Bağdadda iğtişaşlarda 10 nəfər öldü - YENİLƏNİB
Bağdaddakı Respublika Sarayında İraqın nüfuzlu şiə xadimi Müqtəda əs-Sədrinin tərəfdarları ilə hüquq-mühafizə qüvvələri arasında toqquşmalar başlayıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Bildirilib ki, Müqtəda əs-Sədr siyasətdən getdiyini elan etdikdən sonra onun yüzlərlə tərəfdarı Bağdadın "yaşıl zona"sına soxulub. Etirazçılar həmçinin İraq hökumətinin qərargahı olan Respublika Sarayına daxil olublar.
İyulun sonundan etibarən Bağdadda Müqtəda əs-Sədr tərəfdarlarının etirazları yenidən başlayıb. Avqustda isə əs-Sədr ölkənin məhkəmə sistemini parlamenti buraxmağa, ölkə prezidentini isə qanunverici orqana erkən seçkilərin tarixini təyin etməyə çağırıb. Lakin İraqın Ali Məhkəmə Şurası bu təklifdən imtina edib.
Xatırladaq ki, İraqda nümayişlər əs-Sədr və onun tərəfdarları istisna olmaqla, parlamentdə əsas şiə partiyalarını təmsil edən "Koordinasiya Platforması" blokundan Məhəmməd əl-Sudaninin Baş nazir postuna namizədliyinin irəli sürülməsindən sonra başlayıb.
***
Bağdadın nüfuzlu şiə siyasətçisi Müqtəda əs-Sədrin tərəfdarlarının etiraz aksiyası keçirdikləri "yaşıl zona"da atışma nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb. Etirazçılara kimin atəş açdığı məlum deyil.
***
İraqın paytaxtında baş verən iğtişaşlarla əlaqədar bütün ölkə ərazisində komendant saatı tətbiq edilib.
***
Bağdadda hökumət sarayına hücum edən etirazçılar hovuza girərək sərinləməyə çalışıblar. Təhlükəsizlik qüvvələri etirazçılara atəş açaraq onları oradan uzaqlaşdırıblar.
***
"Əl-Cəzirə" kanalının məlumatına görə, Bağdadda iğtişaşlar zamanı 10 nəfər ölüb, 200 nəfər yaralanıb. Yaralılar arasında İraqın hüquq-mühafizə orqanlarının əməkdaşları da var.







Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1202 Tarix: 29 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır
Misir müvafiq müraciət daxil olacağı təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır. "Report" "Al-Ahram" qəzetinə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkənin Hərbi Akademiyasının məzun buraxılışı mərasimində çıxış
18 oktyabrRusiyanın Kiyevə hücumu nəticəsində qadın həlak oldu
Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə gecə saatlarında endirdiyi zərbə nəticəsində bir qadın həlak olub, üç nəfər yaralanıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində paytaxtın sol sahilində yerləşən metro stansiyasına
19 oktyabrƏrdoğan: "Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq"
"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq". -ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən istehsa
17 oktyabrİran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
18 oktyabrBoşanmasını qeyd edən qadın gəlin paltarını yandırdı
Böyük Britaniyada 17 illik evliliyinə son qoyan Kirsti Henşou boşanmasını qeyri-adi şəkildə qeyd edib. O, rəfiqələri ilə təşkil etdiyi məclisdə gəlinliyini və keçmiş həyat yoldaşı ilə çəkdirdiyi fotoları yandırıb. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb
18 oktyabrBBC dövlət qulluqçuları ilə əməkdaşlığı dayandırıb
BBC xəbər otağında dövlət qulluqçularının faktların yoxlanılması və statistik məlumatların təhlilində iştirak etməsi ilə bağlı yaranan narahatlıqlardan sonra əməkdaşlıq proqramını dayandırıb. The Times-a istinadən xəbər verir ki, qərar BBC-nin redaksiya müstəqilliyi və qərəzsizliyi ətrafında müzakirələ
19 oktyabrFransada 14 yaşlı qız dərs zamanı lisey binasını yandırdı - Video
Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib. bu barədə "France 3" telekanalına istinadən xəbər verir. Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub. Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürə
18 oktyabr