Sumqayıtda kişi qısqanclıq zəminində qonşularını yandırıb
Sumqayıtda 41 yaşlı kişi qısqanclıq zəminində qonşularını yandırıb.
Hadisə şəhərin Xəzri yaşayış massivində səhər saatlarında qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Anar Məmmədov qonşusunun evinin pəncərəsindən içəri benzin tökərək yaşayış sahəsinə od vurub. Bu zaman özü də yanıb. Hadisə zamanı evdə olan 58 yaşlı Oruc Qocayev, onun gəlini, 28 yaşlı Günay Qocayeva və nəvəsi Həsən Qocayev müxtəlif yanıq xəsarətləri alıblar.
Onlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Anar Məmmədovun bədəninin bütün hissəsi yandığından vəziyyəti ağırlaşıb. O, təcili tibbi yardım avtomobili ilə Bakı Yanıq Mərkəzinə göndərilib.
Həyat yoldaşından 2016-cı ildən boşanan Anar Məmmədovun hadisəni qısqanclıq zəminində törətdiyi bildirilir. Keçmiş həyat yoldaşı Aynurə Məmmədova APA-ya açıqlamasında bildirib ki, Anar Məmmədov onu qonşusuna qısqanırmış. Aynurə Məmmədova boşanmalarına baxmayaraq, eyni evdə qaldıqlarını, lakin hadisə baş verən zaman anasıgildə olduğunu deyib.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1310 Tarix: 10 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İstirahət üçün kirayələdikləri evin hovuzunda boğuldu
Qəbələ rayonunda İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. 29 yaşlı Lamiyə Əhmədli hovuzda boğularaq ölüb. İlkin ehtimala görə, qadın yaxınları ilə birlikdə istirahət məqsədilə Qəbələyə gedibmiş. Hadisə isə məh
1 sentyabrTısbağanı ayağı ilə əzib öldürən qadın saxlanıldı - VİDEO
Türkiyənin Zonguldak vilayətinin Ereğli rayonunda tısbağanı ayağındakı çəkmə ilə əzərək öldürdüyü görüntüləri sosial şəbəkələrdə yayılan Arzu S. (37) saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, sosial mediada yayılan görüntülərdə qadının evin içərisində tısbağanı təpiklərlə vurduğu və ayağındak
26 avqustİsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, qəza dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb. Hərəkətdə olan "Toyota Land Cruiser" markalı avtomobil idarəetmədən çıxaraq yolda
25 avqustAzərbaycanda bu tarixdə GÜCLÜ KÜLƏK ƏSƏCƏK: Sarı və narıncı XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə güclü külək əsəcək. Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən
30 avqustTövlədə heyvanları yemləyərkən öldü
Bərdə sakini bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1972-ci il təvəllüdlü Həsənov Mahir Həsən oğlu Mollalı kəndində yerləşən özünə məxsus fermada elektrik cərəyanının vurması nəticəsində ölüb. Belə ki, o, hadisə vaxtı iribuynuzlu heyvanlar saxlanıla
21 avqust