FTB Trampın evində axtarış aparır
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ölkənin keçmiş prezidenti Donald Trampın evində axtarış aparır.
Bu barədə Trampın tərəfdaşlarının "Twitter"dəki səhifəsində dərc olunmuş bəyanatında deyilir.
"Florida ştatının Palm Biç şəhərindəki Mar-a-Laqo iqamətgahındakı gözəl evim hazırda axtarış aparan FTB tərəfindən mühasirəyə alındığı üçün millətimiz üçün həqiqətən qaranlıq dövrlər başlayır", - deyə Tramp yerli nəşrlərdən birinə bildirib.
"The New York Times" vəziyyətlə tanış olan mənbələrə istinadən yazır ki, FTB Trampın evində eks-prezidentin Ağ Evi tərk etdikdən sonra özü ilə apardığı sənədlərə görə axtarış aparır. Qəzetin yazdığına görə, sənədlərdə məxfi məlumatlar ola bilər.
Nəşr bildirir ki, ABŞ Milli Arxivi bir neçə ay ərzində 15 qutu sənədin geri qaytarılmasını tələb edib və bu sənədlərin məhv edilməsi təhlükəsi olduğuna görə FTB-yə müraciət ünvanlayıb. Qəzet yazır: "Cənab Tramp prezidentliyi dövründə hökumət arxivlərində saxlanılması nəzərdə tutulan rəsmi sənədləri məhv etməklə məşhurdur".
Trampın sözlərinə görə, axtarış barədə ona heç kim məlumat verməyib. O deyib ki, axtarış əhəmiyyətsiz olub. Tramp FTB-ni prosedurları pozmaqda, radikal-solçu demokratları (ABŞ Demokratik Partiyası) isə hüquq-mühafizə orqanlarından silah kimi istifadə etməkdə ittiham edib. Sabiq dövlət başçısı deyir ki, demokratlar onu 2024-cü il prezident seçkilərində istəmirlər./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 625 Tarix: 09 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayın qaranlıq tərəfi artıq sirr deyil - Yeni görüntülər
2026-cı il aprelin 6-da "Artemis II" missiyasının astronavtları Ayın ətrafında uçuş həyata keçirib. Ölkə.az xəbər verir ki, onlar indiyədək insan gözü ilə görülməmiş bəzi bölgələri müşahidə ediblər. Astronavtlar gördüklərini fotoşəkillərlə sənədləşdiriblər. Paylaşılan görüntülər Ayın az tanına
8 aprelOkean dibində Yer kürəsinin gizli "qızıl mətbəxi" - Sirri açıldı
Yeni araşdırma göstərir ki, okean adası qövslərinin dərinliyində qızılın toplanması tək mərhələli proses deyil, su ilə zəngin mantiyanın yüksək temperaturda təkrar-təkrar əriməsi nəticəsində baş verir. Okean dibinin altında Yer kürəsinin "qızıl mətbəxi" fəaliyyət göstərir. Qaynarinfo xəbə
8 aprelBəşəriyyət yazını bir neçə dəfə yenidən "kəşf edib": Bunun səbəbi nə idi?
Müasir elmi məlumatlara görə, insanlar ən azı 130 min il əvvəl danışıq dilinə malik olsalar da, yazı sistemi yalnız təxminən e.ə. 3200-3500-ci illərdə ortaya çıxıb. Qaynarinfo xəbər verir ki, bu barədə "IFL Science" yazır. İlk yazı sistemi - mixi yazısı. Ən qədim yazı nümunələrindən biri Mesopotamiyada
7 aprelÖlçüsü Seul qədər, okeandan 10 dəfə daha duzlu: Bu unikal göl nədir?
Yer üzündə ən aşağı nöqtə hesab edilən, dəniz səviyyəsindən 427 metr aşağıda yerləşən Ölü dəniz "dənizin içində dəniz" kimi tanınır. Onun suyu təxminən 30 faiz duzdan ibarətdir və duzluluq səviyyəsi okeanlardan təxminən 10 dəfə yüksəkdir. Qaynarinfo xəbər verir ki, bu barədə "Discove
10 aprelİran İsraili atəşkəsi pozmaqda rəsmən ittiham etdi
İranın xarici işlər naziri Abbas Əraqçı Pakistan ordusunun komandanı Asim Munirlə telefon danışığında İsrailin atəşkəs rejimini pozmasını müzakirə edib. "RIA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, tərəflər gələcə
8 aprelHindistanda sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər var
Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında sərnişin avtobusu xəndəyə aşıb, ölənlər var. "Report"un məlumatına görə, bu barədə "Reuters" yerli mətbuata istinadən xəbər verib. Mənbələrin məlumatına görə, qəza zamanı avtobusda ikisi uşaq olmaqla 22 sərnişin olub. "Rəsmilə
5 aprelABŞ-İran atəşkəsindən sonra Hörmüz boğazından ilk gəmi keçdi
ABŞ və İran arasında ikihəftəlik atəşkəs elan edilməsindən sonra ilk gəmi Tehranın icazəsi ilə Hörmüz boğazından keçib. xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərb
8 aprelKİV: İran İsrailin elektrik stansiyalarını hədəf siyahısına əlavə edib
İran və dəstəklədiyi silahlı qruplar İsraildəki iki böyük elektrik stansiyasını potensial hədəflər siyahısına əlavə edib. "Report"un məlumatına görə, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadən xəbər verib. Onların məlumatına görə, İsraili təmin edən iki böyük elektrik stansiyas
5 aprel