Onkoloq: "Yeniyetməlik dövründə geri qalmalar kişilərdə süd vəzi xərçənginə gətirib çıxara bilər"

Onkoloq: "Yeniyetməlik dövründə geri qalmalar kişilərdə süd vəzi xərçənginə gətirib çıxara bilər"Qadınlar arasında süd vəzi xərçənginin daha çox yayıldığı hər kəsə məlumdur. Amma bəziləri kişilərdə də süd vəzi xərçənginin yaranmasından xəbərsizdirlər. Kişilərdə nadir rast gəlinsə də, onlar bu xəstəliyi qadınlardan daha ağır şəkildə keçirirlər.

Bəs görəsən, süd vəzi xərçəngindən dünyasını dəyişən kişilər olubmu? Xəstəliyə düçar olan kişilər nələrə diqqət etməlidirlər?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən onkoloq-mammoloq Cəlil Bağırovun sözlərinə görə, süd vəzi xərçəngi hər 100 kişidən birində aşkarlanır:

"Süd vəzi xərçəngi həm qadınlar, həm də kişilər arasında yayılır. Qadınlar arasında daha geniş yayılıb. Hər səkkiz qadından biri süd vəzi xərçəngi riskini yaşayır. Kişilərdə isə ən çox rast gəlinən süd kanallarından başlayan xərçəngdir. Biz buna duktal karsinoma deyirik.

Kişilərdə rast gəlinən süd vəzi xərçənginin, demək olar ki, hamısı duktal karsinomadır. Süd ifraz edən vəziləri olmadığı üçün və ya çox az olduğu üçün kişilərdə lobulyar karsinomaya rast gəlinmir və ya çox nadirdir. Əlamətləri - əllə hiss olunan kütlə, gilədən qanlı və ya şəffaf axıntı, süd vəzi dərisində batıqlıq, süd vəzi dərisində qabıqlanma, bərkliyin hiss olunmasıdır.

Kişilərdə az rastlanmasına rəğmən, daha pis nəticələrə gətirib çıxarmasının əsas səbəblərindən biri odur ki, kişilərdə süd vəzi toxuması daha azdır, ona görə də şiş altdakı əzələ toxumasına və qoltuq altına daha tez yayılır. Dünyasını dəyişənlər də var.

Süd vəzi xərçənginin müalicə prinsipləri və ardıcıllığı kişilərdə də qadınlarda olduğu kimidir.

Onkoloq qeyd edib ki, spirtli içkilər, tütün məmulatları xəstəlik riskini daha da artırır:

"Xərçəngin konkret olaraq yaranma səbəbləri bəlli deyil. Bunlar hamısı nəzəriyyələrdir. Xərçəngin əmələ gəlməsində əsas faktor genetikadır. Yaş amilinin də öz təsiri var. Yaş artdıqca risk də artır. Həyat tərzi də təsir edir. Qadınların spirtli içkilərdən bir qədəh miqdarında qəbulu riski iki dəfə artırmış olur. Siqaret də eyni qaydada. Kişilərdə siqaretdən ağciyər xərçəngi daha çox olur. Birinci yerdə o dayanır".

C.Bağırov əlavə edib ki, kişilərdə qadın hormonlarının artıq olması süd vəzi xərçəngini yaradır:

"Ən başlıca səbəbi qadın hormonlarının yüksəlməsidir. Əgər prostat vəzi xərçənginə görə estrogen tərkibli dərman müalicəsi alırsınızsa, xayalarda bir problem varsa və ya orxiektomiya (xayalardan birinin əməliyyatla götürülməsi - red.) olunmuşsa, süd vəzi xərçənginin yaranma riski artır. Klaynfelter sindromunda (kişinin X xromosomunun əlavə bir nüsxəsinə sahib olması - red.), qaraciyər sirrozunda da xəstəlik riski artır.

Tək süd vəzi xərçəngində yox, bütün xəstəliklərdə fiziki aktivliyin olması əsasdır. İnsan hərəkət etmədikdə xəstəliklərə düçar olur. Digər məsələ isə sağlam qidalanmaqdır. Yaşıl tərəvəzdən, meyvələrdən daha çox istifadə etmək bu xəstəliklərə yaxşı təsir göstərir. Şikayət oldu-olmadı, insanlar ildə ən azı bir dəfə həkim-onkoloqun müayinəsindən keçməlidirlər".

Terapevt Sübhan Hacıyev isə qeyd edib ki, yeniyetməlik dövründə geri qalmalar kişilərdə süd vəzi xərçənginin yaranmasına səbəb olur:

"Süd vəzi xərçəngi adətən qadınlarda olsa da, az bir faizlə kişilərdə də rast gəlinir. Etiologiyası bir çox amillərdən asılıdır. Hormonal disbalans, ətraf mühitin korlanması, düzgün qidalanmamaq, yeniyetməlik dövründə geri qalmalar süd vəzi xərçənginə gətirib çıxara bilir. Bu kimi insanların erkən diaqnozla müalicə olunmaları mütləqdir. Müxtəlif terapiya növlərinin kombinasiyası lazımdır. Bəzən cərrahi müdaxilə, bəzən də əməliyyatdan öncə kimyaterapiya gərək olur. Erkən mərhələdə aşkarlanıb, düzgün müalicə seçilərsə, həyat qurtarmaq olar.

İlk beş ildə xəstə intensiv şəkildə həkim nəzarətində olmalıdır. Əgər beş il müddətində süd vəzi xərçəngində geri dönmələr olmazsa, xəstə sağalmış hesab olunur".


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1282   Tarix: 31 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad

11 oktyabr
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17 oktyabr
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23 oktyabr
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30 oktyabr
.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

1 noyabr
.

Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı

Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir

13 oktyabr
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

9 oktyabr
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27 oktyabr
.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11 oktyabr