"Azərbaycan-Türkiyə münasibətləri keyfiyyətcə yeni müstəviyə qalxıb" - Aydın Hüseynov
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları keçirilir. Konya şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.
Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş dünyaya bir dahaiki qardaş ölkənin əlaqələrinin müttəfiqlikdən də yuxarı statusda olduğunu sübut edib:
"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Türkiyə münasibətləri keyfiyyətcə yeni müstəviyyə qalxıb. Mədəniyyət paytaxtımız kimi dünyaca məşhur Şuşada iki qardaş ölkə - Türkiyə ilə Azərbyacan arasında imzalanmış mütəffiqlik bəyənnaməsinin münasibətlərimizin yeni formata keçidində böyük rolu vardır. Bu günlərdə Konya şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş də dünyaya bir daha sübut etdi ki, iki qardaş ölkənin əlaqələri müttəfiqlikdən də yuxarı statusdadır, biz qardaş ölkəyik. Ulu Öndərimizin "Bir millət, iki dövlət" deyimini unutmayaq, dahi siyasətçi Heydər Əliyev Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlığının əbədiyyətə qədər davam edəcəyini görüb bu fikirləri səsləndirmişdi. Bəli, indi də bu münasibət aktualdır".
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə dəvətə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etməklə yanaşı ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğulaması da təsadüfi deyil:
"Türkiyə ilə Azərbaycan hər zaman bir-birinin yanındadır və inanırıq ki, bu münasibət daimidir. Bu qardaşlıq və birlik xalqlarımız üçün əsas yol xəritəsidir. Bölgəmizdə davamlı sülh üçün, dünyada barış üçün çox önəmlidir. Ötən tarixə nəzər salsaq, görərik ki, ən kritik anlarda iki dost ölkə daim bir-birinin yanında olub. Qarabağ münaqişəsinin ilk günlərindən qardaş Türkiyənin bizimlə bir yerdə görmüşük. Dünyaya çağırış etdiyimiz zaman səsimizə ilk səs verənlərdən olub Türkiyə, Vətən müharibəsində olduğu kimi, postmünaqişə dövründə də Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə öz dəstəyini verib və bu gün də proses davam etməkdədir. İşğaldan azad edilmiş Qarabağımıza ilk səfər edən dövlət başçısının Rəcəb Tayyib Ərdoğan olduğunu da unutmayaq. Füzuli Beynəlxalq Hava Limanının açılışında, Zəngilanın Ağalı kəndində "ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə tanış olanda, o cümlədən "Dost Aqropark"ın təməlini qoyulması da hər iki ölkə liderinin iştirakı çox mühüm tarixi hadisədir. Azərbaycan və Türkiyənin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçiriləcək investisiya layihələrində birgə iştirakı iqtisadi- siyasi və hərbi-siyasi nöqteyi nəzərindən də çox əhəmiyyətlidir. Məlumdur ki, Füzuli Beynəlxalq Hava Limanı da Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə səyləri nəticəsində qısa müddətdə tikilib istifadəyə verilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin iyun ayında ölkəmizə səfəri zamanı parlamentdəki çıxışında qazanılan böyük Qələbənin yaratdığı reallıqlar fonunda bildirmişdi ki, bölgənin sülhə ehtiyacı var: "Buna nail olmalıyıq. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq. Türkiyə ilə sərhədlərin açılmasının Ermənistana verəcəyi faydalar saymaqla bitməz. Bu Zəfəri hər kəsin ortaq zəfərinə çevirmək bizim əlimizdədir. Bir daha Qafqazın boynuna kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri hamımız birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik. Biz bu mübarizəni özümüz və dostlarımızla birlikdə "Dünya beşdən böyükdür" deyərək qlobal səviyyədə də aparırıq. Şuşada imzalanması ilə dünyaya səs salan Türkiyə-Azərbaycan Müttəfiqlik Bəyannaməsi qardaşlığımızın sarsılmazlığına xidmət edir. Bu sənəddə yer alan müddəaların icrası istiqamətində tərəflər biri-birindən əhəmiyyətli addımlar atır".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı