Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi""Çox sevincliyəm. Azərbaycan xalqına və məşqçilərimizə təşəkkür edirəm. Bu qızıl medala hava-su kimi ehtiyacım var idi".

Bunu Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Vüqar Talıbov "Report"un yarışa ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

90 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı ona inanan şəxsi məşqçisi Ramiz Ramizzadəyə də minnətdar olduğunu bildirib: "Sevinirəm. Uzun müddət medal qazana bilmirdim. Sonuncu dəfə 2019-cu ildə nəticə vermişəm. Qələbəmi ailəmə və şəxsi məşqçimə həsr edirəm. Heç kim mənə güvənməyəndə, onlar mənə inanırdı. Allah şəhidlərimizə rəhmət etsin. Medalımı həm də şəhid qardaşlarıma həsr edirəm".

İdmançı 1/4 final mərhələsində zədələnən gürcüstanlı rəqibi Tornike Poladişvilini çiynində daşıması barədə danışıb: "Poladişvili ilə şəxsi tanışlığımız var. Ayağının əzildiyini gördüm və onun orada qalmasını istəmədim. Bu, cüdonun gözəllikləridir. Bunu hər kəs etməlidir".

Talıbov 2019-cu ildən sonra başına xoş olmayan hadisələrin gəldiyini xatırladıb: "Zədələndim və əməliyyat olundum. Koronavirusa da yoluxmuşdum və çox yarışlara qatılmadım. İştirak etdiyim turnirlərdə isə istənilən kimi çıxış edə bilmirdim. Sonuncu dünya çempionatına da qızıl medal üçün getmişdim. Amma zədə buna imkan vermədi. Hazırkı qızıl medal isə onları yudu. Bunun davamlı olacağına ümid edirəm. Əsas məqsədim 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarıdır. Məqsədimə çatacağıma inanıram. Bunun üçün əziyyət çəkirəm".

Yeniyetmələr arasında olimpiya çempionu olan cüdoçu həmin titulun da onun üçün daha önəmli olduğunu vurğulayıb: "Çünki yarış dörd ildən bir təşkil olunur. Amma mən 2019-cu ildəm sonra nəticə verə bilmirdim. Əhval-ruhiyyəm düşmüşdü. Məncə, bu medal daha şirindir. 2018-ci ildə yeniyetmələr arasında olimpiya çempionu olanda müsahibəmdə bildirmişdim ki, 2024-cü ildə böyüklər arasında eyni uğuru təkrarlamaq niyyətindəyəmn. İstəyim də budur. Onun üçün əziyyət çəkirəm. Bu, sadəcə, başlanğıc idi".

66 kq-da olimpiya çempionu olan cüdoçu çəkisini qaldırması barədə də fikirlərini bölüşüb: "66 kq-da yarışmaq üçün xeyli çəki salırdım. Bu, mənim üçün əziyyətli idi. Lakin olimpiada böyük yarış olduğu üçün məcbur bunu edirdim. Düşünürəm ki, idmançı hər çəkidə güləşməyi bacarmalıdır. Hazır olduqdan və məşq etdikdən sonra hər şey mümkündür. İnam olanda istənilən çəkidə çempion ola bilərsən. Çoxları mənə inanmırdı. Çünki çəkini 66 kq-dan 90 kq-a qaldırdım. Bu, bəziləri üçün çəkin görünür. Amma bunun öhdəsindən gəldim".

Talıbov 90 kq-dakı digər cüdoçu Məmmədəli Mehdiyevlə rəqabət haqqında bunları deyib: "O, yaxşı insandır. Yoldaşlığımız da var. Artıq illərdir bu çəkinin vahid lideri hesab olunur. Böyük Dəbilqə turnirlərində dəfələrlə medal qazanıb və çempion olub. Mənim isə yaşım azdır. Amma düşünürəm ki, onu qabaqlaya bilərəm. Mən də olimpiadanın qalibi olmaq istəyirəm. Bu vaxtadək 90 kq-da rəqabət yox idi. Amma hazırda rəqabət çoxalıb. Bizdən savayı Murad Fətiyev də bu çəkidə çıxış edəcək. O da gənc idmançıdır və Böyük Dəbilqə turnirlərində iştirak edir. Hər ikisini qabaqlayıb Yay Olimpiya Oyunlarına gedəcəyimə inanıram".

Cüdoçu noyabrda Bakıdakı Böyük Dəbilqədə iştirak etmək istədiyi söyləyib: "Burada öz sözümü deməliyəm. Həmin yarışda Məmmədəli Mehdiyevlə qarşılaşmaq ehtimalım var. Məni Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatıı üçün heyətə daxil edəcəklərinə inanmıram. Gənclərin dünya çempionatında qızıl medal qazanan idmançıya böyüklərin yarışında şans verməyi planlaşdırırdılar. Mən də yarışdan əvvəl zədələndim və çempion ola bilmədim. Düşünürəm ki, Böyük Dəbilqə turnirlərində iştirak edəcəyəm. Ölkəmizi layiqincə təmsil etmək istəyirəm".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1498   Tarix: 17 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

AFFA 6 komandaya texniki məğlubiyyət verib

AFFA-nın U-13, U-11 və U-10 liqalarında baş tutmayan və yarımçıq dayandırılan oyunlara görə 6 komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. U-13 Liqasında oktyabrın 10-na planlaşdırılan "Gəncə" - "Offside"

16 oktyabr
.

Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir

Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq. xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli"

25 oktyabr
.

"Bavariya"nın baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq

Almaniyanın "Bavariya" komandasının baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq. "Report" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belçikalı mütəxəssis cümə günü klubun məşq bazasında huşunu itirib. O, daha sonra xəstəxanaya çatdırılıb

25 oktyabr
.

Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy

17 oktyabr
.

İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib

Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr

24 oktyabr
.

Kriştianu Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu

Beşqat "Qızıl top" sahibi və futbol tarixinin ən məhsuldar qolçularından olan portuqaliyalı hücumçu Kriştianu Ronaldu ümumi qazancı 2 milyard dollara çatan ilk aktiv idmançı olub. xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Nəşrin qiymətləndirməsinə görə, futbolçu 2026/2027-c

25 oktyabr
.

Aziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"

"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm

25 oktyabr
.

"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu

"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile

19 oktyabr
.

"Çelsi"nin futbolçusu Ris Ceyms əməliyyat olunub

İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb. Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da Premyer Liqada "Bornmut"l

16 oktyabr