"Dolların bahalaşması gec-tez baş verəcək" - İQTİSADÇI NATİQ CƏFƏRLİ

"Dolların bahalaşması gec-tez baş verəcək" - İQTİSADÇI NATİQ CƏFƏRLİDolların dəyəri hər zaman həm gündəlik həyatımızda, həm də qlobal ticarətdə önəmli rol oynayıb. 2025-ci ilin sonlarına yaxın bir çox iqtisadi göstəricilər və beynəlxalq hadisələr dolların 2026-cı ildə qiymətini necə formalaşdıracağı barədə suallar doğurur. ABŞ-ın maliyyə siyasəti, inflyasiya səviyyəsi və ticarət balansındakı dəyişikliklər bu prosesə təsir edən əsas amillərdir. Eyni zamanda, dünya bazarlarındakı dalğalanmalar və beynəlxalq valyuta ticarəti də dolların gələcək məzənnəsinə birbaşa təsir göstərir. Bu vəziyyət sıravi vətəndaşlar üçün gündəlik xərclərdən investisiyalara qədər müxtəlif sahələrdə əhəmiyyət daşıyır.
"Dolların bahalaşması gec-tez baş verəcək" - İQTİSADÇI NATİQ CƏFƏRLİMövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir. Onun sözlərinə görə, bunu proqnozlaşdırmaq çətin deyil: "Proqnoz iqtisadi kateqoriyada mümkündür ki, biz müxtəlif parametrləri üst-üstə qoyub müəyyən proqnoz verə bilərik. Ancaq bizdə inzibati məzənnə rejimi olduğu üçün proqnozlaşdırmaq mümkün deyil. Yəni dolların bahalaşması ancaq inzibati qərarla olacaq əgər bahalaşacaqsa. Gələn il məzənnə dəyişikliyinin olacağını düşünmürəm.

Dolların bahalaşması üçün gərək çox ağır iqtisadi şərtlər yaransın. Məsələn neftin qiyməti 40 dollaradək düşsün, dünyada iqtisadi böhranlar yarandığı halda dollar bahalaşa bilər. Gələn il neftin qiyməti onsuzda ucuzlaşacaq. Ancaq manatla bağlı hansısa bir qərarın məhz 2026-cı ildə verilməsini söyləmək çətindir. Ancaq gec tez dollar bahalaşacaq. Yəni manatın hansısa bir qərarla məzənnəsində ucuzlaşma baş verəcək. Zaman baxımından proqnozlaşdırmaq çətin olsada, perpektiv baxımından dolların bahalaşması qaçılmazdır".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 9812   Tarix: 26 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir

8 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr
.

Ölkədən nə qədər mis məmulatları ixrac edilib?

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 24,59 milyon dollar dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac olunub. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki bu, 2025-ci ilin müvafiq dövrünün göstəricis

9 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını

2 sentyabr
.

Prezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr

7 sentyabr
.

Avtomobil bazarında qiymətlər artacaq? - AÇIQLAMA

Avtomobil bazarında son dövrdə canlanma və tələbin artması qiymətlərin gələcək dinamikası ilə bağlı suallar yaradır. Eyni zamanda, avtomobil idxalının həcmi, yeni modellərin bazara daxil olması və valyuta məzənnəsi qiymətlərə təsir edən əsas amillər sırasındadır. 2025-ci ildə Azərbaycana minik avtomobil

10 sentyabr
.

ASCO-nun mənfəəti 38 dəfə artıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin I yarısını 23,386 milyon manat mənfəətlə başa vurub. səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,85 dəfə çoxdur. Yanvar-iyun aylarında ASCO-nun əməliyyat gəlirləri 256,42

4 sentyabr