Putinin NATO-dakı DOSTLARI kimlərdir? - Amerikalı diplomat SİRLƏRİ AÇDI
ABŞ-ın NATO-dakı keçmiş nümayəndəsi İvo Daalder bildirib ki, Rusiya Prezidenti Vladimir Putin NATO üzvü olan ölkələrin iki lideri ilə dostdur. Onun sözlərinə görə, onun təkcə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla deyil, Macarıstanın baş naziri Viktor Orbanla da isti münasibətləri var.
Publika.az xəbər verir ki, bu barədə "Politico"da məqalə dərc edilib.
Putinin ortaq dil tapmağı bacardığı şəxslər arasında İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin də adı çəkilir.
Eyni zamanda, amerikalı diplomat qeyd edib ki, Rusiya Prezidentinin bütün bu dostları arasında yalnız Rəcəb Tayyib Ərdoğan digər NATO ölkələri ilə xidmətdə olan Qərb avadanlıqlarından istifadə etmək əvəzinə, Moskvadan təkmil hava hücumundan müdafiə raketləri almağa qərar verib.
ABŞ Prezidenti Co Bayden bildirib ki, Birləşmiş Ştatlar transatlantik müttəfiqliyə sadiqdir və Rusiyanın hərəkətləri fonunda arzu olunan gələcək yaratmaq üçün müttəfiqlərlə işləməyə hazırlaşır. O, Vaşinqtonun müttəfiqlərinin təşkilata bağlılığının indi "həmişəkindən daha güclü" olduğunu vurğulayaraq, NATO-nu "vacib olmayan ittifaq" adlandırıb.
NATO-nun baş katibi Yens Stoltenberq də öz növbəsində alyansın Rusiya ilə əməkdaşlığı dayandırmaq məcburiyyətində qalmasından təəssüfləndiyini bildirib . Onun sözlərinə görə, təşkilat Moskva ilə dialoqa açıq qalmaqda davam edir və mövcud riskləri azaltmağa, eləcə də gərginliyin artmasının qarşısını almağa çalışır.
O, həmçinin bildirib ki, "Rusiya bu humanitar fəlakətə görə tam məsuliyyət daşıyır. Moskva dərhal hərbi əməliyyatları dayandırmalı və Ukraynanı tərk etməlidir".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1146 Tarix: 10 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşanmasını qeyd edən qadın gəlin paltarını yandırdı
Böyük Britaniyada 17 illik evliliyinə son qoyan Kirsti Henşou boşanmasını qeyri-adi şəkildə qeyd edib. O, rəfiqələri ilə təşkil etdiyi məclisdə gəlinliyini və keçmiş həyat yoldaşı ilə çəkdirdiyi fotoları yandırıb. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb
18 oktyabrMarko Rubio Özbəkistana səfərə gedib
ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib. "Report" bu barədə " "a istinadən xəbər verir. Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslə
19 oktyabrİqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu
Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları
19 oktyabrPezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil
İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakir
18 oktyabrNetanyahu Türkiyə ilə müharibəyə başlayır -KİV
İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə mümkün hərbi qarşıdurma məsələsinə münasibət bildirərək, Ankara ilə birbaşa münaqişənin qarşısını almağa çalışdığını açıqlayıb. "C14 News"-a istinadən xəbər verir ki, Netanyahu İsrailin Türkiyənin Suriyadakı hərbi mövcudluğunun genişlənməsin
19 oktyabrTramp İrana qarşı əməliyyatları davam etdirməyə hazır olduğunu bildirdi
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin başa çatdırılması istiqamətində sərt mövqeyini davam etdirir. Oktyabrın 18-də Tramp İrana qarşı əməliyyatlarla bağlı "işi sona çatdırmaq" mesajı verib. Reuters-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi isə bu bəyanat
19 oktyabrYer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ
19 oktyabr