SON DƏQİQƏ! Sarkisyandan Qarabağla bağlı QƏRAR

SON DƏQİQƏ! Sarkisyandan Qarabağla bağlı QƏRARATƏT-in Minsk Qrupunun həmsədrləri Yerevanda olarkən onlara bildiriblər ki, Ermənistanın yeni hökumətinin proqramına belə bir prinsip daxil edilib: "bir qarış da olsun torpaq", hansı ki, "avtomatik strategiya olur".

Virtualaz.org-un məlumatına görə, bu haqda erməni KİV-inə idarəetmə üzrə ekspert Arutyun Mesrobyan bildirib.

Bu artıq təkcə təxribat deyil. Bu, Qarabağ münaqişəsinin nizama salınması üzrə bütün diplomatik səylərə, ermənilərin sadəcə olaraq, tüpürmələridir.

Torpaqların bir qarışının da güzəştə gedilməyəcəyindən danışarkən Ermənistanda, təbii, Qarabağı və Azərbaycanın işğal edilmiş digər ərazilərini nəzərdə tuturlar.

Sual yaranır: Onda danışıqlar, "konstruktiv danışıqlara hazırlıq" haqda Ermənistan prezidentinin bəyanatları nəyə lazımdır? Bir halda ki, Ermənistanın yeni hökumətinin proqramına "bir qarış da olsun torpaq" prinsipi salınıb, danışıqları necə konstruktiv adlandırmaq olar? Axı söhbət başqa ölkənin – Azərbaycanın işğal edilmiş torpaqlarından, hansı ki, bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır, - gedir!

Amma yox, Ermənistanın yeni hökumətinin proqramında bir neçə yerdə özünü elan etmiş qurum - "Dağlıq Qarabağ Respublikası" xatırlanır.

Ermənistanın özünün bu "respublikanı" tanımaması da çoxdandır ki, heç kimi təəccübləndirmir. Doğrudur, hökumətin proqramında o var, amma elə ki, məsələ rəsmi tanınmaya çatır, Ermənistanın həm hökuməti, həm parlamenti, həm də prezidenti geri çəkilirlər. Məqsəd aydındır: mövcud status-kvonu saxlamaq.

Bir sözlə, Yerevanda çıxan "Lraqir" qəzetinin açıq yazdığı kimi, Ermənistan heç nə qaytarmağa hazırlaşmır, baxmayaraq ki, diplomatlar hələ də danışıqlarda iştirak edir və hansısa təkliflər irəli sürürlər.

Aydın və dəqiq ismarıcdır: Ermənistan heç nə qaytarmağa hazırlaşmır. Belə də başqa bir sual da yaranır: bir halda ki, tərəflərdən biri - Ermənistan nəinki güzəştlərə, hətta danışıqlara belə qəti surətdə hazır deyil, onda ATƏT-in Minsk Qrupu, həmsədrlər nə üçün və nəyə lazımdırlar?!
SON DƏQİQƏ! Sarkisyandan Qarabağla bağlı QƏRAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 11149   Tarix: 23 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat konfransı başa çatıb. 14:41. Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfrans

26 aprel
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26 aprel
.

Prezidentin yeni təyin etdiyi icra başçısı kimdir? - DOSYE

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Ovni Muradov, əvvəllər Babək rayon E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru, Babək rayo

29 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

1 may
.

"Yaxın gələcəkdə Azərbaycan və İran arasında münasibətlər müsbətə doğru dəyişə bilər" - Ekspert

Xəbər verdiyimiz kimi , Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bildirilib ki, görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakir

3 may
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

Prezident: "Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub"

"Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusund

1 may