Fransa parlamenti ölkədə yanacaq ehtiyatının rekord dərəcədə az olduğunu bildirir
Fransa hökuməti ölkədə rekord dərəcədə az yanacaq ehtiyatı olduğunu açıqlayıb və vətəndaşları indidən qışa hazırlaşmağa dəvət edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Milli Assambleyasının deputatı İzabel Valentin bildirib.
Onun sözlərinə görə, Ukraynada müharibə başlayandan bəri müxtəlif resursların çatışmazlığı artmaqdadır.
"Yarımkeçiricilər, xammallar, dənli bitkilər... Müharibə çoxsaylı sektorlara təsir edib ki, bu da ümumi qiymət artımına səbəb olur. Bu hal o cümlədən daim bahalaşan qalıq enerji daşıyıcıları ilə də baş verir. Özü də onların səviyyəsi rekord dərəcədə azdır", - İ.Valentin bildirib.
Deputat əlavə edib ki, hazırda energetika sahəsində vəziyyət nəzarət altındadır, lakin qışda bu, idarəolunmaz hala gələ bilər, bahalaşma isə vətəndaşların alıcılıq qabiliyyətinə təsir edə bilər. O, artıq indidən qışa daha yaxşı hazırlaşmaq üçün istehlakçıları payızda ehtiyatlar toplamağa təşviq edəcək mexanizm hazırlamağı təklif edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 681 Tarix: 13 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu adada yalnız kişilər yaşayır - Qadınların girişi niyə QADAĞANDIR?
Avropanın mərkəzində, müasir dövrdə hələ də tətbiq olunan qeyri-adi bir qayda var: qadınların girişinə qadağa. Pravoslav dünyasının müqəddəs mərkəzi olan Aynoroz həm tarixi, həm də mübahisəli tətbiqləri ilə gündəmdədir. bu qadağanın arxasında duran dini və tarixi səbəbləri təqdim edir. Yunanıstanın şimal-şərqində
22 fevralİran XİN Avropa ölkələrinin qoşunlarını terrorçu təşkilat kimi tanıdı
İran Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı (Aİ) ölkələrinin hərbi dəniz və hərbi hava qüvvələrini terrorçu təşkilat kimi tanıyıb. xəbər verir ki, bu qərar Aİ-nin İran İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilatlar siyahısına salmasına cavab olaraq verilib. İran XİN-in açıqlamasınd
22 fevralSalsa janrının yaradıcılarından biri Villi kolon vəfat edib
Salsa janrının yaradıcılarından biri, Puerto-Riko əsilli bəstəkar Villi Kolon 75 yaşında vəfat edib. "Report"un məlumatına görə, bu barədə "NBC News" telekanalı musiqiçinin ailəsinin açılamasıns istinadən xəbər verib. "Dərin kədərlə sevimli ərimiz, atamız və məşhur musiqiçi Vill
22 fevralYaponiyada "çılpaq festival"da altı nəfər xəsarət alıb
Yaponiyanın Okayama prefekturasında keçirilən ənənəvi "çılpaq festival" zamanı baş verən sıxlıq nəticəsində azı altı nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçü ağır vəziyyətdədir. xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb
22 fevral