Ölümcül xəstə olan gəlin öz toy günündə dünyasını dəyişib...

Ölümcül xəstə olan gəlin öz toy günündə dünyasını dəyişib..."O, super-qadın idi...mənim ən yaxşı dostum olub, indi isə göylərdəki mələyimdir..."
Cənubi Uelsdə ölümcül xəstə olan gəlin öz toyunda nikah qeydiyyatından bir neçə saat sonra dünyasını dəyişib.

Moderator.az xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri yazıb.

61 yaşlı Helen və 60 yaşlı Devid Felvus 44 il birgə yaşayışdan sonra evlənmək qərarına gəlib.

Bu müddət ərzində cütlüyün iki övladı dünyaya gəlib.

Böyük oğulları Qevinin 43, kiçik qızları Robinin 37 yaşı var.

İyul ayında sevgililər Tenerifə məzuniyyətə yollanıb.

Səfər zamanı Helen qəflətən sağ böyründə kəskin ağrılar hiss edib, lakin bunu böyrəklərinin xəstəliyi ilə əlaqələndirib, evə dönəndən sonra həkimə müraciət etməyə qərar verib.

Britaniyalı qadın geriyə dönən kimi Robin onu klinikaya aparıb.

Ana və qızı həkimin verdiyi məlumatdan şok keçirib.

Helendə qara ciyər və bağırsaq xərçəngi aşkar edilib.

"Biz elə zənn edirdik ki, müalicə planı işlənib hazırlanacaq, lakin xəstəxanada dedilər ki, anamın vəziyyəti çox ağırdır və yalnız onun ağrılarını azalda bilərlər", - qızı Robin deyib.

Xərçəng barədə bəlli olandan sonra Helen və Devid toy etmək qərarına gəlib.

Mərasim evdə, ailə və dostların əhatəsində keçib.

Helen "Mən razıyam" sözlərini ifadə edəndən bir neçə saat sonra dünyasını dəyişib.

"O, super-qadın idi... mənim ən yaxşı dostum olub, indi isə mənim göylərdəki mələyimdir", - vəfat edən qadının qızı deyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2221   Tarix: 15 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

7,4 maqnitudalı zəlzələdən sonra Kolumbiyada itkinlərin axtarışına başlanıldı

Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində dağılan binaların dağıntıları altında qala biləcək insanların axtarışına başlanılıb. xəbər verir ki, bu barədə "Caracol" telekanalı məlumat yayıb. * Kolumbiyada güclü zəlzələ: Hava limanları fəaliyyətini dayandırdı. Hökumət orqanlarının məlumatın

10 avqust
.

İki minillik təslim olma ənənəsi: Ağ bayrağın arxasındakı sirr

Döyüş meydanlarında təslim olmağın və qarşıdurmanı dayandırmağın universal simvoluna çevrilən ağ bayrağın iki min ildən artıq tarixi var. Qədim Roma və Çin mənbələrində bu ənənəyə rast gəlinir. Əsgərlərin fövqəladə vəziyyətlərdə boyasız parçalara asanlıqla çıxış əldə edə bilməsi isə ağ bayrağın geni

11 avqust
.

7.4 maqnitudalı zəlzələ Kolumbiyanı silkələdi - VİDEO

Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib. -ın məlumatına görə, müvafiq açıqlamanı Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi yayıb. Məlumata əsasən, zəlzələnin episentri təxminən 134 min nəfər əhalisi olan Kartaqo şəhərindən 31 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 11

10 avqust
.

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6300-ü keçib

Venesuela parlamentinin spikeri Xorxe Rodrigez iyunun 24-də baş verən zəlzələlərdə ölənlərin sayının 6301 nəfərə çatdığını bildirib. xəbər verir ki, 6462 nəfər xilas edilib. Hazırda xəstəxanalarda 73 mindən çox yaralı müalicə alır. 31.336 yaşayış binası yaşayış üçün yararlı hesab edilib. [hh4-unikal

11 avqust
.

ABŞ-İran müharibəsi: Tehran Hörmüz boğazının açılması üçün ABŞ-dan güzəştlər tələb edir

İran və ABŞ arasında müharibənin dayandırılması və Hörmüz boğazının yenidən açılması ilə bağlı diplomatik səylər davam edir. Lakin Tehran boğazın tam açılmasını Vaşinqtonun bir sıra tələbləri yerinə yetirməsi ilə əlaqələndirir. "Reuters" xəbər verir ki, İran Hörmüz boğazının açılması üçün ABŞ-da

10 avqust
.

NYT: Arsenalların tükənməsi Pentaqonu HHM sistemlərini Avropadan Yaxın Şərqə yönləndirməyə məcbur edir

Arsenalların tükənməsi Pentaqonu Asiya və Avropadan gəmiləri, aviasiyanı və hava hücumundan müdafiə (HHM) bölmələrini Yaxın Şərqə yönləndirməyə məcbur edir. "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən yazıb. Məqalədə qeyd olunub ki, b

9 avqust
.

Yerin daxili nüvəsi fərqli istiqamətdə fırlanmağa başlayıb: Səbəb nədir?

Yerin mərkəzində planetin qalan hissəsindən müstəqil şəkildə fırlanan daxili nüvə yerləşir. Yeni araşdırma göstərib ki, son dövrlərdə onun həm fırlanma sürəti, həm də istiqaməti dəyişib. Alimlər bu dəyişikliklərə nəyin səbəb ola biləcəyini və onların insanlara təsir edib-etməyəcəyini araşdırırlar. Qaynarinf

12 avqust
.

Tatarıstanda matəm elan edildi - Yenilənib

Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Tatarıstan Respublikasına hücum edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Tatarıstan rəhbərinin Mətbuat xidməti yayıb. İlkin məlumata görə, Nijnekamsk şəhərində sənaye və mülki obyektlərə edilən bu hücum nəticəsində ölənlər var

10 avqust
.

ABŞ Rusiya ilə əlaqəli iki tankeri metal qırıntısı kimi satıb

Amerika Birləşmiş Ştatları Rusiya ilə əlaqəsi olan iki tankeri təkrar emal müəssisəsinə metal qırıntısı kimi satıb. Həmin gəmilər sökülmək məqsədilə Hindistanın Alanq şəhərinə istiqamətləndiriləcək. xəbər verir ki, bu barədə "Lloyd's List" nəşri yazıb. "ABŞ hökuməti müsadirə edilmi

11 avqust