BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti "Formula" 2023-cü il Azərbaycan Qran-prisində sprint yarışının keçiriləcəyi ilə bağlı xəbərə münasibət bildirib.
BŞH-ın Mətbuat katibi Turab Teymurov "Report"a açıqlamasında sözügedən yarışın Bakıda təşkilinin hələlik "Formula 1" tərəfindən rəsmi təsdiq edilmədiyini söyləyib.
Onun sözlərinə görə, bu istiqamətdə tərəflər arasında danışıqlar aparılır və hər hansı yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək: "Formula One Management bu yarışın coğrafiyasının genişlənməsində və daha çox ölkədə keçirilməsində maraqlıdır".
Qeyd edək ki, "Formula 1"də 2023 mövsümü növbəti ilkə imza ataraq, 24 yarışla yadda qalacaq. Mövsüm martın 5-i Bəhreyndə start götürəcək, noyabrın 26-ı isə ənənəyə sadiq qalaraq Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yekunlaşacaq.
Sayca 7-ci Azərbaycan Qran-prisi 28 - 30 aprelə təsadüf edəcək. Cümə-şənbə günləri, yəni 28-29 apreldə sərbəst yürüşlər və sıralanma turu, 30 aprel - həftənin bazar günü isə final yarışı baş tutacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1263 Tarix: 20 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Asif Məmmədov Premyer Liqada son 18 mövsümün rekordunu qırıb
"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. Bölgə təmsilçisinin kapitanı VII turda "Sabah"la ev matçının son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb
19 oktyabrİtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr
24 oktyabr"Barselona" "Ştutqart"ın futbolçusu Finn Yelçlə maraqlanır
İspaniyanın "Barselona" klubu Almaniyanın "Ştutqart" komandasında çıxış edən Finn Yelçi heyətinə qatmaq niyyətindədir. "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 20 yaşlı müdafiəçini bir neçə aydır izləyir və onun növbət
20 oktyabr"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır
"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd
20 oktyabr"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib
UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca
20 oktyabrAziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"
"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm
25 oktyabr