"WhatsApp"dan istifadəçiləri arxayınlaşdıracaq iki funksiya
Məşhur mesajlaşma proqramı "WhatsApp" istifadəçinin məxfiliyini artırmaq üçün bir neçə yeni funksiya hazırlayır.
Bunlardan biri istifadəçinin artıq ehtiyac duymadığı qrupları "səssizcə" tərk edə bilməsi ilə bağlıdır. Hazırda çatı istifadəçilərdən biri tərk etdikdə bütün iştirakçılar bununla bağlı məlumatı görürlər. Bu isə bəzi hallarda narahatlığa səbəb olur. Ancaq yeni funksiya ilə istifadəçi ictimai qrupdan sıxılmadan çıxa biləcək.
Bundan əlavə, "WhatsApp" istifadəçilərə mesajların skrinşotlarını çəkməsini qadağan edən funksiya hazırlayır. Artıq bir dəfə baxdıqdan sonra yoxa çıxan "birdəfəlik" ismarışların surətini çıxarmaq mümkün olmayacaq. Şirkət qeyd edib ki, bu funksiya hələlik sınaq mərhələsindədir.
Qeyd edək ki, bundan əvvəl "WhatsApp"da istifadəçilərə telefon nömrələrini qrup üzvlərindən gizlətməyə imkanı verəcək funksiyanın sınaqdan keçirildiyi barədə məlumat verilmişdi. Yeniliyə əsasən, qrupa qoşulduqda istifadəçi onun telefon nömrəsini kimin görəcəyini özü seçə biləcək. İlkin olaraq, nömrə bütün qrup üzvlərindən gizlədiləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1042 Tarix: 09 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabr