Sürücülərin NƏZƏRİNƏ! Qaydalar dəyişir - Bundan sonra... - VİDEO
Minik avtomobillərinin sürücüləri motosiklet, moped və bu kimi nəqliyyat vasitələrini idarə edənlərin əlindən təngə gəldiklərini deyirlər.
Onlar həmin nəqliyyat vasitələrinin əksər sürücülərinin harada gəldi, necə gəldi qayda pozduqlarını bildirirlər.
Xüsusilə də paytaxt Bakıda gündən-günə artan moped və motosiklet sürücüləri isə tam əksini düşünürlər. Onlar günahın əsasən avtomobil sürücülərində olduğunu deyirlər.
Əsasən şəhərdaxili çatdırılma xidmətində istifadə olunan bu nəqliyyat vasitələrinin bir çoxu nömrəsiz idarə edilir. Bu isə qayda pozuntusu zamanı onların qeydə alınmasını çətinləşdirir.
Amma bu problemin həlli üçün "Yol hərəkəti haqqında" qanuna dəyşiklik edilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı danışan ekspert Elməddin Muradlı "Xəzər Xəbər"ə deyib ki, maksimal sürəti 50 km/saat-dan çox olan nəqliyyat vasitələrinin qeydiyyata alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi təklif olunur.
Təklif edilən digər bir dəyişiklik isə dayanma-durmaya görə yazılan cərimələrlə bağlıdır. Dayanma və ya durma qaydalarının pozulması hallarının foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə qeydə alınması təklif edilir. Təklif qəbul edilərsə, indiyə qədər müəyyən mübahisə yaradan BNA-nın yazdığı cərimələr qanunda tam əksini tapmış olacaq. İlk oxunuşdan keçən dəyişiklik təklifləri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2240 Tarix: 20 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramananın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. "Azərişıq"dan -a verilən məlumata görə, dekabrın 26-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqəda
26 dekabrYeni il süfrəsində balıq yemək lüksə çevrildi - Qiymətlər necədir?
Yeni il bayramı yaxınlaşdıqca paytaxtda balıq və balıq məhsullarının qiymətində artım müşahidə olunur. Qaynarinfo qiymətləri öyrənmək üçün "Eurohome" balıq bazarı ilə əlaqə saxlayıb. Satıcılar balığın qiymətində artım olduğunu təsdiqləyiblər. Hazırda bazarda balıq məhsullarının qiyməti aşağıdak
26 dekabrAydan 1 ildən sonra işinə qayıtdı - Video
Ötən il Aktau yaxınlığında vurulan AZAL təyyarəsinin sağ qalan stüardessası Aydan Rəhimli 1 ildən sonra öz işinə qayıdıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı AZAL sosial şəbəkə hesabında paylaşım edib. "Bəzən sözlər kifayət etmir, amma yol davam edir. J2-8243 nömrəli Bakı-Qrozn
26 dekabrPrezidentin idmançılarla maraqlı söhbəti: SƏMİMİ GÖRÜNTÜLƏR
Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Prezidentin idman ictimaiyyətinin nümayəndələri ilə maraqlı söhbəti diqqətçəkən məqamlardan bir
26 dekabrEdinburq deyil, Kəlbəcərdir... - Video
Hazırda Kəlbəcərdə qarlı hava şəraiti hökm sürür. "Qafqazinfo"nun məlumatına görə, Yeni ilə sayılı günlər qalmış nağıla bənzəyən Kəlbəcər heç də Avropa şəhərlərindən geri qalmır. Görüntülərə baxanda bir anlıq Edinburqda olduğunuzu düşünə bilərsiniz, amma bura işğaldan azad edilən doğma Kəlbəcərdir
26 dekabrBu yolda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarınd
25 dekabr