Millimiz Qazaxıstanı darmadağın etdi
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib.
Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasında 3-cü qrupun VI tur matçında Bakıda Qazaxıstan seçməsini qəbul edib.
"Dalğa Arena"dakı qarşılaşmanın ilk dəqiqələri kəşfiyat xarakteri daşıyıb. Azərbaycan millisi ara-sıra təhlükəli hücumlar yaratmaq istəsə də, rəqibin müdafiə xəttini yara bilməyib.
35-ci dəqiqədə qonaqlar azlıqda qalıb. Nuralı Alip Renat Dadaşova qarşı kobudluq etdiyi üçün sarı vərəqə görüb. Müdafiəçi ardınca Eddi İsrafilovu itələdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bundan sonra meydan sahiblərinin hücumlarının kəsəri daha da artıb. 38-ci dəqiqədə rəqib qapıçı İqor Şatski topun qapıdan keçməsinin qarşısını alıb. Tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Milli ikinci yarıya daha sürətli başlayıb. Buna baxmayaraq, yığma bir saatın tamamına kimi çərçivəyə düşməkdə çətinlik çəkib. 65-ci dəqiqədə Mahir Emrelinin zərbəsi təhlükəli alınsa da, Şatski qonaqları qoldan xilas edib. Milli komanda bundan bir dəqiqə sonra istəyinə çatıb. 66-cı dəqiqədə Aleksandr Maroçkin avtoqol müəllifi olub. 72-ci dəqiqədə Filip Ozobiç hesab arasındakı fərqi artırmağa yaxın olsa da, top qapının yanından keçib. 31 yaşlı yarımmüdafiəçi bundan 2 dəqiqə sonra qonaqları məyus etməyi bacarıb. Ozobiç yığmadakı 10-cu matçında ilk dəfə qolla yadda qalıb. 83-cü dəqiqədə Mahir Emrelinin zərbəsindən sonra top qapı dirəyinə dəyərək geri qayıdıb. 90+1-ci dəqiqədə Anatoli Nuriyev matçda son nöqtəni qoyub. Forvard millidə 11-ci matçda ilk qoluna imza atıb.
Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan millisi ardıcıl üçüncü qələbəsini qazanıb və xallarının sayını 10-a yüksəldərək qrupu ikinci pillədə başa vurub. Azərbaycan seçməsi 11 ildən sonra Qazaxıstana qalib gəlib. Komanda son olaraq 2011-ci ildə rəqibini 3:2 hesabı ilə üstələyib.
Qrupun digər oyununda isə Slovakiya Serbiyada Belarusla 1:1 hesablı heç-heçə edib.
***
Bakıda Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda ikinci qol vurulub.
Azərbaycan komandası 74-cü dəqiqədə qonaqları növbəti dəfə mərkəzə dəvət edib - 2:0.
Filip Ozobiçin zərbəsi qarşısıalınmaz olub.
***
Bakıda Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda hesab açılıb.
Azərbaycan komandası 67-ci dəqiqədə qonaqları mərkəzə dəvət edib.
Qazaxıstan seçməsinin heyətində Aleksandr Maroçkin avtoqol müəllifi olub.
***
Bakıda Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda ikinci hissə başlayıb.
Qarşılaşmada hesab açılmayıb.
Görüşün 35-ci dəqiqəsində qonaqların heyətində Nurali Alib birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
***
Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununda ilk hissə başa çatıb.
Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Görüşün 35-ci dəqiqəsində qonaqların heyətində Nurali Alib birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
***
Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunu başlayıb.
"Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da start götürüb.
Görüşü Harm Osmersin başçılıq etdiyi almaniyalı hakimlər idarə edir.
Qrupun digər matçında Slovakiya Belarusla üz-üzə gəlir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
Qızıl bazarında son vəziyyət
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Qızılın qiyməti kəskin ucuzlaşdı
XƏBƏRDARLIQ! Bakıya LEYSAN YAĞACAQ - Proqnoz verildi