Müsəlman soyqırımı törədən hərbi cani ölüm ayağında
Bosniya və Herseqovina serblərinin ordusunun keçmiş komandanı, general-polkovnik Ratko Mladiç ürəyində problem yarandığı üçün ağır vəziyyətdə Haaqada xəstəxanaya yerləşdirilib.
Bu barədə onun oğlu Darko Mladiç məlumat verib.
"O, ümumi zəiflik əlamətləri ilə həbsxana xəstəxanasına yerləşdirilib, ağciyərlərin soyuqlaması və ürəyin zəifləməsi aşkar edilib, ürəyində küy yaranıb", - TASS onun sözlərindən sitat gətirib.
Kiçik Mladiç bildirib ki, hazırda müayinə davam edir.
"Vəziyyəti ağırdır, bizə söz verildi ki, ən geci bazar ertəsinə qədər nəticələri təqdim edəcəyik", – deyə o bildirib.
Qeyd edık ki, R.Mladiç 22 noyabr 2017-ci ildə Haaqa Tribunalı tərəfindən soyqırımı, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.O, xüsusilə Srebrenitsada müsəlman əhalinin qətliamında və 10 min nəfərin ölümünə gətirib çıxaran Sarayevonun blokadısında ittiham olunur. Prokurorlar məhkəmə vaxtı iddia edirdilər ki, Mladiç şəxsən Srebrenitsada 10-65 yaş arası bütün müsəlman kişilərin məhv edilməsi əmrini verib.
İtaliyanın "La Repubblica" qəzeti 2010-cu ilin sentyabrında qeyd etmişdi ki, nəyin bahasına olursa olsun etnik təmizləmə Bosniya serb ordusunun liderinin ideyası olub və bu, həbsdən sonra ələ keçirilən 3500 səhifəlik gündəlik əlyazmalarında öz əksini tapıb. Xüsusilə, Mladiç gündəliklərində aşağıdakı qeydi buraxıb: "50 min müsəlmanı öldürsək heç nə qazanmayacağıq. Əsl prioritetimiz müsəlman əhalidən xilas olmaqdır (onları serb və xorvatlarla əvəzləyərək)".
8 iyun 2021-ci ildə Haaqa Tribunalının apelyasiya palatası Mladiçin ömürlük həbs cəzasını qüvvədə saxlamışdı.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1108 Tarix: 10 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrBaşı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub
17 oktyabrQız nişanlısı ilə olan fotolara görə toyu ləğv etdi
Ukraynalı qadın nişanlısının onunla birlikdə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşmaqdan imtina etməsi səbəbindən toyunu ləğv edib. xarici mediaya istinadən xəbər verir ki, Valentina adlı qadının sosial şəbəkələrdə fəal olan nişanlısı onunla birlikdə çəkdirdiyi fotoları paylaşmaq istəməyib. Qadını
18 oktyabrBakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu
18 oktyabrİsmayıllıda ev və köməkçi tikili yanıb
İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç
10 oktyabr20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub. -a istinadən xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini Müşfiq Cəfərov (şərti adla) 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb. Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikaha girib
18 oktyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabr