"Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirir" - Deputat

"Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirir" - Deputat"Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirir. Cənab İlham Əliyevin irəli sürdüyü 5 baza prinsipinin əsasını BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq hər iki ölkənin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması təşkil edir.
Azərbaycan iki dövlət arasında sülh müqaviləsinin imzalanmasına hər zaman hazır olduğunu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət edəcək Rusiyanın vasitəçiliyini qəbul edir. Eyni zamanda Azərbaycan sülhün yaradılmasına xidmət edəcək hər iki dövlətin ictimaiyyət nümayəndələrinin, din xadimlərinin və Parlamentlərarası əlaqələrin yaradılmasına tərəfdardır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

O həmçinin qeyd edib ki,Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması cənab İlham Əliyevin irəli sürdüyü 5 əsas baza prinsipi əsasında formalaşdırılacaq. Üçtərəfli görüşün nəticəsi olaraq imzalanmış bəyanatın bütün bəndləri Azərbaycanın mövqeyini tam ifadə edir. Müharibə başa çatdıqdan sonra Prezident cənab İlham Əliyev Azərbaycan - Ermənistan münasibətlərinin normallaşmasına, Cənubi Qafqazın iqtisadi cəhətdən inkişaf etməsi üçün birgə əməkdaşlığa çağırış etmişdir:

"Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş Naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşdə cənab İlham Əliyev növbəti uğura imza atdı. Qəbul edilmiş sənəddə Qarabağ kəlməsi belə qeyd edilmədi. Soçiyə böyük ümüdlərlə gələn Paşinyan növbəti dəfə məğlubiyyətə düçar oldu. Ümumiyyətlə Soçi şəhərində 2020-ci ilin noyabr və 2021- ci ilin yanvar aylarında imzalanmış üçtərəfli Bəyannamələrin icrası ətrafında müzakirələr aparıldı və münasibətlərin normallaşdırılması üçün əlavə təkliflər müzakirə edildi. Üçtərəfli görüşdən əvvəl Prezident cənab İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını və bu münaqişənin iki il bundan əvvəl başa çatdığını xüsusi vurğuladı. Danışıqlar ancaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparıla bilər. Bununla da cənab İlham Əliyev qətiyyətli şəkildə Azərbaycanın mövqeyini bildirdi. Prezident cənab İlham Əliyev dəfələrlə qeyd etmişdi ki, Qarabağ münaqişəsi adlı problem həll olunub və bu məsələ ilə bağlı heç bir vasitəçiyə ehtiyac yoxdur. Soçidə qəbul olunmuş Bəyannamədə Azərbaycanın dövlət və milli maraqlarını müdafiə edən bir sıra məsələlər öz həllini tapmış oldu. Belə ki, Azərbaycanın ərazi bütövlüyü təsdiqləndi, Qarabağ və orada yaşayan ermənilərin statusundan bəhs edilmədi. Eləcə də Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması cənab İlham Əliyevin irəli sürdüyü 5 əsas baza prinsipi əsasında formalaşdırılacaq. Üçtərəfli görüşün nəticəsi olaraq imzalanmış bəyanatın bütün bəndləri Azərbaycanın mövqeyini tam ifadə edir. Müharibə başa çatdıqdan sonra Prezident cənab İlham Əliyev Azərbaycan - Ermənistan münasibətlərinin normallaşmasına, Cənubi Qafqazın iqtisadi cəhətdən inkişaf etməsi üçün birgə əməkdaşlığa çağırış etmişdir. Azərbaycan iki dövlət arasında bütün kommunikasiya xətlərinin açılması təklifini irəli sürmüş, Ermənistan sülh müqaviləsini imzalayacağı, səmimi qonşuluq münasibətlərini yaradacağı, qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürməyəcəyi təqdirdə bu ölkə Azərbaycanın müəllifi və iştirakçısı olduğu bütün beynəlxalq, iqtisadi layihələrə cəlb oluna bilər. Bu Ermənistan iqtisadiyyatının dirçəlməsinə, vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə səbəb olar.
Humanitar sahədə də Azərbaycanın gördüyü işlər dünya ölkələri tərəfindən rəğbətlə qarşılanmışdır. Müharibə zamanı əsir düşmüş onlarla erməni hərbiçisinə tibbi yardım göstərilmiş və onlar Ermənistan tərəfinə təhvil verilmişdir.
Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirir. Cənab İlham Əliyevin irəli sürdüyü 5 baza prinsipinin əsasını BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq hər iki ölkənin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması təşkil edir.
Azərbaycan iki dövlət arasında sülh müqaviləsinin imzalanmasına hər zaman hazır olduğunu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət edəcək Rusiyanın vasitəçiliyini qəbul edir. Eyni zamanda Azərbaycan sülhün yaradılmasına xidmət edəcək hər iki dövlətin ictimaiyyət nümayəndələrinin, din xadimlərinin və Parlamentlərarası əlaqələrin yaradılmasına tərəfdardır. Ermənistan tərəfi də bu prinsiplərə əməl edərsə iki dövlət arasında sülh sazışınin imzalanması reallaşar".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1617   Tarix: 04 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr