Vəzifə başında həbs olunan nazirlər - FOTO
Bu gün Naxçıvanın maliyyə naziri Rəfael Əliyev həbs olunub.
Sonxeber.az "qafqazinfo"ya istinadən bildirir ki, Rəfael Əliyev vəzifədə olduğu müddətdə həbs olunan azsaylı nazirlərdəndir. Buna qədər isə cəmi iki nəfər – sabiq səhiyyə naziri Əli İnsanov və sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev - vəzifədə olduğu müddətdə həbs olunmuşdu.
Sabiq səhiyyə naziri Əli İnsanov
1993-cü ildən başlayaraq 12 il Azərbaycanın səhiyyə naziri olan Əli İnsanov 2005-ci ildə vəzifədə olduğu dövrdə həbs edilib. O, 2005-ci il oktyabrın 20-də Milli Məclisə seçki ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla saxlanılıb, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülüb. 2007-ci ilin aprel ayında 11 il müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ildə yeni ittihamlarla onun həbs müddəti 7 il 5 gün artırılıb. Azərbaycan Prezidentinin imzaladığı əfv sərəncamı ilə 2019-cu ildə azadlığa buraxılıb.
Sabiq iqtisadi inkişaf naziri - Fərhad Əliyev
2001-ci ildə iqtisadi inkişaf naziri təyin edilən Fərhad Əliyev dörd il sonra həbs edilib. Belə ki, 2005-ci il oktyabrın 19-da parlament seçkisi ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. 25 oktyabr 2007-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Yuxarıda adıçəkilən şəxslərdən başqa, nazir olan, lakin bu vəzifədən çıxarıldıqdan sonra həbs olunanlar da var.
Onların sırasında sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, sabiq baş nazirlər Sürət Hüseynov, Pənah Hüseyn, sabiq daxili işlər naziri İsgəndər Həmidov, sabiq müdafiə naziri Rəhim Qazıyev, sabiq milli təhlükəsizlik nazirləri Fəxrəddin Təhməzov, Nəriman İmranov, sabiq maliyyə naziri Fikrət Yusifov, sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayevin adlarını çəkmək olar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb