Azərbaycan və Əlcəzair XİN başçılarının görüşü olub - YENİLƏNİB + VİDEO

Azərbaycan və Əlcəzair XİN başçılarının görüşü olub - YENİLƏNİB + VİDEOAzərbaycan Xarici İşlər Nazirliyi XİN başçısı Ceyhun Bayramovla Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamranın görüşü ilə bağlı məlumat yayıb.

Bildirilib ki, təkbətək görüşdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə nazirlər arasında geniş tərkibdə görüş keçirilib.

Ceyhun Bayramov qonağı salamlayaraq, Əlcəzairin müstəqilliyinin 60 illiyi münasibətilə səmimi təbriklərini çatdırıb. Nazir Azərbaycanla Əlcəzair arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb. İki ölkə arasında siyasi dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyətindən danışan nazir 2019-cu ilin oktyabr ayında Əlcəzairin keçmiş Prezidenti Abdelkader Bensalahın Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana tarixi səfərini və Azərbaycan Respublikasının Prezidenti ilə görüşünü, 30 iyun – 1 iyul 2022-ci il tarixlərində Əlcəzairin Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirakını, habelə Qoşulmama Hərəkatının Gənclər Sammittində Əlcəzair nümayəndəsinin iştirakını məmnunluqla qeyd edib.

Ramtan Lamamra səmimi qəbula görə minnətdarlığını bildirib və ölkələrimiz arasında mövcud siyasi dialoqun və ikitərəfli təmasların intensivliyinin qorunub saxlanılmasının vacibliyini qeyd edib. Xarici İşlər Nazirlikləri və ölkələrimizin müxtəlif qurumları arasında dialoqun daha da genişləndirilməsi, energetika və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, icmalar arasında dostluq qruplarının yaradılması kimi məsələlərə vurğu edib. Lamamra Əlcəzairin Qoşulmama Hərəkatının təsisçi üzvlüyündən və sədrlikləri dövründə fəaliyyətlərindən bəhs edib, 2019-cu ildən etibarən Azərbaycanın sədrliyi çərçivəsində ölkəmizin irəlilətdiyi təşəbbüslərin əhəmiyyətli olduğunu bildirib. Yaxın Şərqdə gedən siyasi proseslər, Ərəb Dövlətləri Liqası və Afrika Birliyi çərçivəsində görülən işlər barədə məlumat verib. Beynəlxalq müstəvidə hər bir problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacib olduğunu bildirib.

Ceyhun Bayramov qarşı tərəfə Ermənistan 30 il ərzində ölkəmizə qarşı təcavüzü, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərin yenidən qurulması, sülh quruculuğu ilə bağlı Azərbaycan tərəfindən görülən genişmiqyaslı işlər barədə ətraflı məlumatı qonağın diqqətinə çatdırıb. Ermənistanın öhdəliklərinə zidd olaraq apardığı fəaliyyət və sülh quruculuğuna törətdiyi maneələr barədə məlumat verilib. Əlcəzairin ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsini birmənalı olaraq dəstəklədiyi və bu mövqeyini beynəlxalq təşkilatlar, o cümlədən müxtəlif qətnamələrin qəbulu zamanı nümayiş etdirdiyi vurğulanıb.

Dövlətlərimiz arasında ikitərəfli çərçivə ilə yanaşı, çoxtərəfli beynəlxalq və regional formatlarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Görüşdən sonra, nazirlərin "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Əlcəzair Xalq Demokratik Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Protokol"un və "Azərbaycan Respublikası Hökuməti və Əlcəzair Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında Saziş"in imzalanma mərasimi keçirilib.

Daha sonra mətbuat brifinqində Nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış ediblər.

12:24

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın təkbətək görüşü başa çatıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd edilib ki, hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 610   Tarix: 10 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr