Bakıda beynəlxalq taxıl ticarət konfransı keçiriləcək
Oktyabrın 4-dən 7-dək Bakıda XII Beynəlxalq Taxıl Ticarət Konfransı keçiriləcək. Tədbirin təşkilatçısı Rusiya Taxıl İttifaqıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat qurumun saytında yerləşdirilib.
Təşkilatçılar Azərbaycanı Qara dəniz, Asiya və Yaxın Şərqin taxıl bazarları arasında əlaqə kimi nəzərdən keçirməyə imkan verən unikal coğrafi mövqeyinə görə, eləcə də müsbət imicinə və onun islam dünyası ilə Qara dəniz regionu ölkələri arasında "taxıl qapısı" kimi yerləşməsinə görə konfransın keçirilmə yeri kimi Azərbaycanı seçdiklərini qeyd ediblər.
Konfrans çərçivəsində taxıl istehsalının inkişafının orta və uzunmüddətli tendensiyaları, taxıl istehsalına və taxıl bazarı infrastrukturuna bir sıra maraqlı ölkələr tərəfindən sərmayələrin, o cümlədən kollektiv investisiyaların təşviqi yolları, həmçinin taxıl istehsalının maliyyələşdirilməsi və ticarətin mexanizmləri haqqında geniş müzakirələr aparılması nəzərdə tutulur.
İştirakçılar həm istehsalçıların, həm də istehlakçıların maraqlarının balansına əsaslanan taxılın "ədalətli" qiymətinin müəyyən edilməsinə yanaşmaları, eləcə də müxtəlif ölkələrdə bütün əhali qrupları üçün taxıl emalı məhsullarının əlçatanlığının təmin edilməsi üzrə tədbirləri müzakirə edəcəklər.
Əhəmiyyətli və aktual məsələlər arasında taxıl logistikasının yeni keyfiyyəti, yeni nəqliyyat dəhlizlərinin yaradılması, o cümlədən taxıl tədarükü üçün "İpək Yolun"dan istifadə edilməsi, Fars körfəzinə çıxışı olan Şimal-Cənub taxıl dəhlizinin yaradılması və digər istiqamətlər yer alır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 805 Tarix: 11 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr