Prezidentin Protokol xidmətinin yeni rəisi bu şəxsin oğludur - FOTO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, siyasət üzrə fəlsəfə doktoru olan A.Səmədov Moskva Dövlət Universitetinin diplomatiya fakültəsinin məzunudur.
Onun atası Vasif Səmədov isə Azərbaycanın tanınmış veteran jurnalistlərindəndir. Əməkdar jurnalist V.Səmədov "Kamil sənətkar", "Qızıl qələm", "Zərdabi", "Araz" mükafatlarına, eləcə də "Oqonyok" jurnalının laureatı adına layiq görülüb. O həmçinin Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi "Dünyanın 1000 nüfuzlü şəxsi" adlı biblioqrafik sorğu kitabında jurnalistika üzrə Azərbaycanı təmsil edib.
V.Səmədov "Kaspiyan-İzvestiya" Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və prezidenti vəzifələrini tutub.
Qeyd edək ki, A.Səmədov bugünkü təyinata qədər həmin xidmətin rəis müavini vəzifəsini icra edib.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb