıt"a keçib. O, Türkmənistanda doğulmuş uyğur əsilli futbolçudur. Xocaniyazov Rusiya vətəndaşıdır.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1387   Tarix: 08 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib

Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr

24 oktyabr
.

"Barselona" "Ştutqart"ın futbolçusu Finn Yelçlə maraqlanır

İspaniyanın "Barselona" klubu Almaniyanın "Ştutqart" komandasında çıxış edən Finn Yelçi heyətinə qatmaq niyyətindədir. "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 20 yaşlı müdafiəçini bir neçə aydır izləyir və onun növbət

20 oktyabr
.

"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca

20 oktyabr
.

"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb

Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb. Xatırladaq ki, "Qalatasaray"

22 oktyabr
.

Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda

20 oktyabr
.

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb

"İmişli" baş məşqçisi Fərid Namazovla yolları ayırıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib

13 oktyabr
.

"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu

"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile

19 oktyabr
.

"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq

"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu

17 oktyabr
.

Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?

Formula-1 üç onillikdən çox müddətdən sonra ilk dəfə Afrikaya qayıdacaq. Ruanda yarışın keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb. Yeni ixtisaslaşmış avtomobil trası ölkənin paytaxtı Kiqalidən cənubda, Buqesera rayonund

14 oktyabr