"Məni ölümlə hədələyirlər" – "Xpert" Lent.az-a elə şeylər danışdı ki...

"Məni ölümlə hədələyirlər" – "Xpert" Lent.az-a elə şeylər danışdı ki...Lent.az məşhur repçi "Xpert"lə müsahibəni təqdim edir:

- "Xpert", çoxları sizi tanıyır. Repçi olmağa nə vaxtdan qərar verdiniz?

- Uşaqlıqdan söz, qafiyə oyunu, xüsusən də meyxana və rep ritmləri məni cəlb edirdi. Əslində, repə başlayanda 19 yaşım var idi, üçüncü kursda oxuyurdum. Həyatımda başqa planlar var idi. "A4" ləqəbli repçi ilə rep saytlarının birində tanış oldum. O, sual verdi ki, səncə, sən rep deyə bilərsən? Mənə də maraqlı gəldi ki, görəsən, rep deyə bilərəmmi? "Beat" göndərdi, yazdım və sən demə, yazdığım mətn və "flou" rep səviyyəsində çox yaxşı imiş. Belə başladım.

- Sizi ilhamlandıran xarici repçi sənətçilərdən kimlər var?

- Çoxuna qulaq asıram. 2007-ci ildə yadıma gəlir, Türkiyə və Azərbaycan repinə aid 200-ə yaxın albom toplamışdım. Həmçinin "Ceza", "Sagopa Kajmer" dinləyirdim, analiz edirdim. İşim kimi baxırdım məsələyə. Düşünürdüm ki, görəsən, məşhur olmayan, amma istedadlı adamları tapa bilərəmmi? Hələ də" Youtube"da tanımadığım repçilər axtarıb tapır, qulaq asıram, xarici, ya özümüzünkü fərq etmir.

- Niyə ilk vaxtlar türkcə rep deyirdiniz?

- Çünki Qafqaz Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsində təhsil alırdım və türk ədəbiyyatının içində idim. Dərslər də türkcə idi, bütün prosseslər türk dilində gedirdi. Mənə elə gəlirdi ki, türkcə özümü daha yaxşı ifadə edirəm. Düzü, Azərbaycan dili də çətin gəlirdi. Azərbaycan repçilərindən qulas asdığım kumirlərim var idi: Elşad Xose, Anar Nağılbaz və s. Düşünürdüm ki, onları üstələyə bilməyəcəyəm. Azərbaycanca rep deyəndə gördüm ki, bu da alınır. Belə deyim, müəllim olacaqdım, repçi oldum. Bu da mənim seçdiyim yoldur.

- "Onlar dəblə gedir. Mən dəbin özüyəm" demisiniz. Sizcə, Azərbaycanda rep dünyasının zövqünü nə formalaşdırır?

- Dünya repinə dəb Latın Amerikasından gəlir. Amerikanın özünə "Latinos"lardan dəb gətirirlər. Məsələn, Bad Bunny, J Balvin kimi rep sənətçilərinin orta statistik dinlənməsi 1 milyarddır. Travis Scott, Asap Rocky və Cardi B səviyyəsindəki sənətçilər də onlardan bəhrələniblər. Amerikadan Avropaya gəlir, Avropadan bir neçə mərhələ keçir və ölkəmizə gəlir. Azərbaycan repi bir neçə köynək aralıdır belə baxanda. Onlar da professional şəkildə bizdən xəbərdardırlar. Məsələn; olub ki, hansısa layihə etmişik, o işin prototipini sonralar Amerikada ediblər. "Limuzin" klipimdəki konseptin alternativini Trippie Red adlı repçi 2 il sonra ortaya qoyub. Trekin adı "Weeeeee" dir. Xarici "prodakşın"lar globala çıxmamış layihələri araşdırır, bəhrələnirlər. Artıq bu, sirr deyil. Mətn tərəfindən baxanda isə repdə söz demək istəyirsən, amma sözün ifadə forması var. İzləməlisən ki, o formalardan hansı işlənib. Dəfələrlə olub ki, kliplərimizi festivallara göndərmişik. Festivallardan dəvətlər almışıq. Baxırlar ki, yeni, özünəməxsus nələrsə var. Ölkədə dəbi formalaşdıran repçilər özləri bilirlər ki, dəb haradan gəlir.

- Dəb həm də dinləyicinin tələb-təklif məsələsi deyilmi?

- Əhali sayından asılıdır. Türkiyə ilə müqayisə etsək, orada rep dinləyicisi ilə ölkəmizdəki dinləyici statistikası aşağı, yuxarı eynidir. Amma türkiyəli repçilər artıq yaxşı pul qazanırlar. "Spotify" musiqi platformasından qazandıqları pulları yeni layihələrə yatırırlar. Təəssüf ki, bizdə elə deyil. Sponsorları gözləyirik, özümüz nələrsə edirik. Azərbaycanda repçi olmaq iki qat əziyyətdir, məşəqqətlidir. Gəl ki Azərbaycanda uğur qazananda daha çox şirin olur adama. Çünki qarşında meyxana kimi bir sənət var, insanlar sözə doyublar və söz ehtiyacları yoxdur.

- Meyxana dediniz, meyxanaçı ilə duet etmək fikrindəsiniz yoxsa?

- Əlbəttə, elə bir fikrim var. Duet və ya layihə xatirinə yox. Həqiqətən, yaxşı bir layihə olsun istəyirəm. Yəqin ki, meyxanaçılardan birinə özüm təklif edəcəyəm. Pünhan Əzimlə istəyərəm, məsələn. Replərimə qulaq asır, eşitdiyimə görə bəyənir və işə bələddir. Onun rep anlayışının olması məncə layihəni çox irəliyə aparacaq. Sözsüz ki, öz yanaşmasını qoyacaq ortaya. İstəyirəm ki, onun şeiriyyatına layiq bir şey yazım, ona bəyəndirim, daha sonra təklifimi edim.
- Bəs, xarici repçilərlə layihə olmayacaq?

- Var. Amma, deməsəm, daha yaxşı olar.

- Maraqlıdır, bir ara "Xpert" Azərbaycandan niyə getmişdi? Küsdürmüşdülər sizi, yoxsa...?

- Yox, dostlarım Amerikaya dəvət etmişdi. Getdim və uzun müddət orada qaldım, işlədim, gəzdim. Xüsusi bir səbəbi yox idi. Heç kimdən və heç nədən inciyib getməmişdim. Maraqlı oldu mənim üçün. Həm sənət, həm maddi cəhətdən getməyim çox yaxşı oldu. Amerikada pul qazanmaq asandır, amma sənət adına bir şey ortaya qoymaq düşündürücü görünür. Rəqabət, təkrarçılıq və s. çoxdur. Bir növ Amerikada rep musiqisi öz missiyasını tamamlamış kimi görünür. Azərbaycan repi hələ ağ vərəqdir və burada tarixə düşmək mümkündür. Ona görə qayıtdım ki, yarımçıq oyub getdiyim işin davamını görüm. Burada deyilməyən, amma deyilməli olan çox söz var.

- Amerikaya gedən repçinin başına nələr gəldi?

- Dörd ştatda oldum. Azər Şirin ilə işlər gördük. Orxan Ata, Orqal Tan, Ayxan ilə birlikdə çalışdıq. Gəzdik, əyləndik. Gün ərzində əsas vaxtımı işimə sərf edirdim deyə, çox macəradan macəraya atılmırdım. İnsanın hər yerdə insan olduğunu başa düşdüm. Deyirlər ki, xaricdə belə deyil və s. İnsan harada varsa, pislik də var, yaxşılıq da. Bir sözlə, oranı görüb ölkəmi sevdim.

- İlham qaynağınız nələrdir?

- Ətrafımdakı insanlar. Bərabər əylənirik, deyirik, gülürük və hər hansı bir fikir formalaşır. Enerji mübadiləsi gedir, yaradıcılıq ortaya çıxır.

- Bəs ailə?

- Hə, qızım. O, əslində, yorğunluğumu çıxarır. Evdə olanda mən nəsə yaza bilmirəm. O da özünə diqqət tələb edir. Nəsə edəndə 100 faiz gəlib müdaxilə edir (gülür). Qısqanır.

- Son dəfə nə yazmısınız?

- Son 9 ayda heç nə yazmamışam. Köhnə yazdıqlarımdır, onlar təqdim olunacaq. Ola da bilər ki, bundan sonra heç nə yazmayım. Bu yaşa qədər az söz də deməmişəm. Arada fikirləşirəm ki, nə vacib idi bu qədər söz demək? Yəqin ki, demək üçün nəsə yaşamaq lazımdır. Məcbur hiss etmirəm özümü, bu gün də yazıla bilər, sonra da. Söz də söz xatirinə deyilməməlidir, məncə. O, bişməlidir, uyğun zamanında deyilməlidir. Allah tərəfindən verilən bir şeydir, öz ilhamıma təslim olmuşam. 2021-ci ildə yazdığım "7EDDİ" adlı albomumda pandemiya və müharibə ərəfəsində yaşadıqlarımın enerjisi var. İndi ətrafda təzə proseslər gedir. Məsələn, tezliklə çıxacaq "1990" adlı trekimdə müharibələrə öz münasibətimi bildirmişəm.

- Sizi dinləyənlər deyir ki, əvvəlki "Xpert" daha unikal idi. Bəs, sizcə, "Xpert", yoxsa "XXXpert"?

- İkisi də özüməm. Məni kiminsə bəyənməməyi narahat etmir. Əksinə, maraqlıdır. Əvvəl təriflədikləri layihələri edən də mənəm, yeniliklər edən də. Önəmli olan tarixdə izi saxlamaqdır. Özümü borclu bilirəm ki, sənətimi inkişaf etdirmək üçün dəyişim. Bu, kiməsə görə yaxşı istiqamət olmaya, fərqli baxış ola bilər. Dəyişmək həm sənətçi, həm də inkişaf üçün vacibdir. Bir də ki, köhnə tərzimdə yazmaq marağımda deyil. Tərz də, düşüncələr də, musiqi də, hətta janr da dəyişə bilər, normal haldır. Rok da ifa edə bilərəm, meyxana da. Niyə də yox?!
- Xalq artisti Tünzalə Ağayeva deyir ki, milli hip-hop görmürəm. Sizcə də elədir?

- Bu, normaldır, çünki şəxslərə görə dəyişir. Çalışıram ki, fikrimi yeni sözlərlə ifadə edim. Repin üstünlüyü ondadır ki, istənilən dildən söz götürüb istifadə edə bilərsən. Ümumiyyətlə, hip-hop milli olmalıdır, yoxsa olmamalıdır? Bu da mübahisəli məsələdir. Musiqidir də, nə qədər onu çərçivəyə salırsansa, sənət olmaqdan çıxır. Meyxanada çərçivə, bölgülər var. Repdə konkretlik yoxdur bu baxımdan. Azərbaycanda repin ilk söz yazarlarından biri də bəstəkar Vaqif Gərayzadədir. O, "7EDDİ" adlı albomumu dinlədi. Mənə dedi ki, əgər rep mövzulu dərs desəm nə vaxtsa bu trekləri dərsliyə əsl Azərbaycan repi olaraq salacağam. Bu mənim üçün fəxrdir.

- Hip-hopu yaxşı formada təqdim edənlərdən kimlərin adını çəkə bilərsiniz?

- Azərbaycanda hamının bildiyi repçilər var, amma "F`Rhyme" adlı gənc repçini bəyənirəm. Onu dinləmək məni həyəcanlandırır. "HOST" qrupundan sonra sosial şəbəkələrdə məşhurlaşan repçilər əgər "Paster", "Okaber", mən və s. idiksə və bizdən sonra kimsə azərbaycanlı repçi olaraq parlamalıdırsa, bu, "F`Rhyme" ola bilər. İlk dəfə onu ustadım "A4"ün vasitəsi ilə eşitmişəm. Başqa "respect" etdiklərim də var. Misal üçün, "FTB". Hamı öz çapında çalışır. İşdən sonra yorğun studiyaya gedib səs yazırlar, klip çəkirlər. Bu əziyyətlərin qarşılığında bəzi layihələrə "respect" verməmək olmaz.

- Repçiləri "battle"a çıxarmaq niyə çətindir? Maddiyyat, yoxsa tələb-təklif məsələsidir?

- Yenə söhbət brendin, məhsulun hədəf kütləsi məsələsinə gəlir. Məhsulunu satan şəxs tutaq ki, 500 min hədəf kütləsinə çıxmaq istəyirsə, o, daha ucuz məbləğə müğənni ilə danışıb onun "Youtube" kanalında satacaq. İndi vəziyyət elədir ki, bu işi sevməsən, 2 ilə, 5 ilə bu sənəti atacaqsan. Daim nələrdənsə keçirsən, nələrisə qurban verirsən. Bəzilərini buna görə qınamıram, rep kütləsi istədiyini vermir və daha az təklif gəlir. Məni isə hazırda gələn təkliflər qane edir. Reklamlar, sponsorlar, kliplər də var. "Battle" üçün nə olmalıdır? Kimsə çıxıb "partlatmalıdır". Fərqli obrazda, fərqli formada. Necə? Onu bilmirəm.

- Sizcə, Azərbaycanda "diss" mədəniyyəti var?

- Hə, niyə yoxdur ki? Üstü örtülü, ad çəkmədən(gülür). Mentalitetə belə uyğundur yəqin. Bu, mədəni formasıdır, illərlə belə olub. Avropada məsələn, daha ağır söhbətlər var. Məhşur "Central Cee" adlı repçinin klanı başqa bir klanla "diss"ləşir. Düşünün, biri o biri klanın üzvünü öldürür. Atdığı "diss"də deyir ki, sizin qardaşınızı öldürdük, öləndə it kimi qışqırırdı və sairə. Bunu açıq-aşkar ifadə edirlər. Yaxşıdırmı? Məncə, yox. Mənim də 2014-cü ildə "diss"ləşdiyim adamlar olub ki, onu heç kim bilməyib, həmin adamlardan başqa.

- Sənətdəki intriqalar həyatda da davam edir onda?

- Bəli. Həyatda kim kimlə intriqadadırsa, ad çəkmədən "diss" atırlar. Hətta bəzən həmin adamı görəndə deyirsən ki, mənə deyirsən? Ya deyir ki, yox, ya da deyir bu, oyundur və s. Aşıq deyişməsi kimidir bu söhbət.

- Bəs, düşmənləriniz çoxdur?

- Yox. Heç kimi düşmən kimi görmürəm. Davalar söz-söhbətlər isə illərlə olub.

- "İmic maker"iniz var?

- Bəli, həyat yoldaşımdır. Stilim üzərində o işləyir.

- Tənqid qəbul edirsiniz?

- Əlbəttə. Çox normaldır. Hətta mənə eqoist, tərs xasiyyətli deyirlər. Həqiqətən, belədir, özümü çox istəyirəm. Həmçinin çalışıram ki, təkəbbürdən qaçım.

- Repdə dindən danışmaq nə dərəcədə düzgündür?

- Repdə o, olmalıdır, bu, olmamalıdır deyə bir şey yoxdur. Replərimdə siyasət də, din də olub. Əvvəllər dini aqressiya ilə ifadə edirdim. Yaş ötdükcə ilahi eşq mənə çox maraqlı gəlir. Əlçatmazdır və bitəcəyi bir nöqtə yoxdur deyə. Şair üçün ən yaxşı ilham mənbəyi dindir.

- Heç sizi ölümlə hədələyənlər olub?

- Hə, olub. "Fake" profillərlə. Bilmirsən, nəyə görə. Başı ilə problemi olan adamlardı (gülür).

- Bəs, sizi əsəbiləşdirən və haqqınızda yayılan şayiə nə olub?

- Guya masonam (gülür). Belə bir şey yoxdur....!


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1939   Tarix: 30 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ata-oğul dəm qazından öldü

Qaradağ rayonunda ata və oğlu dəm qazından ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə martın 6-sı saat 16 radələrində qeydə alınıb. 1983-cü il təvəllüdlü Ruslan Məmmədov və 16 yaşlı oğlu Yusif yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər. Hadisə ilə bağlı rayon prokurorluğu tərəfində

7 mart
.

Ciddədən Bakıya təxliyə reysi ilə 200-dən çox Azərbaycan vətəndaşı gətirilib

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya növbəti təhlükəsiz təxliyəsi həyata keçirilib. "Report"un məlumatına görə, "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsu

7 mart
.

Ünvanlı sosial yardım kimlərə düşür? - VACİB ŞƏRTLƏR AÇIQLANDI

Son günlər işsiz şəxslərə ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə müəyyən çaşqınlıq yaradıb. Bir çox vətəndaş bu yardımın kimlərə şamil olunduğunu, rəsmi iş yeri olmayan hər kəsin bu dəstəkdən yararlana bilib-bilməyəcəyini və müraciət qaydalarını dəqiqləşdirməy

8 mart
.

Yutubda da mesajlaşma olacaq

"YouTube" şəxsi mesajlaşma funksiyasını yenidən test edib. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, platformanın funksiyası 31 Avropa ölkəsində istifadəçilər üçün əlçatandır. "YouTube"şəxsi mesajlaşma funksiyasını ilk dəfə 2017-ci ildə təqdim edib. Lakin iki ildə

7 mart
.

Pensiya alanları SEVİNDİRƏCƏK XƏBƏR

Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlərin qrafikdən əvvəl ödənilməsi başlanılıb. xəbər verir ki, bu gün Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib

8 mart
.

Bayram Beqay Prezident İlham Əliyevə zəng etdi

Martın 7-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bayram Beqay İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasın

7 mart
.

31 yaşlı kişi kanalda batdı - Video

Yuxarı Şirvan kanalının Göyçay rayonu, Potu kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub. Hazırda batdığ

6 mart
.

Yeni metro bu tarixdə AÇILACAQ

2030-cu ilədək Bakıda 10 yeni metro stansiyası tikilib təhvil veriləcək. Bu plana bənövşəyi xəttin Ağ Şəhərə kimi, yaşıl xəttin isə "Həzi Aslanov" stansiyasına kimi uzadılması daxildir. Stansiyaların yerləri də seçilib, müəyyənləşdirilib. B8 stansiyası Ağ şəhərin şimalında yerləşəcək. Xəzə

7 mart
.

Lənkəranda sahibsiz itlər tez-tez insanlara hücum edir - Video

Lənkəran şəhərinin mərkəzində sahibsiz küçə itlərinin çoxalması uzun müddətdir sakinlərin narahatlığına səbəb olur. xəbər verir ki, -a danışan sakinlərin sözlərinə görə, şəhərin müxtəlif ərazilərində sahibsiz itlərin sayı ildən-ilə artır və məsələ ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, proble

6 mart