İslamiadanın qalibi Mariya Stadnik: "Xəbərləri açıb oxuyanda çoxlu neqativlərlə rastlaşırıq"
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizə qızıl medal qazandıran idmançılardan biri də Mariya Stadnik olub. 34 yaşlı güləşçi 15 ildir ki, Azərbaycan yığmasının üzvüdür. İdmançı bundan əvvəl I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarında da iştirak edib və hər ikisində də qızıl medalın sahibi olub.
Son qələbəsiylə bağlı Oxu.Az-a danışan Mariya Stadnik belə yarışlarda ölkəmizi layiqincə təmsil etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb:
"Ölkəmizə qızıl medal qazandıra bilməyim mənim üçün çox xoşdur. Bu mənim üçün artıq ikinci İslam Həmrəyliyi Oyunlarıdır. Qələbəmlə insanlara sevincli xəbər bəxş etdiyim üçün çox şadam. Bu gün xəbərləri açıb dünyada nələrin baş verdiyini oxuyanda çoxlu neqativ hallarla rastlaşır, buna görə narahatlıq və həyəcan keçiririk. Bu səbəbdən də ümid edirəm ki, hansısa məqamda insanları qələbəmlə, qızıl medalımla sevindirə bildim. Qoy həmişə sülh və əmin-amanlıq olsun".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 914 Tarix: 12 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr