Türkiyənin məşhur yutuberi: "Yolda gəzdiyiniz anda qarşınıza meymun çıxır"

Türkiyənin məşhur yutuberi: "Yolda gəzdiyiniz anda qarşınıza meymun çıxır""Bura çox əsrarəngiz ölkədir. Yolda gəzdiyiniz anda qarşınıza meymun çıxır."

Bu sözləri publika.az-a müsahibəsində qardaş Türkiyənin tanınmış yutuberi Kerem Gök bildirib.

- Kerem bəy, bugün yutuber, bloger ifadələri çox məşhurdur. İnsanlar bu yolla həm məşhurlaşa, həm də pul qazana bilir. Sizdə necə baş verdi bu trendə qoşulmaq?

- Altı ildir son illərin trend ifadəsi olan Yutuber kimi fəaliyyət göstərirəm. Bundan öncə mətbuatda yazılarım dərc olunurdu. Sonra anladım ki, mən də axına qoşulub öz kanalımı yaratmalıyam. Yavaş-yavaş izləyicilərimin sayı da artmağa başladı. Bu günədək iyirmidən çox ölkədə olmuşam. Amma onların arasında ən doğması təbii ki, Azərbaycandır.

- İyirmidən artıq ölkə barədə videoçarx, səyahət, minlərlə insanla tanışlıq sizə nələr verdi? Bəlkə maraqlı məqamlardan danışasınız?

- Gəzdiyim ölkələr arasında İndoneziyanın adını çəkə bilərəm. 2020-ci ildə getmişdim. Məsələn, yolda gəzirsiniz və meymunla qarşılaşırsınız. Bu, indoneziyalılar üçün təbii haldır. Təbiəti, dənizi möhtəşəmdir. İnsanları sakit və mehribandır. Küçədə mübahisəyə, əsəbi hərəkətə şahidlik edə bilməzsiniz. Bir də oradakı adalara heyran qaldım. Bir paradoksal hal da var ki, ölkədən-ölkəyə görə dəyişir. Məsələn, Qazaxıstana getmişdim, ora da, bildiyiniz kimi, çox böyük ölkədir. Qazaxıstanda məsafə min, iki min kilometrlə ölçülür. Oradan çıxıb Hollandiyaya üz tutursan. Burada isə yüz kilometr məsafə çox uzaq sayılır. Yaxud Berlin getdiyim şəhərlər arasında ən çox sevdiklərimdən biridir. Bir yandan da iki qütb arasındakı savaşın izləri hələ də duyulur.

"Bura çox əsrarəngiz ölkədir. Yolda gəzdiyiniz anda qarşınıza meymun çıxır."

Aucune description disponible.

- Və gələk Şuşa səfərinizə. Əminəm ki, Şuşa sizdə dərin təəssürat oyatdı.

- Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşaya səfər etdim. Bu, mənimçün çox özəl ziyarət idi. Öncə Şuşaya dəvət edildiyimdə orada nələrlə qarşılaşacağımdan xəbərsiz idim. Yutubda Şuşa haqda çəkilmiş videoları izləyirdim. Bu gözəl şəhər haqda məlumat toplayırdım, amma yenə də müəmmalı idi mənimçün.

Şuşaya daxil olan kimi fərqli bir məkana gəldiyinizi hiss edirsiniz. Çünki bura illər boyu dağıdılıb məhv edilməyə, tarixdən izi silinməyə çalışılan şəhərdir. Bəli, bu kədəri hiss edirisiniz. Tərk edilmiş kimsəsiz binalar, çoxdan sahibini gözləyən bomboş evlər insanı qəhərə boğur. Şəhərin ruhunu hiss etdikcə, havasını, suyunu içinə çəkdikcə, bu torpağın yetişdirdiyi saysız-hesabsız sənətkarları daha gözəl anlayırsan. Çünki bu təbiətdən ilhamlanmamaq mümkün deyil.

- Şuşanı təsvir edin desəm?

- Şuşaya Mədəniyyət Nazirliyi və Yunus Əmrə İnstitutu ilə birgə yollandıq. Bizimlə incəsənətin bütün janrlarının nümayəndələri də gəlmişdi. Hər kəs Şuşanın demək istədiklərini çox gözəl eşidə bilirdi. Üzeyir Hacıbəylinin ev muzeyinin yanında musiqi yazan bəstəkarlar, Şuşa qalasının ətrafında rəsm çəkən rəssamları gördükcə, anladım ki, şəhərin ruhu geri qayıdır. Müharibədən arınıb, öz libasına bürünür. Bombaların, güllələrin yerinə havada quşlar uçur. Bu səfərimiz həm də yeni sənət əsərlərinin doğulmasına təkan verəcək. Əminəm ki, Şuşa yenə öz statusuna qayıdacaq, mədəniyyət paytaxtına çevriləcək.

- Hər səfərdən, hər şəhərdən qazandığınız təcrübə həyatınızda nələri dəyişdi? Ümumiyyətlə, dəyişdimi?

- Təbii çox şey dəyişdi. Hətta yüz faiz dəyişdi deyə bilərəm. Türkiyə sivil hava yolları tarixində baş verən qəzalarla bağlı kitabın müəllifiyəm. Lakin yutub fəaliyyətimdən öncə bu kitab barədə heç kimin məlumatı yox idi. Sosial mediada məşhurlaşdıqca, kitabımla da hər kəs maraqlandı. Bundan əlavə sosial media mənim əsas gəlir mənbəyimdir, bir çox insanla tanış oluram. Yüz minlərlə insan sizi izləyir. Sosial medianı peşəyə çevirmək çətindir, çünki siz bu məşhurluğu illərlə davam etdirmək üçün izləyicilərinizlə yaxın münasibətiniz olmalıdır. Həyəcanınızı itirmədən, zəhmətlə, zövqlə çalışsanız, qarşılığını alacaqsınız. Dünyada baş verən yeniliklərdən xəbəriniz olmalıdır. Bu gün dünya dəyişir. İstənilən peşədə ömürlük qalmaq mümkünsüzdür. Amma yenə deyirəm, sadaladığım keyfiyyətlərə maliksinizsə, işiniz də sizə təşəkkür edəcək...

Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1337   Tarix: 13 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Avropada anormal istilər iqtisadi artımı məhv edir

Bu ilki qeyri-adi isti yay Aİ iqtisadiyyatına təxminən 180 milyard avroya başa gələcək ki, bu da ÜDM-in təxminən 1%-nə bərabərdir. xəbər verir ki, yeni təhlilə görə, bu məbləğ blokun 2026-cı ilə qədər əldə etməsi gözlənilən bütün iqtisadi artıma bərabərdir. Triodos Bankının araşdırmasına görə, Frans

11 avqust
.

7.4 maqnitudalı zəlzələ Kolumbiyanı silkələdi - VİDEO

Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib. -ın məlumatına görə, müvafiq açıqlamanı Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi yayıb. Məlumata əsasən, zəlzələnin episentri təxminən 134 min nəfər əhalisi olan Kartaqo şəhərindən 31 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 11

10 avqust
.

Rusiya bir neçə yüz min insanı səfərbər etməyə hazırlaşır

"Rusiyanın səfərbərliyə hazırlıqları ilə bağlı hərbi kəşfiyyat hesabatı alınıb. Hər şey Rusiyanın daxili sənədləri ilə təsdiqlənir: onlar buna payızda, saxta parlament seçkilərindən dərhal sonra hazırlaşırlar". xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib. "Puti

12 avqust
.

ABŞ-İran müharibəsi: Tehran Hörmüz boğazının açılması üçün ABŞ-dan güzəştlər tələb edir

İran və ABŞ arasında müharibənin dayandırılması və Hörmüz boğazının yenidən açılması ilə bağlı diplomatik səylər davam edir. Lakin Tehran boğazın tam açılmasını Vaşinqtonun bir sıra tələbləri yerinə yetirməsi ilə əlaqələndirir. "Reuters" xəbər verir ki, İran Hörmüz boğazının açılması üçün ABŞ-da

10 avqust
.

Stiv Uitkoff: "Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır"

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Azərbaycan və Ermənistan arasında Vaşinqton bəyannaməsinin ildönümü ilə bağlı paylaşım edib. xəbər verir ki, S.Uitkoff bu barədə "X" hesabında yazıb. "Düz bir il əvvəl ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistanı danışıqlar masas

9 avqust
.

Avropa İttifaqı Rusiyadan qaz idxalını yenidən artırıb

Avropanın Rusiya enerji təchizatından asılılığını azaltmaq səylərinə baxmayaraq, Aİ-nin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalı yenidən artıb. xəbər verir ki, Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) məlumatlarına görə, iyun ayında Aİ ölkələri Rusiyadan bir il əvvəlkindən 14% daha çox mayeləşdirilmi

10 avqust
.

Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb

Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, ölkə terror təhlükəsinin aradan qaldırılması istiqamətində həlledici mərhələyə qədəm qoyub. "Report" xəbər verir ki, nazir bu barədə İğdır vilayətinə səfəri çərçivəsində çıxışı zamanı danışıb. O qeyd edib ki, 40 ildən artıqdır ölkənin inkişafı

9 avqust
.

Latviya Belarusla sərhədin altında tunel aşkar edib

Latviya Belarusla sərhədin altında tunel aşkar etdiyini bildirib və ölkənin şərq sərhədində nəzarətin gücləndirilməsi tədbirlərini elan edib. "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava baş nazir Andris Kulberqs ilə birgə mətbuat konfransınd

11 avqust
.

ABŞ Rusiya ilə əlaqəli iki tankeri metal qırıntısı kimi satıb

Amerika Birləşmiş Ştatları Rusiya ilə əlaqəsi olan iki tankeri təkrar emal müəssisəsinə metal qırıntısı kimi satıb. Həmin gəmilər sökülmək məqsədilə Hindistanın Alanq şəhərinə istiqamətləndiriləcək. xəbər verir ki, bu barədə "Lloyd's List" nəşri yazıb. "ABŞ hökuməti müsadirə edilmi

11 avqust