Sürücülər üçün VACİB AÇIQLAMA : İyulun 1-dən bu avtomobillər taksi kimi fəaliyyət göstərə biləcək
Nazirlər Kabinetinin qərarı ilə taksi minik avtomobilləri ağ və ya qırmızı rəngdə olmalıdır. Bu qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Eyni zamanda buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Bu isə öz növbəsində nə qədər insanın taksi kimi fəaliyyət göstərməməsi ilə nəticələnəcək.
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Sonxeber.az-a açıqlama verib.
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev avtomobillərin yaşı mövzusuna aydınlıq gətirib:
"Taksilərlə bağlı islahatlar keçən ildən artıq ciddi müzakirə olunur. İndi artıq real olaraq islahatın icrasına başlanılıb. Bir iyul tarixinə qədər avtomobilin ümumi icazə ilə birgə yaşı 15 olan taksi sürücülərinə fəaliyyət göstərməyə icazə veriləcək.
2010-1 il
2011-2 il
2012-3 il
2013-4 il
2014-5 il
2015-6 il
2016-7 il
Yəni 2016-cı il istehsalı olan avtomobilin artıq 8 yaşı varsa, 7 illik icazə ala bilər. Hər il artdıqca bu rəqəm də dəyişəcək. Yəni ən "qoca" avtomobil 8 yaş nəzərdə tutulub".
Ekspert bildirib ki, 1 iyul tarixindən sonrakı dövdə avtomibilin yaş koteqoriyası uyğundursa və yeni gətirilməyibsə onlar da taksi kimi fəaliyyət göstərə biləcək:
"Bir iyuldan sonra isə yalnız daha cavan olan avtomobillərə 7 illik icazə veriləcək . İdxal olunan yeni avtomobillərə isə taksi kimi fəaliyyət göstərməsi üçün konkret olaraq reng məhdudiyyəti də qoyulub. Bu rənglər ağ və qırmızı olmaqla iki yerə bölünüb. Əgər 1 iyul tarixindən sonrakı dövdə avtomibilin yaş koteqoriyası uyğundursa və yeni gətirilməyibsə onlar da taksi kimi fəaliyyət göstərə biləcək".
Ekspert bu islahatları zəruri edən amillərin olduğunu vurğulayıb:
"Bu islahatları zəruri edən amillər var idi. Qəzaların artması, sürücü və sərnişinlər arasındakı narazılıq bu islahatlara gətirib çıxardı. Keyfiyyət parametrlərinə cavab verənlər taksi kimi fəaliyyət göstərə biləcək. Bu günə qədər fəaliyyət göstərən taksilərdə olan nizamsızlıq ciddi problemlər yaratmışdır. Biz bunu zaman-zaman sosial şəbəkələrdə də görürdük. Bu baxımdan yeni keyfiyyət parametrləri müştəri məmnuniyyətini artırmaqla yanaşı, sürücülərin də istismar olunmadan sağlam rəqabət şəraitində fəaliyyət göstərməsinə imkan yaradacaq. Gələcəkdə dünya praktikasına uyğun olaraq fərqləndirici nişanları və rəngləri olan taksilərin, məhz ayrılmış avtobus zolağı şəbəkəsində istifadəsi nəzərdən keçirilə bilər".
Gülcahan Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər - 3 SAATLIQ
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR
Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR
Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
Dəhşətli bir qış gəlir - Havalar...
Bakıda ictimai nəqliyyatda YENİ SİSTEM: Metro və avtobusa 90 dəqiqə ərzində ödənişsiz istifadə mümkün olacaq?
33 dərəcə isti, yağış, külək... - Sabahın havası
Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Bu şəxslər PENSİYA ALA BİLMƏYƏCƏKLƏR - Nazirlikdən XƏBƏRDARLIQ
Bu fənnlər ONLAYN tədris olunacaq - AÇIQLAMA
Sentyabrın 2-ci yarısında hamı evinə qucaq dolusu sabun aparacaq - SƏBƏB?
Köməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ
1 kiloqramı 40 manata satışa çıxdı - Görənlər inanmır...