Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb

Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıbTürkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışın dördüncü günündə Azərbaycan yığmasının daha iki idmançısı mərhələ adlayıb.

Sübhan Babayev (44 kq) 1/8 final mərhələsi çərçivəsində Emanuel Çyoaba (Rumıniya) ilə qarşılaşıb. Görüş təmsilçimizin 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. Sübhan 1/4 finalda gürcüstanlı Sotne Muntçava ilə üz-üzə gələcək.

Kənan Aslanlı (60 kq) da 1/4 finala yüksəlib. O, macarıstanlı Roland Banqonun ardınca Stiliyan Georgiyevi (Bolqarıstan) də tam üstünlüklə məğlub edib. Boksçumuz 1-ci raundda qələbəsini rəsmiləşdirib. Aslanlı yarımfinala gedən yolda yunanıstanlı Petros Topalosla gücünü yoxlayacaq.

1/4 final mərhələsinin döyüşləri sabah keçiriləcək.

Qeyd edək ki, Avropa birinciliyində 28 ölkədən 378 idmançı mübarizə aparır.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 750   Tarix: 16 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Neftçi" Rikardinyonu transfer edir

"Neftçi" Çexiyanın "Viktoriya" klubunun sabiq futbolçusu Rikardinyonu heyətinə qatmaqda israrlıdır. Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar artıq son mərhələdədir. 25 yaşlı braziliyalı hücumçunun da karyerasını Azərbaycanda davam etdirməkdə maraql

7 iyul
.

Elvin sabahkı matçda oynayacaq? - Açıqlama

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin sabah Avroliqa matçında "Vestri"yə qarşı matçda meydana çıxıb-çıxmayacağı ilə bağlı sualı cavablandırıb. "Qafqazinfo" xəbər verir ki, o, müdafiəçinin meydana çıxa biləcəyini istisna etməyib:. "Elvin bizi

8 iyul
.

Sevgilisi Ronaldonun neçə yaşadək oynayacağını açıqladı

Georgina Rodriqez futbol ulduzu Kriştiano Ronaldonun 41 yaşında belə yüksək səviyyədə çıxış etməsinin sirrindən danışıb. -ın xəbərinə görə, Rodriqez sosial şəbəkədə yazıb ki, Ronaldonun futbola olan sevgisi və motivasiyası tanış olduqları ilk gündə necə idisə, bu gün də eynidir. "İnanılmazdır ki

28 iyun
.

DÇ-2026: İngiltərə 1/4 final mərhələsinə yüksəldi

DÇ-2026-nın 1/8 final mərhələsində növbəti oyun keçirilib. Qaynarinfo xəbər verir ki, Meksika millisi İngiltərə ilə üz-üzə gəlib. Oyun Bakı vaxtı ilə saat 05:00-da start götürüb. Görüşə Meksika millisi daha fəal başlasa da hesabı ingilislər açıb. 36-cı dəqiqədə Sakanın ötürməsindən sonra Bellinqem top

6 iyul
.

Erve Renar Tunis millisi ilə vidalaşdı

Fransalı mütəxəssis Erve Renar futbol üzrə Tunis millisinin baş məşqçisi vəzifəsindən ayrıldığını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Instagram" hesabında paylaşım edib. Erve Renar Tunis millisinə dünya çempionatının qrup mərhələsinin ilk turundan sonra - iyunun 16-da baş məşqçi təyi

5 iyul
.

"Qarabağ" bu futbolçusunu 6,8 milyona satır - Danışıqlar yekunlaşır

Şotlandiyanın "Seltik" klubu "Qarabağ"ın hücumçusu Kamilo Duranın transferini yaxın günlərdə rəsmiləşdirməyə hazırlaşır. Qaynarinfo "Glasgow Times"a istinadən xəbər verir ki, kolumbiyalı futbolçunun menecerləri hazırda Şotlandiyadadır və tərəflər müqavilənin yekun şərtlərin

6 iyul
.

DÇ-2026: Misir Avstraliyanı penaltilər seriyasında uddu

Futbol üzrə dünya çempionatında Misir Avstraliyanı məğlub edib. Qaynarinfo-nun məlumatına görə, Dallas stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb - 1:1. Misirin heyətində Emam Aşur (13) komandasını hesabda irəli çıxarıb. Lakin Afrika təmsilçisinin müdafiəçis

4 iyul
.

"Qarabağ" 1 milyon avroya macar futbolçu transfer etdi

Macarıstanın "Zalaeqerseq" (ZTE) klubunun futbolçusu Bençe Varkoni karyerasını Azərbaycanda davam etdirəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Macarıstanın "Nemzeti Sport" nəşri və transfer xəbərləri üzrə etibarlı mənbə kimi tanınan Saşa Tavolyer məluamt yayıb. Məlumata əsasən

30 iyun
.

Super Liqa klubu "Qarabağ"la transfer danışıqlarına başlayır

Türkiyənin Super Liqa təmsilçisi "Göztəpə" yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir. Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, daha əvvəl İngiltərənin "Bristol Siti" klubundan Sinkler Armstronq və Braziliyanın "Qremio" komandasından Andre Enriken

2 iyul