LAÇIN DƏHLİZİNƏ ALTERNATİV YOLA AZƏRBAYCAN NƏZARƏT EDƏCƏKMİ? - "Bakının şərti yüksək səviyyədə Brüsseldə səslənib..."

LAÇIN DƏHLİZİNƏ ALTERNATİV YOLA AZƏRBAYCAN NƏZARƏT EDƏCƏKMİ? - "Bakının şərti yüksək səviyyədə Brüsseldə səslənib..."İlham İsmayıl: "Azərbaycanla Ermənistan arasındakı yeni yolda Azərbaycan sərhəd nəzarəti olmadıqda isə bizim Xankəndini tabeçiliyimizə almaq perspektivimiz uzun müddət çəkə bilər".

Azərbaycan Silahlı Qüvvələri avqustun 26-da Laçın dəhlizinə yerləşdi və şəhər də daxil olmaqla ətraf kəndləri nəzarətə götürdü. Bu, 44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanatın daha bir maddəsinin vaxtından qabaq icra olunmasıdır.

Sözgedən razılaşmanın 6-cı bəndində 3 il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcəyi və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcəyi vurğulanmşdı. Azərbaycan daha çevik hərəkət etdi və təxminən bir il 10 ay ərzində yeni yolu inşa edərək Rusiya sülhməramlılarının Laçından daha tez çıxarılmasına nail oldu.

Bundan sonra qarşıda duran əsas məsələlərdən biri üçətərəfli bəyanatın 9-cu maddəsinin necə icra olunacağı ilə bağlıdır. Həmin bənddə yazılıb: "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir".

Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Laçın dəhlizinə alternativ çəkilən yeni yola hansı status veriləcəksə, Naxçıvanla Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizinə də həmin status verilməlidir.

İndi maraqlı mənzərə yaranıb: Artıq Laçın dəhlizi bağlanıb və yeni yol fəaliyyətə başlayıb. Amma Zəngəzur dəhlizi ilə bağlı hələ də razılaşma mövcud deyil. Azərbaycan bu müddəti gözləyəcəkmi, yoxsa Zəngəzur dəhlizi açılana qədər yeni yolda sərhəd və gömrük postları yerləşdirəcək?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "AzPolitika.info"ya şərhində bildirib ki, Laçının, Zabux və Sus kəndlərinin azad olması tarixi hadisədir.

"Azərbaycan xalqı bu tarixi gündə sevinci ilə yanaşı növbəti narahatlığını da dilə gətirir - Azərbaycanla Ermənistan arasındakı yeni yolun statusu necə olacaq?" - deyə, ekspert sual edir.

Ekspert bildirir ki, 10 noyabr 2020 bəyanatına əsasən, Rusiya hərbi kontingenti Azərbaycan ərazisində olduğu müddətdə Xankəndi və Ermənistan arasında əlaqə maneəsiz olacaq, yalnız sülhməramlıların nəzarəti altında gediş-gəliş həyata keçiriləcək: "İrəvanda anti-Rusiya əhval ruhiyyəsini səngitmək məqsədilə Rusiyanın İrəvandakı səfirliyinin məsul əməkdaşı Maksim Seleznyov keçən günlərdə bəyan etdi ki, yeni yola da Rusiya hərbçiləri 5 km enində nəzarət edəcək, "dağlıq Qarabağ və Ermənistan arasında" hərəkət əvvəlki qaydada olacaq. Bu, Rusiyanın rəsmi siyasətidir. Amma yeni yol üçün Azərbaycanın şərti yüksək səviyyədə Brüsseldə səslənib: Zəngəzur dəhlizindəki status nə olcaqsa, yeni yol da o statusda olacaq. Zəngəzur dəhlizi son bir ildə ən çox adı hallanan yer olsa da, bu günədək nə yol var, nə də dəhliz. Ermənistan rəhbərliyi bütün rəsmilərin simasında Ermənistan ərazisində hər hansı tranzit yolun olacağını qəbul etmir. Ən yaxşı halda "yumşaldılmış keçid" ola biləcəyini qeyd edirlər".

Belə olduqda Azərbaycan yol istifadəyə verildiyi gündən sərhəd nəzarət məntəqəsini yarada bilərmi?

Ekspertin sözlərinə görə, hiss olunur ki, yaxın zamanda bu gözlənilmir: "31 avqust Brüssel görüşündə məhz Zəngəzur dəhlizinin müzakirə ediləcəyi az ehtimal olunur. Ermənistan dəhliz yox, yol statusunda israrlı olarsa, Azərbaycan paralel olaraq Azərbaycanla Ermənistan arasındakı yeni kommunikasiya xəttini də yol elan edib sərhəddə nəzarətini yarada biləcəkmi? Hesab edirəm ki, Rusiya buna imkan verməməyə çalışacaq və Zəngəzur dəhlizi müzakirələrini uzun müddət davam etdirməyi tərəflərə tövsiyə edəcək. Yeni yolda Azərbaycan sərhəd nəzarəti olmadıqda isə bizim Xankəndini tabeçiliyimizə almaq perspektivimiz uzun müddət çəkə bilər. Əksinə, sərhəd nəzarəti Qarabağ münaqişəsində son nöqtəni qoymağı və iki ölkə arasında sülhü sürətləndirə bilər. Ona görə də, Zəngəzur dəhlizinin açılmasını gözləmək sülh prosesini uzatmaq deməkdir. Yeni yolun Ermənistana aid hissəsinin çəkilməsini bu günədək ləngidən ermənilər, Zəngəzur yolunu tezliklə hazır vəziyyətə gətirəsi deyillər. Azərbaycan qarşı tərəfə sərhəd məntəqəsinin sülhə xidmət etdiyini, terrorçuların, ideoloji təxribatçıların nəzarətsiz şəkildə ölkəmizə daxil olmasının təhlükə yaratdığını izah etməli, buna görə də sərhədin bu hissəsinə ilkin mərhələdə Rusiya sülhməramlıları ilə birgə nəzarət etməyin gələcəkdə birgə yaşayışa töhfə verdiyini əsaslandırmalıdır".

İlham İsmayıl deyir ki, bundan sonra növbəti addım kimi, erməni silahlı qüvvələrin Azərbaycandan çıxarılması sentyabrın sonunadək həll edilməlidir: "Növbəti mərhələdə 10 noyabr bəyanatının son müddəası – Azərbaycan qaçqınlarının keçmiş dağlıq Qarabağ ərazisinə qayıtmasının yol xəritəsini Rusiya rəhbərliyinə çatdırmalıdır. 31 avqust Brüssel görüşünün konkret nəyisə həll edəcəyi və konkret razılaşmaya nail olacağı az ehtimal olunur. Əvvəlki Brüssel görüşlərində söz verən Paşinyanın Moskvaya çağırılmasından sonra fikrini dəyişməsinin şahidi olmuşuq".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1427   Tarix: 28 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

BBC dövlət qulluqçuları ilə əməkdaşlığı dayandırıb

BBC xəbər otağında dövlət qulluqçularının faktların yoxlanılması və statistik məlumatların təhlilində iştirak etməsi ilə bağlı yaranan narahatlıqlardan sonra əməkdaşlıq proqramını dayandırıb. The Times-a istinadən xəbər verir ki, qərar BBC-nin redaksiya müstəqilliyi və qərəzsizliyi ətrafında müzakirələ

19 oktyabr
.

Avstraliya sahillərində zəhərli yosunlar minlərlə köpəkbalığını tələf etdi

Avstraliyanın Cənubi Avstraliya ştatının sahillərində zəhərli yosunların kütləvi çoxalması nəticəsində 8 00-dən çox köpəkbalığı və skat tələf olub. Bu, həmin heyvanların kütləvi məhvinə dair qeydə alınmış ən böyük hadisə hesab olunur. bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir

17 oktyabr
.

Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq

Çinin Haynan əyalətində qida tullantılarından ekoloji təmiz aviasiya yanacağı istehsal edən zavod işə salınmağa hazırlanır. "Report" "Haynan jibao" qəzetinə istinadən xəbər verir ki, layihəni "Hainan Eco Prime" şirkəti adanın şimal-qərb sahilində yerləşən qabaqcıl inkişa

18 oktyabr
.

Ali Radanın deputatı Zelenskinin varisini açıqladı

"Volodimir Zelenskidən sonra Ukrayna prezidenti vəzifəsini ancaq parlamentin sədri icra edə bilər". xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk özünün "Telegram" kanalında bildirib. "Mövcud konfiqurasiyada Ukrayna rəhbərliyinə heç bir başqa təyinat olmayacaq

18 oktyabr
.

Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb

Hindistanın şərqində yerləşən Kəlküttə şəhərində dini bayram zamanı baş verən izdiham nəticəsində azı 17 nəfər ölüb, çox sayda insan xəsarət alıb. "Report" "NDTV" telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 18:10) Qiriş-Park rayonunda müvəqqət

18 oktyabr
.

Ekvadorda canlı yayım zamanı üzərinə xaç aşan keşiş öldü - Anbaan görüntü

Ekvadorun Quayakil şəhərindəki kilsələrin birində keşiş ibadət zamanı üzərinə xaçın düşməsi nəticəsində dünyasını dəyişib. bu barədə "Periodico" qəzetinə istinadən xəbər verir. Məlumata əsasən, ata Patrisio Alfredo Sançes Molinari oktyabrın 17-də gündəlik ibadət mərasimini həyata keçirirmiş

18 oktyabr
.

Sankt-Peterburqda meymunçiçəyi şübhəsi ilə beş nəfər xəstəxanaya yerləşdirildi

Sankt-Peterburqda mümkün meymunçiçəyi (Mpox) halı ilə bağlı beş nəfər xəstəxanaya yerləşdirilib və həkim nəzarətinə götürülüb. xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un Sankt-Peterburq və Leninqrad vilayəti üzrə idarəsi bildirib. "Epidemioloji araşdırma çərçivəsində təmasda olan şəxsləri

17 oktyabr
.

İraq regional enerji və nəqliyyat şəbəkələrinin birləşdirilməsini təklif edib

İraqın Baş naziri Əli əz-Zeydi region ölkələrinin enerji, nəqliyyat və kommunikasiya şəbəkələrinin birləşdirilməsi təşəbbüsü ilə çıxış edib. "Report" İNA agentliyinə istinadən xəbər verir ki, hökumət başçısı bu təklifi Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasını

18 oktyabr
.

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərminin atəşinə məruz qalıb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb. İdarənin məlumatın

17 oktyabr