Gəncədə rüsvayçılıq: Pul tələb etdi, zorla şalvarını soyundurdu, lüt gəzdirəcəyi ilə hədələdi

Gəncədə rüsvayçılıq: Pul tələb etdi, zorla şalvarını soyundurdu, lüt gəzdirəcəyi ilə hədələdiGəncə şəhərində 1984-cü il təvəllüdlü Nahid Taleh adlı şəxsə (adlar şərti verilib – red.) qarşı soyğunçuluq edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nahid 15 avqust 2019-cu ildə, saat 18 radələrində Gəncə şəhəri N.Nərimanov prospektində kafedə Talehi döyüb və 40 manat məbləğində pulunu alıb.

Bundan başqa, Nahid Talehə zor göstərməklə şalvarını çıxarıb, lüt gəzdirməklə haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.

Bu hədə ilə Talehdən 300 manat məbləğində pul tələb edib. Taleh bu qədər pulu olmadığını bildirib.

Bu zaman Nahid onun 120 manat dəyərində "Huawei" markalı mobil telefonunu girov kimi götürüb və evində saxladığı spirtli içkiləri gətirməsini tələb edib. Taleh onun bu tələbini yerinə yetirib.

Daha sonra Nahid ertəsi gün səhər saatlarında Talehdən 100 manat məbləğində pul verməsini tələb edib. Pulu verməyəcəyi halda döyərək xəsarət yetirəcəyini bildirib.

İstintaq orqanı tərəfindən Nahidin barəsində Cinayət Məcəlləsinin 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək) və 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə təqsirli bilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nahidin ittiham olunduğu Cinayət Məcəlləsinin 180.2.4-cü maddə üzrə əməli sübuta yetirilməyib və məhkəmə onun barəsində həmin maddə üzrə bəraət hökmü çıxarıb.

Bundan başqa, məhkəmə Nahidin əməlini Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən həmin məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsinə tövsif edib. Nahid həmin maddə ilə təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror Nahidin barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib.

Həmçinin apellyasiya şikayəti verən Nahid isə barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti təmin olunub və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Qərara görə, Nahid Cinayət Məcəlləsinin 180.2.4 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib, onun cəzası 5 il 6 aya qədər artırılıb.

Bu qərardan narazı qalan təqsirləndirilən şəxs kassasiya şikayəti verib. O, kassasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Nahidin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim İlqar Qılıcovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. Qərara görə, Nahidin kassasiya şikayəti təmin olunmayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2040   Tarix: 12 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr