"Ermənillərin zərrə qədər ağlı olsa, bundan sonra bizimlə sülh şəraitində yaşayarlar"
"Laçını tərk edən ermənilərin orada törətdiyi yanğınlar bir daha onların necə vəhşi və barbar xislətə sahib olduqlarını sübuta yetirir".
Bu sözləri Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.
O, qeyd edib ki, tarix boyu ermənilər Azərbaycan torpaqlarını zəbt edərək orada insanlığa yaraşmayan vəhşiliklər törədiblər:
"Bu evlərin bir qismi işğaldan əvvəl Laçın sakinlərinin, digər qismi isə azərbaycanlıların dağıdılmış evlərinin yerində erməni lobbisinin 2013-cü ildə inşa etdikləridir. 30 ilə yaxın müddətdə soydaşlarımızın evini zəbt edən ermənilər avqustun 25-nə kimi oranı tərk etməlidirlər. Ermənilər Kəlbəcərdə törətdikləri vəhşiliyi Zabux kəndində təkrarlayırlar. 30 il ərzində olduğu kimi, növbəti dəfə də demokratiyadan ağız dolusu danışan beynəlxalq təşkilatlar və dövlətlər ermənilərin bu barbarlığını görməzliyə vuraraq əsl simalarını ortaya qoyurlar.
Laçının işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb. Ermənilər bu gün hansı təxribatı törətməklərindən asılı olmayaraq, öz çirkin niyətlərini reallaşdıra bilməyəcəklər. Laçın rayonu, o cümlədən Zabux kəndi yenidən qurulacaq və tezliklə həmin torpaqların əsl sahibləri öz ata-baba yurdlarına qayıdacaqlar".
Deputat vurğulayıb ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əməl etmir, müxtəlif təxribatlara əl atırlar:
"Ermənilər unutmamalıdırlar ki, Azərbaycan 90-cı illərin əvvələrindəki kimi başsız və gücsüz deyil. Bu gün Azərbaycanın güclü dövlət başçısı, Ali Baş Komandanı və ordusu var. Onlar törədəcəkləri hər bir təxribatın cavabını, 44 günlük Vətən müharibəsində və bir neçə gün öncə "Qisas" əməliyyatında olduğu kimi, çox ağır şəkildə alacaqlar. Azərbaycanın mövqeyi bəllidir. Qanunsuz erməni silahlı birləşmələri Qarabağı tərk etməlidir. Əgər tərk etməsələr, növbəti dəfə "Dəmir yumuruğu" öz başlarında hiss edəcəklər. Ermənillərin zərrə qədər ağlı olsa, onlar təxribatlara son qoyub, bundan sonra bizimlə sülh şəraitində yaşayarlar".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 967 Tarix: 16 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabr