Qurban Qurbanov gecikən futbolçuya nə deyib?
"Qarabağ"ın və "Olimpiakos"un sabiq yarımmüdafiəçisi Çumbinyo bu komandalar arasında Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək oyundan danışıb. "Qafqazinfo" xəbər verir ki, o, həmçinin Azərbaycan təmsilçisində keçirdiyi günləri xatırlayıb:
"Azərbaycanda yaxşı günlərim olub və "Qarabağ"la bağlı pozitiv xatirələrim var. Bakını çox bəyənirdim. "Qarabağ"ı "Olimpiakos"dan daha yaxşı tanıyıram, çünki 3 il orada oynamışam. Onların düşdüyü qrup çox çətindir. "Qarabağ"ın növbəti mərhələyə şans qazanmaq ehtimalı yüksəkdir".
Braziliyalı futbolçu "Qarabağ"da başına gələn maraqlı əhvalatı danışıb: "Bu, avrokubok oyunu üçün Avstriyada olanda baş verib. O vaxt biz həmişə səfər oyunlarına 3 gün tez gedirdik. Bütün komanda avtobusun içində idi və biz gecikən oyunçunu gözləyirdik. Gecikməsinə baxmayaraq, böyük bir təbəssümlə gəldi... Lakin bu, uzun sürmədi. Məşqçi ona dedi ki, sən xoşbəxt ola bilərsən, amma mütləq oynamayacaqsan. Sən skamyada olacaqsan, buna görə də səfərdən həzz al".
Xatırladaq ki, bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1489 Tarix: 06 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"
"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm
25 oktyabrBu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu
17 oktyabrFIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır
Azərbaycan U-15 dünya çempionatına və festivalına hazırdır. xəbər verir ki, bu barədə FIFA sosial şəbəkə hesabından paylaşım edib. Ali futbol qurumu Bakıda keçiriləcək turnirlə bağlı post paylaşıb və Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb:. "Bura 66 günə AFFA tərəfində
22 oktyabr"Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb
Türkiyə Superliqasının IX turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" oyununun baş hakimi açıqlanıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İstanbul derbisi FIFA referisi Atilla Karaoğlana tapşırılıb. Xatırladaq ki, "Qalatasaray"
22 oktyabr"Çelsi"nin futbolçusu Ris Ceyms əməliyyat olunub
İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb. Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da Premyer Liqada "Bornmut"l
16 oktyabrİtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr
24 oktyabr