Nüvə danışıqları: "Yekun" mətnin "sirri" – TƏHLİL

Nüvə danışıqları: "Yekun" mətnin "sirri" – TƏHLİLİranın nüvə proqramının dinc məqsədlər üçün istifadə edilməsinə dair 2015-ci ildə qəbul edilmiş razılaşmanın (Birgə Hərtərəfli Fəaliyyət Planı) bərpasına dair diplomatik çək-çevirlər davam edir.

Danışıqların yenidən zühur etməsi bu yaxınlarda İranın nüvə silahı hazırlaması üçün resursunun olduğunu deməsindən sonraya təsadüf edir.

Beynəlxalq mətbuatda çıxan informasiyaların, yazılan təhlillərin, verilən rəsmi açıqlamaların ruhu isə göstərir ki, İrana öz ambisiyasından müvəqqəti də olsa geri çəkilməsi üçün təsirlər göstərilib, Qərb də Tehranın bəzi tələbləri qarşısında jest göstərməyə hazırlaşır.

Bunun izləri Vyanada keçirilən danışıqların xarakterinə hopub, nüvə sazişinin yenilənməsi üçün "yekun" mətnin hazırlanması fikri diplomatik məkanda aktuallıq qazanıb.

Danışıqlar Avropa İttifaqının vasitəçiliyi ilə keçirilir və müzakirələrdə Rusiya, Böyük Britaniya, Fransa, Çin və İran təmsilçiləri iştirak edirlər.

ABŞ isə danışıqlarda birbaşa iştirak etmir, hərçənd ki, Vaşinqtonu təmsil edən diplomatlar da Vyananı "su yoluna" döndərirlər və son müzakirələr də elə iki ölkə diplomatları arasında baş tutur.

Yuxarıda yekun anlayışını ona görə dırnağa aldıq ki, ortada hələ belə bir mətn yoxdur, ola bilsin ki, ümumi və konseptual razılıq əldə edilib. Lakin həmin ümumi yanaşmanın detallarını işləyib-hazırlamaq əməlli zaman aparacaq və gərgin diplomatik-siyasi danışıqlardan sonra baş tutacaq.

İranla şifahi sövdələşmə ABŞ rəhbərliyinə çatdırılmalıdır və yeni sazişin bağlanması üçün də Vaşinqton öz səylərini danışıqların tərəfi olan digər ölkələrlə də birləşdirməlidir.

Müzakirələrin rəngini qaraldan danışıqların tərəfi olmayan, kənar qüvvə İsraildir, Təl-Əvivin Tehrana qarşı qətiyyətli dirənişi danışıqların mahiyyətini mürəkkəbləşdirir.

İsrail iki ay öncə İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin 2004 və 2005-ci illərə aid bir neçə sənədini nüvə araşdırmalarından sistemli şəkildə yayınmaq üçün oğurladığını ictimailəşdirmişdi.

İsrail hər vəchlə sübut etməyə çalışır ki, bağlanacaq istənilən saziş Tehranın xeyrinədir və İrana nüvə silahı qazandıracaq əsaslardır.

Keçən iki ay bu sənədlərlə İrana təzyiq mexanizmləri yaratmaq üçün istifadə edildi, lakin İranın nüvə silahı əldə etmək ehtimalı ortaya çıxandan sonra həmin fayllar seyfə qoyularaq ağzı bağlanmış kimi görünür.

Məsələn, Avropa İttifaqında belə mövqe var ki, İranın bir neçə obyektində aşkar edilən qeyri-müəyyən uran izlərinin araşdırılması Beynəlxalq Atom Enerjisi Agentliyinin səlahiyyətində olan texniki məsələdir və bunun 2015-ci il sazişinin bərpası üçün aparılan danışıqlarla əlaqəsi yoxdur.

Üstəgəl, Tehran uran izlərinin mənşəyi ilə bağlı tutarlı cavablar verərsə, Agentliyin Rəhbərlər Şurası nüvə materialına dair araşdırmanı bağlayan qətnamə qəbul edə bilər.

Birbaşa olmasa da, bu, İsrailin tələblərinin nisbətən arxa plana atılması anlamına gəlir, hərçənd ki, Təl-Əviv bundan sonra İranı ifşa etməkdən vaz keçməyəcək.

Qərbin çəkicini Rusiya, Çin və İran üzərinə qaldırması bu üç ölkənin nüvə sazişi mövzusunda platforma yaratmasını aktuallaşdırır, amma istər Pekin, istərsə də Moskva Tehranın nüvə silahına malik olmasını istəmirlər.

Bu istək Qərbə sərf edir, İsrail üçün nisbi nikbinlik, Tehran üçün isə bədbinlikdir.

2015-ci il sazişinin canlandırılmış variantının qüvvəyə minməsi qarşılıqlı göz yummalar, tərəflərin bir-birindən əhəmiyyətli zəmanətlər istəməsi ilə baş tuta bilər. Həmin qarşılıqlı güzəştlər məqbul hesab edilsə, İran nüvə təsisatlarının təftişinə heç bir əngəl yaratmamalıdır və şəffaflıqdan yayınan addımlardan çəkinməlidir.

Qərb isə istədiyi zaman sazişi tərk etməyəcəyinə və İrana qarşı sanksiyaları qaldırmağa zəmanət verməlidir./oxu.a


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 973   Tarix: 09 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr