16-cı əsrdə Hitlerin doğulacağını kim deyib? - "Krım ora birləşəcək"

16-cı əsrdə Hitlerin doğulacağını kim deyib? - "Krım ora birləşəcək"Ta qədimdən insanlar gələcəyin onlara nələr gətirəcəyi ilə yaxından maraqlanıblar. Olacaqları öncədən bilmək sadə insandan tutmuş, taxt-tac və yüksək kürsü sahiblərinə qədər bir çoxlarına cəlbedici görünüb.

Bəşər övladı marağına təslim olaraq bəzən münəccimlərin, bəzən də kahinlərin vasitəsilə gələcəkdən xəbər tutub, ən müxtəlif öncəgörmələrə qulaq şahidliyi edib. Sonralar bu öncəgörmələr elmi və bədii əsərlərə də yol tapıb. Bu dəfə yazarların və elm adamlarının qələmi ilə. Qəribə də olsa, bu öncəgörmələr və proqnozlar arasında yazılış tarixindən illər sonra gerçəkləşənləri də olub.

Sonxeber.az Azpost.info-ya istinadla onlardan bəziləri ilə oxucuları tanış edir:

Fürerin gəlişi

Məşhur fransız görücü və münəccim Mişel Nostradamus Hitler haqqında hələ 16-cı əsrdə yazırdı: "Qərbi Avropanın dərinliklərində yoxsul ailədə bir körpə doğulacaq. Sözləri ilə böyük bir kütləni aldadacaq, şöhrəti Şərq krallığına qədər yayılacaq".

Nostradamusun yazılarını tədqiq edənlər söhbətin Adolf Hitlerdən getdiyini deyirlər. Adolf 1889-cu ildə Avstriyada orta səviyyəli bir ailədə dünyaya gəlib. Hakimiyyətə gəlişində natiqlik qabiliyyətinin böyük rolu olub. Nostradamusun bəhs etdiyi "Şərq Krallığı"na gəlincə, ehtimal edilir ki, söhbət, İkinci Dünya müharibəsi illərində Almaniya və İtaliyanın müttəfiqi olmuş Yaponiyandan gedir.

Yatmış peyğəmbər və kommunizmin süqutu

Amerikalı medyum Edqar Keysiyə "yatmış peyğəmbər" deyirmişlər. O, öz proqnozlarını yuxuda ikən verirmiş. Keysinin proqnozları dəqiqliyi ilə seçilirdi. O, birinci və ikinci dünya müharibələrinin başlama və bitmə tarixlərini söyləmiş, almanların Kurskda sovet qoşunları tərəfindən məğlubiyyətini və savaşın SSRİ-nin qələbəsi ilə başa çatacağını öncədən bəyan etmişdi.

1944-cü ildə isə Edqar Keysi proqnozlaşdırmışdı ki, 20-ci əsr başa çatmadan kommunizm süqut edəcək. Keysinin dediyi kimi də olmuşdu…

Atom bombası və "soyuq müharibə"

Gerbert Uelsin elmi-fantastik kitablarında atom bombasından onun meydana çıxmasından illər əvvəl bəhs olunmuşdu. Məsələn, 1914-cü ildə işıq üzü görə "Dünya azad oldu" romanında sonsuzadək partlaya bilən uran əsaslı əl qumbarasından bəhs olunurdu. "Gələcəyin siması"nda isə (1933) 1939-cu ildə başlamış İkinci Dünya müharibəsi təsvir edilirdi.

Fantastika janrında yazan amerikalı yazıçısı Robert Haynlaynın 1940-cı ildə nəşr olunan "Faydasız həll" hekayəsinin süjeti belədir – ABŞ dünyada ilk dəfə nüvə silahı yaradır və digər ölkələri də buna sövq edir. Maraqlıdır ki, əsər kütləvi qırğın üçün nəzərdə tutulan nüvə silahı ideyası yaranmamışdan xeyli əvvəl yazılsa da, orada həm "silahlanma yarışı"na, həm də ABŞ və SSRİ arasında soyuq müharibəyə işarələr var.

Kennedilərin ölümü

1956-cı ildə "Parade Magazine" jurnalında məşhur amerikalı görücü Cin Diksonun bir məqaləsi dərc olunur. Məqalədə 1960-cı ildə bir demokratın ABŞ seçkilərində qalib gələcəyi və sonra öldürüləcəyi iddia edilir. Seçkidə qələbəni həqiqətən də Demokratlar Partiyasının nümayəndəsi Con Kennedi qazanır. 22 noyabr 1963-cü ildə isə Kenedi Dallasda güllələnərək öldürülür.

Dikson Con Kennedinin qardaşı senator Robert Kennedinin də ölümünü əvvəldən görə bilmişdi. R.Kennedi 4 iyun 1968-ci ildə prezidentlik kampaniyası çərçivəsində Los-Ancelesdəki "Ambassador" otelində çıxışı zamanı fələstinli qaçqın tərəfindən qətlə yetirilmişdi.

1985-ci ildə akademik Viktor Qelovani kompüter modelləşdirməsi üsulundan istifadə edərək ölkənin gələcək illər üçün inkişafını proqnozlaşdırdı. Analiz ortaya qoydu ki, SSRİ-nin iki yolu var. Bunlardan biri güclü sənaye və iqtisadi sıçrayış vəd edir, digəri isə süquta gətirib çıxarır. İkinci variant gerçəkləşdi…

1989-cu ildə akademik Anatoli Saxarov demişdi ki, heç bir tədbir görülməsə, ölkə separatizm və dağılma təhlükəsi ilə üzləşəcək. Belə də olmuşdu…

Ukrayna və Krım

Məşhur bolqar görücü Vanqa 1979-cu ildə deyibmiş ki, Krım bir sahildən qopub digər sahilə birləşəcək. Həmin vaxt heç kim bunun nə demək olduğunu başa düşə bilmirdi. Vanqanın öncəgörməsi 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı zamanı gerçəkləşdi.

Vanqanın başqa bir öncəgörməsi "çuxurlar və süni dağlar ölkəsi" haqqında idi. O, bu dövləti böyük təlatümlərin gözlədiyini demişdi: "Bölgənin şərqi yüksələcək, qərbi məhv olacaq. Oxatan ora gələcək, 23 il hökmranlıq edəcək və ondan 23 il əvvəl olan hər şey toza çevriləcək".

Belə ehtimal edilir ki, Vanqa "çuxurlar və süni dağlar" dedikdə Donbası nəzərdə tutub. Oxatan isə ya "DXR"in keçmiş müdafiə naziri İqor Strelkov, ya da bu astroloji işarə altında doğulmuş biri ola bilər…


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2003   Tarix: 14 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rus ordusu Omelniki işğal etdi

Rusiya ordusu Zaporojye vilayətinin Omelnik yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

19 oktyabr
.

Fransa iğtişaşlarda dağıdılmış mağazaların sayını hesablayır

Fransa Ticarət və Sənaye Palatasının prezidenti Alen Di Kresenzo RTL radiosuna bildirib ki, həftəsonu Fransada baş verən iğtişaşlar zamanı 200-dən çox mağaza talan edilib və ya vandalizm hücumuna məruz qalıb. xəbər verir ki, TV5 Monde-nin Fransanın Baş naziri Sebastyan Le Kornelə istinadən verdiyi məlumat

19 oktyabr
.

Boşanmasını qeyd edən qadın gəlin paltarını yandırdı

Böyük Britaniyada 17 illik evliliyinə son qoyan Kirsti Henşou boşanmasını qeyri-adi şəkildə qeyd edib. O, rəfiqələri ilə təşkil etdiyi məclisdə gəlinliyini və keçmiş həyat yoldaşı ilə çəkdirdiyi fotoları yandırıb. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb

18 oktyabr
.

Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi

Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy

19 oktyabr
.

Bu ölkədə millət vəkili qəsdən maşınla vuruldu

Viktoriya polisi və Avstraliya Baş naziri Entoni Albanese bildirib ki, müstəqil Avstraliya millət vəkili Helen Haynes Melburnun şimal-şərqindəki Vanqaratta şəhərindəki ofisinin qarşısında avtomobilin onun üzərinə qəsdən sürülməsi nəticəsində xəsarət alıb. xəbər verir ki, polisin məlumatına görə, hadisədə

19 oktyabr
.

Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır

Əgər Amerika hərbçiləri Hörmüz boğazı bölgəsinə göndərilməsəydi, ABŞ-də benzin qiymətləri dəfələrlə yüksək olardı. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "CBS" telekanalına müsahibəsində bildirib. "Benzin qiymətləri çox yüksəkdir. Əgər ABŞ Hərb

18 oktyabr
.

Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır

Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış

18 oktyabr
.

İran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır

Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır. "Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hərbi Dəniz Qüvvələrini (HDQ) məlumat yayıb. "Bu gün günorta saatlarında Hörmüz boğazının şərq hissəsini daim müşahidə və nəzarətdə saxlayan İran Ordusunun Hərb

18 oktyabr
.

Qazaxıstanda zəhərli hörümçəyi udan körpə qız komaya düşdü

Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so

18 oktyabr