"Suriyada əməliyyatın tarixinə Türkiyə qərar verəcək"

"Suriyada əməliyyatın tarixinə Türkiyə qərar verəcək""Suriyada nə vaxt əməliyyat keçiriləcəyinə Türkiyə qərar verəcək".

"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Norveçin aparıcı qəzetlərindən olan "Aftenposten"in suallarını cavablandırarkən deyib.

F.Altun bildirib ki, PKK-YPG terror təşkilatı həm türk əsgərlərinə, həm də Türkiyənin himayəsində olan suriyalı mülki əhalinin yaşadığı ərazilərə hücumlar təşkil edib. Türkiyə üçün prioritet məsələnin vətəndaşlarının təhlükəsizliyi olduğunu söyləyən Altun bunun bir parçası olaraq regional sülh və sabitliyin vacibliyini vurğulayıb və əlavə edib ki, əməliyyatın nə vaxt başlayacağına Türkiyə qərar verəcək.

"Türkiyə hərbi əməliyyata Rusiya hakimiyyətinin razılığı və ya dəstəyi olmadan başlaya bilərmi?" sualına cavabında isə Altun Türkiyə-Rusiya münasibətlərinin köklü bir tarixə malik olduğunu, eyni zamanda son dərəcə real olduğunu qeyd edib. O bildirib ki, bir çox sahədə yaxşı münasibətlər olsa da, iki suveren dövlətin hər bir məsələdə tam razılığa gəlməməsi normaldır: "Suriya məsələsində də böhranın mahiyyəti və mümkün çıxış yolu ilə bağlı fərqli yanaşmalar ola bilər. Bununla belə, biz hesab edirik ki, terrorizmlə mübarizə regionda sülh və sabitlik istəyən bütün dövlətlərin ortaq məxrəcidir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə artıq öz maraqlarını ön planda tutan dövlətə çevrilib. Son illərdə hamı bunun şahidi olub. Təbii ki, müvafiq dövlətlər arasında müəyyən fikir mübadiləsi aparılır. Ancaq günün sonunda Türkiyənin atacağı heç bir addım heç kimin icazəsi və ya razılığına tabe deyil".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 846   Tarix: 29 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq

Çinin Haynan əyalətində qida tullantılarından ekoloji təmiz aviasiya yanacağı istehsal edən zavod işə salınmağa hazırlanır. "Report" "Haynan jibao" qəzetinə istinadən xəbər verir ki, layihəni "Hainan Eco Prime" şirkəti adanın şimal-qərb sahilində yerləşən qabaqcıl inkişa

18 oktyabr
.

Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır

Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış

18 oktyabr
.

Rusiyanın Kiyevə hücumu nəticəsində qadın həlak oldu

Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə gecə saatlarında endirdiyi zərbə nəticəsində bir qadın həlak olub, üç nəfər yaralanıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində paytaxtın sol sahilində yerləşən metro stansiyasına

19 oktyabr
.

Ərdoğan: "Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq"

"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq". -ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən istehsa

17 oktyabr
.

İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir

Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib

18 oktyabr
.

Boşanmasını qeyd edən qadın gəlin paltarını yandırdı

Böyük Britaniyada 17 illik evliliyinə son qoyan Kirsti Henşou boşanmasını qeyri-adi şəkildə qeyd edib. O, rəfiqələri ilə təşkil etdiyi məclisdə gəlinliyini və keçmiş həyat yoldaşı ilə çəkdirdiyi fotoları yandırıb. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb

18 oktyabr
.

BBC dövlət qulluqçuları ilə əməkdaşlığı dayandırıb

BBC xəbər otağında dövlət qulluqçularının faktların yoxlanılması və statistik məlumatların təhlilində iştirak etməsi ilə bağlı yaranan narahatlıqlardan sonra əməkdaşlıq proqramını dayandırıb. The Times-a istinadən xəbər verir ki, qərar BBC-nin redaksiya müstəqilliyi və qərəzsizliyi ətrafında müzakirələ

19 oktyabr
.

Təl-Əviv və Kiyev arasında əməkdaşlıq: İsrail Ukraynadan İran və Rusiya dronlarını əldə edib

İsrailin İrana qarşı hərbi əməliyyatlara hazırlıq məqsədilə Ukraynadan gizli şəkildə əldə etdiyi Rusiya və İran istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi məlum olub. xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb. Məlumata görə, İsrailin Kiyevdəki sabi

18 oktyabr
.

Fransada 14 yaşlı qız dərs zamanı lisey binasını yandırdı - Video

Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib. bu barədə "France 3" telekanalına istinadən xəbər verir. Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub. Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürə

18 oktyabr