Şou-biznesdə Rəhim Rəhimli izi…
Müğənni Rəhim Rəhimlinin vaxtsız ölümü şou-biznes dünyasını, sevənlərini kədərləndirib.
OLAY yazır ki, bu günə kimi bir çox xitlərə imza atan 46 yaşlı sənətçinin həyatını itirməsi ilə bağlı onlarla sosial şəbəkə istifadəçiləri post paylaşıb, mahnılarını yad edib.
OLAY bu məqamda pop ulduzun tərcümeyi-halını təqdim edir:
Rəhim Rəhimli 28 dekabr 1976-cı ildə Salyan rayonunun Qaraçala kəndində anadan olub. Ekstravaqant tərzi, açıqlamaları ilə diqqət çəkən ifaçı Azərbaycan şou-biznesinə tövhələr verib.
R. Rəhimli uzun illər Lider TV-də "Dostum" adlı şou proqramı aparıb. Rəhim Azərbaycanın populyar ulduzları, Xalq artistləri Aygün Kazımova ilə "Hər şey düzələr", Xalq artisti Röya Ayxanla "Sən idin" duetlərinə imza atıb.
Həmçinin, A. Kazımovanın məşhur "Sevərsənmi" albomunda Rəhimin bəstələrinə yer verilib.
Rəhimli bir müddət səhnədən uzaqlaşaraq Türkiyədə yaşayıb, illər sonra Azərbaycana qayıdıb.
Sənətçi hər iki xanım həmkarları ilə silsilə şəkildə konsertlər verib. Rəhimin sonuncu səs-küy yaradan layihəsi repçilər Nadeer və Ramil Nabranla "Basdalama" dueti olub.
Layihə yutubda 18 milyon baxış toplayıb.
Daha sonra sənətçi 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarına kimi "MTV Azərbaycan" kanalının direktoru işləyib.
O, rəhbər olduğu televiziyada bir çox dəyişikliklərə imza atıb. İfaçı vəzifədən getdikdən sonra səhnə fəaliyyətinə davam edib, daha çox bəstəkarlıq fəaliyyəti ilə məşğul olub.
Pop ulduzun "Tərk-i Diyar", "Quzu kəsərəm" kimi hitlərə imza atıb. Bundan əlavə, sənətçinin Lider TV-də yayımlanan Lift Realiti Şousunun finalında Xalq artisti Alim Qasımov və Elnur Hüseynovla performansı uzun müddət danışılıb.
Müğənni 2022-ci il sentyabrın 30-da ürək tutmasından dünyasını dəyişib.
Allah rəhmət eləsin!










Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanlı musiqiçi dənizdə boğuldu
Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb
2 sentyabr 2021Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür?
Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır. Bu barədə -a müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:. "Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur
16 sentyabr 2021Onlar artıq bu kanalda olacaq
"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq
7 sentyabr 2021Britni Spirs bu şəxslə nişanlandı - FOTO
Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan
13 sentyabr 2021Flora Kərimova küçədə mahnı oxudu – VİDEO
Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:
8 sentyabr 2021Aygün Kazımova koronavirusa yoluxub
Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço
8 sentyabr 2021Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq
Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə
10 sentyabr 2021Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...
Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb
2 sentyabr 2021