Gəncədə polis serjantının hoqqaları - Özünü general kimi təqdim edib...
Azərbaycanda 20-yə yaxın vətəndaşdan külli miqdarda pul alaraq, onları Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrə düzəldəcəyini vəd verən polis serjantına hökm oxunub.
Sonxeber.az-ın məlumatına görə, Gəncə şəhəri, Nizami rayon Polis İdarəsinin Təminat qrupunun polis nəfəri, polis serjantı vəzifəsində işləmiş Tacəddin adlı şəxsə qarşı qaldırılan cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məlum olub ki, polis serjantı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan şəxsin cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, eləcə də cinayət işinə xitam verilməsi ilə bağlı təsir etmək imkanına malik olduğuna inandırıb, 13 min pulunu alıb.
O, qohumuna da geniş əlaqələrinin olmasını və bu əlaqələrindən istifadə edərək onu Gəncə şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu vəd verərək, 2021-ci ilin fevral ayında Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının yaxınlığına 6500 manat pul alıb.
Bundan başqa o, daha bir nəfərdən daxili işlər orqanlarına müvafiq vəzifəyə düzəldəcəyi vədini verərək, 2021-ci ilin aprel ayının əvvələrində 7800 manat pul alıb.
Təqsirləndirilən şəxs Mikayıl Salmanovdan DİN-də müvafiq vəzifəyə təyin ediləcəyi vədi ilə 2021-ci ilin iyul ayının əvvəllərində 10 000, Abbasqulu Salmanovdan Daxili İşlər Nazirliyinin Gəncə Regional Mühafizə Polisi İdarəsinə vəzifəyə təyin ediləcəyi adı ilə 4000 manat, Ülvi Aslanovdan daxili işlər orqanlarına müvafiq vəzifəyə təyin ediləcəyi adı ilə 8000 manat pul alıb.
O, həmçinin daha bir nəfərdən 3 min manat almaqla Gəncə şəhər Nizami rayon Polis İdarəsinin post-patrul xidmətinə müvafiq vəzifəyə təyin ediləcəyini deyib. Polis serjantı bundan başqa əminlik və inam yaratmaq üçün aldatdığı bir neçə nəfərə özünü "Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi", "general" kimi təqdim edib. Həmçinin bir neçə nəfərə də zəng edərək guya DİN-nin Xüsusi Təyinat Bölüyünə işə düzəlməyinə köməklik edəcəyinə dair söz verib.
Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, maddi sübutlar, habelə sair iş materialları müvafiq qaydada sübuta yetirilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Qərara əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək./Qaynarinfo
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1465 Tarix: 10 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrBaşı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub
17 oktyabrQız nişanlısı ilə olan fotolara görə toyu ləğv etdi
Ukraynalı qadın nişanlısının onunla birlikdə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşmaqdan imtina etməsi səbəbindən toyunu ləğv edib. xarici mediaya istinadən xəbər verir ki, Valentina adlı qadının sosial şəbəkələrdə fəal olan nişanlısı onunla birlikdə çəkdirdiyi fotoları paylaşmaq istəməyib. Qadını
18 oktyabrBakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu
18 oktyabrİsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10 oktyabr20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub. -a istinadən xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini Müşfiq Cəfərov (şərti adla) 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb. Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikaha girib
18 oktyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabr