Zaqataladakı yanğınla bağlı son vəziyyət - Video
Ötən gün Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında Nazirliyin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunaraq yanğınla mübarizə tədbirlərinə başlanılıb.
Mövzu ilə bağlı Sonxeber.az-a Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Pərviz Aslanov açıqlama verib.
O bildirib ki, yanğın tam söndürülməyib,amma daha böyük əraziyə yayılmasının qarşısı alınıb.
"Yanğın hazırda nəzarət altındadır. Yanğının baş vermə səbəbi hələ ki məlum deyil. Bu barədə araşdırmalar davam etdirilir".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1470 Tarix: 01 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
QAR YAĞACAQ, ŞAXTA OLACAQ... - Bayram və istirahət günlərinin havası AÇIQLANDI
Bakıda və Abşeron yarımadasında martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-9 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiy
8 martSabah hava necə olacaq?
Azərbaycanda martın 8-də havanın arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərd
7 martRadio reklamı niyə hələ də aktualdır? - Rolan Məmmədlinski cavablandırır
Müasir dövrdə şirkət və brendlər məhsul və xidmətlərini tanıtmaq üçün müxtəlif reklam platformalarından istifadə edirlər. Bu platformalar arasında radio reklamları hələ də effektiv və geniş auditoriyaya çata bilən vasitələrdən biri hesab olunur. Mövzu ilə bağlı Qaynarinfo-ya danışan reklam mütəxəssis
6 martHəbs edilən BNA əməkdaşları haqda - Qərar ləğv edildi
Ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) həbs edilən keçmiş əməkdaşları Hikmət Vəlizadə və Vüqar Hüseynovun işinə yenidən baxılacaq. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə bu barədə qərar qəbul edib. Ali instansiya vəkil Orxan Zeynalovun kassasiya şikayətini əsaslı sayıb
7 martAta-oğul dəm qazından öldü
Qaradağ rayonunda ata və oğlu dəm qazından ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə martın 6-sı saat 16 radələrində qeydə alınıb. 1983-cü il təvəllüdlü Ruslan Məmmədov və 16 yaşlı oğlu Yusif yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər. Hadisə ilə bağlı rayon prokurorluğu tərəfində
7 mart