KİV: "Baydenin yaşı onun yenidən prezident seçilməsini sual altına qoyur"
ABŞ Prezidenti Cozef Baydenin yaşı ilə bağlı vəziyyətində və davranışında dəyişikliklər onun 2024-cü ildə uğurlu seçki kampaniyasının mümkünlüyünü sual altına qoyur.
Bu barədə "The Washington Post"un köşə yazarı Meqan Makardalın nəşrin saytında dərc olunmuş məqaləsində bildirilib.
Jurnalist bu həftənin əvvəlində Ağ Evdə keçirilən konfransda baş vermiş vəziyyəti xatırlayaraq bildirib ki, bu il 80 yaşı tamam olan Bayden orada çıxış edərkən avqust ayında avtomobil qəzasında həlak olan ABŞ konqresmeni Ceki Valorskini axtarmağa başlayıb:
"Prezidentimiz Ağ Evdə ölülərlə danışmağa başlamazdan çox əvvəl Cozef Baydenin çiçəklənmə dövrünün bitdiyi açıq-aydın görünürdü"- deyə, məqalədə qeyd olunub.
Onun sözlərinə görə, koronavirusun yayılması ilə mübarizə üçün tətbiq edilən məhdudiyyətlər səbəbindən 2020-ci il seçki kampaniyası çərçivəsində namizədlərin tədbirlərinin və çıxışlarının sayı əhəmiyyətli dərəcədə azalıb və bu, onun fikrincə, Baydenin xeyrinə olub.
"Namizədlər bir-birinin ardınca ictimai tədbirlərdə iştirak edirlər və yaş bu cəhddə açıq-aşkar çatışmazlıqdır, baxmayaraq ki, ölümcül deyil. Donald Tramp hər zaman yetmiş yaşlarında qızardılmış yemək yeyən adam üçün olduqca güclü görünürdü və podiumda bir saatlıq improvizasiyalardan açıq-aydın həzz alırdı. Lakin 2020-ci il kampaniyasının başlanğıcında Bayden günün hansı saatında çıxış etməsindən asılı olmayaraq yorğun görünürdü"./Report
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1066 Tarix: 02 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada 500 etiraz aksiyası gözlənilir
Fransa hüquq-mühafizə orqanları məktəb etirazları və yaşayış xərclərinin yüksək olması, yanacaq qiymətlərinin artması və ictimai xidmətlərin pisləşməsi ilə bağlı artan ictimai narazılıq fonunda çətin bir şənbə gününə hazırlaşır. xəbər verir ki, "Le Figaro" qəzetinin məlumatına görə, ölkəd
17 oktyabrBelçika Ukraynaya 10 ədəd "F-16" qırıcısı ötürəcək
Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd "F-16" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir. TASS-ın məlumatına görə, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə keçirilən Aİ sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşünün yekunlarına dair açıqlamasında bildirib
16 oktyabrABŞ-da ibtidai məktəbdə baş verən atışmada üç uşaq və bir müəllim həlak olub
ABŞ-ın Oreqon ştatının Bend şəhərindəki Silver Rail İbtidai Məktəbində baş verən atışmada 5, 8 və 11 yaşlı üç uşaq və 25 yaşlı bir müəllim həlak olub. xəbər verir ki, daha bir 7 yaşlı qız və 54 yaşlı bir müəllim yaralanıb. Bend Polis Rəisi Mayk Krantz mətbuat konfransında bildirib ki, hücum edən 16 yaşl
17 oktyabrTürkiyədə istintaq: İki məmur həbs edildi
Türkiyədə Ankara Qərbi Respublika Baş Prokurorluğu Mütəşəkkil Cinayətlərin İstintaqı Bürosu tərəfindən bəzi bələdiyyə tenderlərindəki qanun pozuntuları, saxta sənədlərin hazırlanması və dayanacaq icarəsi və tikinti layihələrinin rayonlaşdırma və icazə proseslərində mənfəət əldə edilməsi iddiaları üzr
17 oktyabrMakron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib. "Report" xəbər verir ki, Fransa lideri bu barədə "X"
18 oktyabrLavrov Tehrana səfər edəcək
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edəcək. xəbər verir ki, səfər zamanı iranlı həmkarı ilə danışıqlar planlaşdırılır. Danışıqlar zamanı tərəflər İran ətrafındakı vəziyyətə xüsusi diqqət yetirərə
16 oktyabrZəhərli hörümçək udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
16 oktyabr