Gülmək ömrünüzü, həkim Xuraman Quliyeva dişlərinizin sağlamlığını uzadacaq
Sağlam diş və gözəl təbəssüm hər kəsin arzusudur. Bir ömür gözəl gülüşə sahib olmağı kim istəməz?! Hər gün inkişaf etməkdə olan stomatologiya sahəsi bu arzunu sizlər üçün əlçatan edir. Dişləri sadəcə fırçalamaqla istədiyiniz nəticəni əldə etməyiniz mümkün deyil. Sağlam dişlərə sahib olmaq üçün mütəmadi olaraq həkim yoxlanışında da olmalısınız. Diş həkiminə getmək bəzi insanlar üçün çox qorxulu, dəhşətli görünür. Bu səbəblə düzgün seçim etməlisiniz ki, diş həkiminiz sizin qorxunuz deyil, qəhrəmanınız olsun. Peşəkar stomatoloq Xuraman Quliyeva məhz o həkimdir ki, tək sizin deyil ailənizin həkimi olacaq. Peşəsinə çox bağlı olan gözəl həkim hələ uşaqlıqdan bu arzuda olmuş, diş həkimi olmaq arzusunu reallaşdıraraq Azərbaycan Tibb Universitetinə qəbul olaraq stomatologiya üzrə təhsil almışdır. Və hələ təhsil aldığı müddətdə də iş fəaliyyətinə başlamışdır. Onun ilk iş təcrübəsi "Gözdən əlil uşaqlar evi"də könüllü həkim olaraq olmuşdur. Oradakı uşaqların dişlərini tamamilə təmənnasız öz hesabına müalicə edirdi. Bu onun fəaliyyətində çox önəmli bir yer tutur. Daha sonrakı fəaliyyəti 2 saylı dövlət poliklinikasında olmuşdur. Artıq 8 ildir Sağlam Diş klinikasında fəaliyyət göstərməkdədir. Xuraman həkim bütün yenilikləri çox yaxından izləyir, stomatologiyaya aid ən son texnikaları öyrənir. O, təkcə professional deyil həm də işini vicdanla yerinə yetirən ləyaqətli həkimdir. Uğurlu karyera yolu inşa etmiş Xuraman həkimin son və ən böyük uğurlarından biri isə Mirtalıblı Groupun ərsəyə gətirdiyi "Grand Persona Awards" "Medical Persons of Azerbaijan" və "Azerbaijan Best Awards" jurnalının təqdimat gecəsində "Grand Persona" mükafatına və "Medical Persona" sertifikatına layiq olması oldu. Tədbirə böyük həyəcan və xüsusi diqqətlə hazırlaşan Xuraman Quliyeva səhnədə mükafatını alarkən Mirtalıblı Groupun rəhbəri Ləman Mirtalıblıya da öz təşəkkürünü bildirməyi unutmadı. Uğurlu fəaliyyətinə və hər zaman peşəsində seçildiyinə görə Xuraman xanım bu mükafata layiq idi. Pasientlərini hər zaman məmnunluqla yola salan, pasientləri arasında heç zaman ayrı-seçkilik salmayan həkimimiz hələ çox uğurlara imza atacaq. Gülmək ömrü uzadır, doya-doya gülmək və gülüşlərinizdən əsla utanmaq istəmirsinizsə, sizin də həkiminiz Xuraman Quliyeva olsun.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı