Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Yeni tədris ili ilə birlikdə məktəblərdə şagirdlər üçün müxtəlif iş dəftərlərinin alınması məsələsi də gündəmə gəlir. Bəzi hallarda valideynlərdən konkret nəşriyyatın və ya müəllimin tövsiyə etdiyi iş dəftərini almağın tələb edildiyi bildirilir. Halbuki iş dəftərlərinin istifadəsi ilə bağlı rəsmi izahlarda onların könüllülük prinsipi əsasında əldə olunmalı olduğu qeyd edilib. Bu isə məktəb və müəllimlərin valideynlər qarşısında belə bir tələbi irəli sürmək səlahiyyətinin olub-olmaması məsələsini aktuallaşdırır.
Bəs, məktəb və ya müəllim valideyndən konkret iş dəftərini almağı tələb edə bilərmi və belə bir tələb hansı hallarda qanuni hesab olunur?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, məktəblərdə iş dəftərlərindən istifadə ilə bağlı vahid qayda yoxdur.
"Bəzi məktəblərdə və müəllimlərdə iş dəftərlərinin istifadəsi təklif olunur, bəzilərində isə buna ehtiyac duyulmur. İş dəftərləri yardımçı vəsait kimi istifadə edilir. Bəzi müəllimlər, xüsusilə ənənəvi təhsil yanaşmasından gələnlər, iş dəftərlərinin tətbiqini vacib hesab edirlər. Digər müəllimlər isə bu cür vəsaitlərdən istifadəyə üstünlük vermirlər. Bəzi hallarda isə iş dəftərinin alınması tələb kimi qoyulur. Ümumiyyətlə, bu məsələnin vahid mərkəzdən idarə olunması sistemi yoxdur. Qanunvericilik və normativ-hüquqi aktlarda məktəblərdə iş dəftərinin mütləq olması ilə bağlı tələb nəzərdə tutulmayıb. Bəzi valideynlər şagirdlərin mövzunu daha asan mənimsəməsi üçün özləri iş dəftərlərindən istifadədə maraqlı olurlar. Bəzi hallarda isə müəllimlər və sinif rəhbərləri buna üstünlük verirlər".
Ekspert bildirib ki, bu məsələ müəyyən mənada təlimat və qanunlardakı boşluqdan irəli gəlir:
"Mövcud qaydalarda nə iş dəftərinin istifadəsinə konkret qadağa qoyulur, nə də onun məcburi olması tələb edilir. Bu səbəbdən məsələ müəllimin yanaşmasından və metodikasından asılı olaraq dəyişir. Konkret olaraq iş dəftərinin məcburi alınması ilə bağlı hər hansı tapşırıq və ya icra tələbi yoxdur. Buna görə də müəllimlər iş dəftərinin mütləq alınmasını şagirdlər qarşısında şərt və ya tələb kimi qoya bilməzlər. Lakin müəllimin metodik yanaşması və ya valideynin istəyi əsasında iş dəftərindən istifadə etmək mümkündür".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 122 Tarix: 21 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabrAzərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger
20 sentyabrBu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün
20 sentyabrBakının iki rayonunda İŞIQ OLMAYACAQ
Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini
21 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrAzərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf
19 sentyabrBu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
20 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabr