"Caliber": Qarabağ ermənilərinin "xüsusiyyətləri" haqqında - VİDEO
"Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə müəllif İrəvan Mətbuat Klubunun direktoru Boris Navasardyanın "Exo Kavkaza" portalına müsahibə verərkən səsləndirdiyi fikirlərə diqqət çəkib.
Qeyd edək ki, Boris Navasardyan sözügedən müsahibəsində bildirib ki, hazırkı məqamda Qarabağın müqəddəratı ilə əlaqədar risklər mövcuddur və son aylar baş verən hadisələri Rusiya nə öz sülhməramlıları, nə də diplomatik vasitələrlə həll etmək iqtidarında deyil.
Müəllif vurğulayıb ki, Boris Navasardyan müsahibənin davamında absurd fikirlər səsləndirməkdə davam edir.
Boris Navasardyan qeyd edir ki, 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanatda hərbi qulluqçular müqavilənin imzalandığı andan etibarən olduqları yerdə dayanmalıdırlar.
Boris Navasardyan hesab edir ki, Azərbaycan razılaşmanın bu bəndini pozur və ona görə də bölgədəki qeyri-müəyyənlik aradan qaldırılmalıdır.
Müəllif isə öz növbəsində üçtərəfli bəyanatı həyasızcasına təhrif edən Boris Navasardyanın diqqətinə çatdırıb ki, noyabrın 10-da imzalanan razılaşmada çox aydın və dəqiq qeyd olunub ki, Rusiya sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması ilə paralel şəkildə bölgəyə yerləşdirilməlidir.
Ətraflı "Caliber"in növbəti süjetində:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb