Bu, İranı beş yerə parçalaya bilər!

Bu, İranı beş yerə parçalaya bilər!Sonxeber.az Axar.az-a istinadla Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Azərbaycanın bütün səylərinə baxmayaraq, İran bizə münasibətdə yaxın qonşuluq və dostluq siyasəti yürütmək istəmir. Necə düşünürsünüz, doğrudanmı İranın bizə yönəlik bu siyasəti onun strateji maraqlarına cavab verir?

- İranın strateji maraqları tələb edir ki, Azərbaycan və türk dövlətləri ilə dost olsun. Həm də ona görə ki, özü də 50% türk dövlətidir. Bunu anlamaq üçün İranın fars-molla rejimi kəfən-çalmalarını çıxarıb qoymalıdırlar qabaqlarına ki, başları bir az soyusun və soyuq başla bölgədə və dünyada baş verənləri təhlil etsinlər. Azərbaycana diş qıcırtmaqla İran ABŞ və Fransaya xoş gəlmək istəyirsə, yanılır. Görünür, ABŞ və Fransanın Qarabağda etnik separatizmi dəstəkləməsi onları ümidləndirir. Amma anlamırlar ki, Azərbaycana qarşı aparılan aqressiv siyasət, əvvəllər dediyim kimi, İranı ən azı beş yerə parçalaya bilər. Ola bilsin İranın dağılmasını istəyənlər müxtəlif kanallarla onu buna təhrik edirlər. Azərbaycan MDB-nin və Türk Dövlətləri Təşkilatının üzvüdür, biz Türkiyə, Rusiya və Qazaxıstanla müttəfiqlik münasibətlərinə dair saziş imzalamışıq. Pakistan ən yaxın dostumuz-qardaşımızdır, İsrail, bir çox ərəb dövlətləri strateji tərəfdaşımızdır. Avropa Birliyinin bir neçə ölkəsi və ABŞ-la bəzi məsələlərə dair fikir ayrılığı olsa da, müxtəlif istiqamətlərdə ciddi əməkdaşlığımız var. Ən başlıcası İran vətəndaşlarının, bu isə o deməkdir ki, İran ordusunun yarısı bizim soydaşımızdır. İranda nə düşünürlər, bütün bu qüvvələr İran mollalarının avantürüst siyasətinə göz yumacaqlarmı? Yoxsa, İran Ermənistanda ABŞ-ın minlərlə mütəxəssisinin çalışdığı dünyadakı ən böyük səfirliklərindən birinin yerləşdiyini bildiyindən, onunla birlikdə özünü çox güclü hesab edir? Bir daha söyləyirəm: İranın bütövlüyü və inkişafı Qafanda konsulluq açmaqdan yox, Azərbaycan və Türkiyə ilə dostluqdan keçir. Onlar nəhayət ki, bunu başa düşməlidirlər.

- Azərbaycan İranın təxribatlarına qarşı hansı addımları ata bilər?

- İlk növbədə İranla açıq söhbət edilməlidir ki, onlar ürəkbulandıran, münasibətlərə kölgə salan təxribatlara son qoysun. İran vətəndaşları üçün viza rejimini təcili aradan qaldırılmalıyıq. Azərbaycan Respublikası bütün azərbaycanlıların vətənidir. Cənublu soydaşlarımızın, o cümlədən digər İran vətəndaşlarının ölkəmizə rahat gediş-gəlişi təmin olunmalıdır. İranda ana dilində təhsil almaq imkanı olmadığından, hər il ən azı 1000 (min) cənublu soydaşımızın Azərbaycanda pulsuz təhsil alması təmin edilməlidir. İranla mədəni və humanitar sahədə əlaqələr genişləndirilməlidir. Toylarımıza Cənubdan müğənnilər dəvət etməliyik, onların bütün şəhər və qəsəbələrimizdə konsertləri təşkil olunmalıdır. İrandakı nüfuzlu azərbaycanlı siyasətçilərin, ictimai-siyasi fəalların, ekspertlərin Azərbaycana səfərləri təşkil olunmalı, iqtisadi-siyasi əlaqələr gücləndirilməlidir. Azərbaycan diplomatiyası dünyada Cənubdakı soydaşlarımızın milli haqlarını daha açıq səslə müdafiə etməlidir. Daha geniş imkanlara malik qardaş Türkiyənin bu işdə yaxından iştirakı təmin edilməlidir. İran tərəfdən təxribatçı addımlar davam edərsə, İsraillə əməkdaşlığımız daha yüksək səviyyəyə qaldırılmalı, təcili İsraildə səfirliyimizi açmalı, İsrailin Lənkəran, Naxçıvan və Cəbrayılda konsulluq xidmətlərinin açılmasına çalışmalıyıq.

Bundan başqa, idarəetmənin təkmilləşdirilməsi, dünya azərbaycanlıları ilə əməkdaşlığı gücləndirmək məqsədilə Diaspor Komitəsi XİN-in nəzdində bir şöbəyə və ya idarəyə çevrilməlidir ki, XİN səfirliklərimiz vasitəsilə bütün potensialını ilə bu işə cəlb edə bilsin.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2259   Tarix: 28 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Məni ləyaqətsiz şəkildə öldürəcəklər" - "Taliban"ın axtardığı qadın - Video

"Taliban" hərəkatı Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl fəallığı ilə məşhur olan, qadın hüquqları müdafiəsi üzrə fəal Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda "Taliban" rejimindən gizlənən Taranom Seyidi "CNN"

16 sentyabr 2021
.

İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI

Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar

17 sentyabr 2021
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18 sentyabr 2021
.

Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var

Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Trend-ə istinadən bildirir ki, bu barədə Niderland polisi bildirib. Qeyd olunur ki, hücum edən şəxs özü yaralı vəziyyətdə saxlanılıb. Polis hücumun qarşısını almaq üçün atəş açmalı olub. Hadisəni

17 sentyabr 2021
.

Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO

Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək

16 sentyabr 2021
.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı

16 sentyabr 2021
.

Daha bir ölkədə iş yerində COVID-19 pasportu vacib oldu

İtaliyada oktyabrın 15-dən etibarən bütün sakinlər yalnız COVID-19 pasportunun olduğu halda işləyə biləcəklər. Belə bir sənədi ya COVID-19 əleyhinə peyvənd vurdurmaqla, ya yaxın günlərdə koronavirusdan sağalmanı təsdiqləyən sənədlə, ya da testin mənfi cavabı ilə əldə etmək mümkündür. Beləliklə, oktyabrı

17 sentyabr 2021
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16 sentyabr 2021