Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlanıb

Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlanıbArtıq orta təhsil müəssisələrinə məktəbli formalarının seçimi ilə bağlı göstəriş verilib. Belə ki, məktəbli formaları üçün bir neçə rəng seçimi olsa da, ağ və göy, açıq və tünd xaki rənglərdəki geyimlərə üstünlük verilib. Artıq direktorlar da bu barədə sinif rəhbərlərinə məlumat veriblər.

Göstərişdə birinci sinif şagirdləri üçün yeni məktəbli formalarından istifadənin mütləq olduğu diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, digər siniflər üzrə bir il müddətində əvvəlki formalardan istifadəyə icazə verilir. Lakin növbəti ildən bütün siniflərdə yeni məktəbli formalarından istifadə məcburi olacaq.

Məktəbli formalarının seçimi ilə bağlı yeni göstəriş Bakı Tikiş Evində narazılıqla qarşılanıb.

Bu barədə Bizim.Media-ya danışan "Bakı Tikiş Evi" (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov yeni tədris ilinə az müddət qaldığı bir vaxtda formaların rəng seçimi ilə bağlı göstərişin dəyişdirilməsinin anlaşılan olmadığını deyib:

"Nazirlər Kabinetinin göstərişinə uyğun iki rəngdən istifadə edərək məktəbli formaları istehsal etmişik. İndi isə göstəriş gəlib ki, yalnız ağ və göy, açıq və tünd xaki rənglərindəki geyimlərə üstünlük verilməlidir. Beş aydır oturub-oturub indi ayılıblar. Düşünmürlər ki, bu istehsalatdır və parçaları əvvəlcədən sifariş etmişik. İnsanlar əziyyət çəkib və dayanmadan işləyiblər. İndi də deyirlər ki, dörd rəng seçimindən ikisi olmalıdır. Qalmışıq belə, bilmirik necə olacaq".

Etibar Əzimovun sözlərinə görə, yeni məktəbli formalarının satışı ilə bağlı avqustun 16-da açılış olacaq və satış nöqtələri barədə məlumat veriləcək.

Qeyd edək ki, təhsilalanların geyim forması oğlan və qızlar üçün ayrı olmaqla qış və yay formalarından ibarətdir.

Xatırladaq ki, bu ilin mart ayında Baş nazir Əli Əsədov "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ni təsdiq edib. 2022/2023-cü tədris ilindən tətbiq ediləcək qərara əsasən, hazırkı geyim formaları tədris ilinin sonunadək istifadədə olacaq.
Yeni dərs ilinin başlanmasına təxminən bir ay qalıb. Artıq valideynlər məktəbə gedəcək övladları üçün yeni məktəbli formaları almağa hazırlaşırlar. Əvvəlki illərdən fərqli olaraq isə bu il üçün yeni formaların satışı həyata keçiriləcək. Çünki hələ bir müddət Nazirlər Kabineti yeni məktəbli formaları ilə bağlı qərar imzalayıb. Bu sənədin isə geyim formalarının şagirdlərin sağlamlığına xidmət edən qərar olduğu bildirilib.

Mövzu ilə Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov "Report"un sorğusuna cavab olaraq deyib ki, hazırda məktəbli formalarının satışa çıxarılması üçün işlər yekunlaşmaq üzrədir.

Onun sözlərinə görə, məktəbli formaları avqustun 16-dan satışa çıxarılacaq. E.Əzimov bildirib ki, Bakı Tikiş Evində məktəbli formaları iki rəngdə (ağ polo, göy şalvar və ətək) və (mavi polo, boz şalvar, ətək) tikilir. O qeyd edib ki, formalar hazırlandıqdan sonra anbarlara yığılır:

"Tikilən geyimlərin sayı hələ ki məlum deyil. Məktəbli formaları pambıq materialındandır. Bir neçə il istifadə etmək mümkündür. Qiymətlərə gəlincə isə, ötən illərlə müqayisədə qiymətlərdə fərq hiss olunacaq. Artıq valideynlər müraciət edirlər. Geyimləri Bakı Tikiş Evi ilə yanaşı, paytaxtda fəaliyyət göstərən "Bravo" supermarketlər şəbəkəsindən əldə etmək mümkün olacaq".

Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirlərini təsdiq edib. Qərar yeni tədris ilindən tətbiq ediləcək. Belə ki, təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir:

Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək;
Oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar;
Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket;
Oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2632   Tarix: 12 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr