"Bolt" sürücüləri sərnişinləri incidir - Şirkət rəhbərliyi isə standart cavablarla yola verir...

"Bolt" sürücüləri sərnişinləri incidir - Şirkət rəhbərliyi isə standart cavablarla yola verir...Son günlər "Bolt" taksi xidməti ilə bağlı şikayətlərin sayı artmaqdadır. Sosial şəbəkələrdə də bu barədə çoxsaylı şikayətlərə rast gəlirik. Şikayətin böyük hissəsi bu taksi şirkətinin sürücülərinin kartla ödənişə deyil, daha çox nəğd ödənişli sifarişlərə üstünlük verməsi ilə bağllıdır.

Kartla ödənişi seçdikdə, sürücülər ya gəlmirlər, ya da yenidən nəğd ödənişlə sifariş edilməsini tələb edirlər. Əks halda sərnişini gedəcəyi yerə aparmaqdan imtina olunur. Sifariş ləğv edildiyi halda da sərnişinin kart hesabından əlavə pul tutulur.

Digər şikayətlər isə, sifariş olunduğu zaman tətbiqdə bir qiymətin, mənzil başına çatdıqda isə daha yüksək qiymət və sərnişinin yükü olduğu zaman qeyri-qanuni şəkildə "baqaj pulu" tələb olunmasından ibarətdir.

Şikayətlərlərlə bağlı "Bolt" şirkəti ilə də əlaqə saxladıq. Sözügedən məsələ ilə bağlı Redaktor.az-a danışan "Bolt"un Azərbaycandakı təmsilçiliyinin məkdaşı Viktoriya Prilutska qeyd etdi ki, kart ödənişləri ilə olan sifarişlərin ləğv edilməsi sürücünün platformada xalının azalmasına səbəb olur. Bu da, sürücünün ümumi reytinqinə təsir etdiyinə görə gələcəkdə onun platformadan kənarlaşdırılması ilə nəticələnə bilər. Məhz bu səbəbdən sürücülər nəğd ödənişə üstünlük verirlər.

"Gedişin dəyəri baza tarifi (avtomobilin götürmə məntəqəsinə gəlməsinin dəyəri), daşıma zamanı üçün gediş haqqı, yürüş və dinamik əmsallar əsasında formalaşır. Sürücü tətbiqdə təyinat nöqtəsinə daxil olduğu zaman, o, gedişin təxmini dəyərini görür. Lakin, avtomobil hansısa bir səbəbə görə təyinat nöqtəsinə gecikirsə və yaxud da sərnişin alternativ marşrut təklif edib, səfər zamanı təyinat yerini dəyişirsə, bu halda yekun qiymət fərqli ola bilər".

Göründüyü kimi, məsələnin mahiyyətinə dəxıi olmayan standart bir cavab...

Nəqliyyat eksperti Elməddin Muradlı da sözü gedən məsələyə münasibət bildirərkən, taksi fəaliyyəti sahəsində ciddi problemlərin olduğunu təsdiqlədi və bunun birdəfəlik həlli üçün artıq hökümət tərəfindən yeni qanunvericilik aktı üzərində iş getdiyini dedi. Onun sözlərinə görə, taksi fəaliyyəti ilə bağlı yeni qanun qəbul ediləcək.

Ekspert onu da əlavə etdi ki, bu gün Azərbaycanda nəğd ödənişlərdən imtina ilə bağlı dövlət cəviyyəsində təbliğat-təşviqat işlərinin aparıldığı bir vatxda taksi sürücülərinin nəğd ödəniş tələb etməsi düzgün deyil:

"Dövlət Vergi Xidməti, Mərkəzi bank, Maliyyə Nazirliyi bu istiqamətdə müəyyən aksiyalar keçirir və online ödəniş məsələsini önə çıxarır. "Bolt" kimi xarici taksi şirkətləri var ki, bunlar Azərbaycanda nümayəndəlik açaraq, fəaliyyət göstərir və bizim qanunlara qarşı çıxırlar. Taksi fəaliyyəti ilə bağlı monopoliya yaradır, qiymətlərin süni şəkildə şişirdilib-azaldılması siyasəti yürüdürlər. Bu azmış kimi sürücüləri asılı vəziyyətdə saxlayıb, istismar edirlər. Onların etdikləri qanunsuz hərəkətlərdir. VətəndaşlarIarın da şikayət edə biləcəyi yer yoxdur. Vətəndaş hara şikayət edə biləcəyini və yaranan problemlərin hansı formada həll olunacağını bilmir. Şikayət olunsa da, sürücü müstəqil adamdır, şirkət ilə sadəcə əməkdaşlıq edir. Burda rəsmi əmək müqaviləsi yoxdur. Bu halda sürücülər taksi xidməti şirkətindən bir növ asılı vəziyyətdə qalırlar.Bu problemləri həll etmək üçün qanunvericilikdə kökündən dəyişiklik etmək lazımdır ki, vətəndaş sürücüdən narazı olduğu halda hara şikayət edəcəyini bilsin. Sürücü də öz növbəsində bilməlidir ki, onun hüquqlarını harada qoruyacaqlar.

Və hər şey qanun-qayda çərçivəsində olmalıdır. Bu gün taksi fəaliyyəti ilə bağlı xaos hökm sürür və bu da onların bir nəticəsidir.".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1840   Tarix: 15 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr