Sitrus və allergiya dövrü gəlir: "Pəhriz saxlamasalar, ağır fəsadlarla üzləşəcəklər"

Sitrus və allergiya dövrü gəlir: "Pəhriz saxlamasalar, ağır fəsadlarla üzləşəcəklər"Təxminən iki həftə sonra payız gəlir. Bu fəsildə insanların immun sistemi zəifləyir. Köhnə xəstəliklər baş qaldırır, mövsümi qrip də özünü çox gözlətmir. İnsanlar immun sistemini qaldırmaq üçün təbii vasitə olan sitrus meyvələrinə üz tuturlar. Lakin heç də hamı həmin meyvələri yeyə bilmir - çünki allergik reaksiyalarla üzləşir.

Ümumiyyətlə, allergiya orqanizmin hər hansı maddəyə qarşı yüksək həssaslığı, reaksiyasıdır. Allergik xəstəliklər ilin bütün fəsillərində özünü büruzə verə bilər. Lakin insan orqanizmindən asılı olaraq bəzi allergiyalar mövsümi xarakter daşıdığından, əsasən yaz və payız aylarında özünü daha qabarıq şəkildə göstərir. Mövsümi allergiyalar təbiətdə baş verən dəyişikliklərlə əlaqədar yaranır. Allergiyaya payızda çiçək açan bitkilərlə yanaşı, mövsümi qidalar da təsir edir.

Sitrus meyvələrinə allergiyası olan insanların əksəriyyətində onları yedikdən və ya çiy sitrus meyvələrindən hazırlanmış içkidən sonra simptomlar yaranır. Çiy meyvənin dəriyə toxunduğu zaman da qızartı, səpki, yanğı müşahidə edilir.

Bəs görəsən, ümumiyyətlə xəstəliklərdən qorunmaq üçün hansı vitaminli qidalardan istifadə edilməlidir? Allergiyası olanlar nə etməlidirlər?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən terapevt Həbib Sahratovun sözlərinə görə, immun sistemini qaldırmaq üçün daha çox təbii qidalara üstünlük vermək lazımdır:

"Havaların soyuması ilə mövsümi xəstəliklər bir qədər çoxalır. Havanın temperaturu enəndə immun sistemi zəif olan insanların orqanizmində belə infeksiyaların inkişafı üçün şərait yaranır. Əsasən hipertoniya, qaraciyər və digər xroniki xəstəlikləri olan insanlar buna qarşı yetəri qədər dözüm göstərə bilmirlər. İmmun sistemini gücləndirmək üçün tədbirlər görmək lazımdır.

Daha çox meyvə-tərəvəz yeyilməlidir. Bununla yanaşı, immun sistemini gücləndirmək üçün bəzən peraparatlar da məsləhət görülür".

Allerqoloq İldırım Qasımov əlavə edib ki, mövsümi allergiya əsasən yaz aylarında başlayır:

"Mövsümi allergiyalar üç aya qədər davam edir. Bu, müxtəlif bitkilərə qarşı olan allergiyalardır. Sitrus meyvələrindən naringi və ya mandarinə qarşı da allergiya olur. O zaman bitki mənşəli ot və dərmanlardan istifadə qadağan edilir.

Bitkiyə qarşı allergiyalar yoxdursa, o zaman sınaqlar qoyuruq. Bəzi meyvələrdən istifadə etməyə icazə verilmir. Əgər bitkiyə qarşı allergiya varsa, bitkilər də seçilir. Konkret bitki və meyvələrə qarşı allergiyası müəyyənləşdirilən adamlar onlardan uzaq durmalıdırlar. Ümumiyyətlə, xüsusi siyahı hazırlanır və orada nə yemək olar, yaxud olmaz göstərilir. Sitrus meyvələri, qoz, fındıq, balıq, şokolad, qəhvə, göbələk, süd, yumurtadan istifadə məsləhət görülmür. Xəstə özü artıq nəyə qarşı allergiyası olduğunu bilməli, ona uyğun pəhriz saxlamalıdır".

İ.Qasımov qeyd edib ki, mövsüm bitəndən sonra allergik sınaqlar edirlər:

"Mövsüm vaxtı xəstəni sakitləşdirmək üçün dərmanlar məsləhət görürük. Sınaqdan sonra müəyyən edirik ki, şəxsin hansı bitkiyə qarşı allergiyası var. O zaman qadağa qoyuruq. Sitrus meyvələri yeyə bilmədikləri üçün onların immunitetini qaldırmaq üçün preparatlar veririk. Bir növ qadağan olunmuş qidaları əvəzləməyə çalışırıq".

Həkim əlavə edib ki, mövsümə uyğun olaraq şəxslərdə birdən-birə allergiya xəstəliyi yarana bilər:

"Yaz aylarında diqqətli olmalıdırlar. Elə ağaclar var ki, yaz aylarında çiçəkləyir. O zaman allergiyası olanların çətin dövrü başlayır. Və ya allergiyası olmayanlarda allergiya yarana bilər. Müəyyən saatlar var ki, çölə çıxmaq olmaz. Məcburi çıxsalar, özlərini qorumalıdırlar. Ağaclar tozcuqları havaya səhər çağı buraxır. Həmin vaxt çöldə gəzmək olmaz. Astma xəstəliyi yarana bilər. Göz qaşınacaq, burun sulanacaq. Diyeta saxlanmasa, müalicə yarımçıq olsa, xəstə boğulmağa başlayacaq. Mövsüm vaxtı hər bir şəxs özünü qorumalıdır.

Mövsümdən öncə üç-beş illik müddəti olan iynələr hazırlayıb, xəstələrə vururuq. Bitkiyə qarşı allergiyanın qarşısını alırıq. Effekti yaxşı olur. Xəstəliyin irəliləməsinin qarşısı alınır. Bu xəstəlik mütləq müalicə olunmalıdır. Olmasa, insanlar ağır fəsadlarla üzləşə bilərlər".

Nəzrin Vahid


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1507   Tarix: 11 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad

11 oktyabr
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17 oktyabr
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23 oktyabr
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30 oktyabr
.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

1 noyabr
.

Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı

Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir

13 oktyabr
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

9 oktyabr
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27 oktyabr
.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11 oktyabr