AMEA prezidenti: "İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır"

AMEA prezidenti: "İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır""İranda Azərbaycan dili məqsədli şəkildə yadlaşdırılır".

Bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, İran mahiyyət etibarilə türk dövlətidir:

"İran adlandırılan dövlətə ən qədim dövrlərdən başlayaraq Səlcuqilər, Xarəzmşahlar, Qəznəvilər, Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular, Teymurilər, Səfəvilər, Əfşarlar, Qacarlar kimi Azərbaycan-türk sülalələri hökmdarlıq ediblər. Fars şovinistləri ayrı-ayrı dövrlərdə, xüsusən də XX əsrdə İranda rəhbərliyi zəbt ediblər. Əsrlər boyu İranda ümumi ünsiyyət dili, heç də mövcud rejimin bəyan etdiyi kimi fars dili deyil, həmişə Azərbaycan-türk dili olubdur. İndi də Tehran, Məşhəd və başqa böyük şəhərlərdə müxtəlif millətlərin nümayəndələri bir-birləri ilə ünsiyyət yaratmaq üçün Azərbaycan dilində danışırlar".

İ.Həbibbəyli xatırladıb ki, fars dili məhdud rəsmi dairələrin, Azərbaycan dili isə İranda yaşayan bütün xalqların ortaq ünsiyyət vasitəsidir:

"Buna baxmayaraq, dünya azərbaycanlılarının lideri, Prezident İlham Əliyevin haqlı olaraq dediyi kimi, İranda məktəblərdə tədris olunmadığı üçün Azərbaycan dili məqsədli şəkildə "məişət dili səviyyəsinə endirilib". Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ana dili olan Azərbaycan dilinə süni yollarla çoxlu sayda ərəb-fars sözləri, yad izafət tərkibləri daxil edildiyi üçün orada dilimizin qrammatik quruluşu, bədii üslubu, danışıq dili xüsusiyyətləri ciddi yadlaşdırılma təsirlərinə məruz qalıb".

"İran rejiminin Azərbaycan dilinə bu cür təcavüz etməsi orada yaşayan azərbaycanlıların dilinin qorunub-saxlanılmasını təhlükə altına salıb. Bütün bunlara görə İranda orta və ali məktəblərdə Azərbaycan dili mütləq sistemli və davamlı şəkildə tədris olunmalıdır. Azsaylı ermənilər üçün məktəblər, radio və kilsələr açan, qəzetlər çap edən İran İslam Respublikası çoxmilyonlu azərbaycanlıların ana dilində təhsil almaq hüququnu tanımalıdır. İranda yaşayan 35 milyondan çox azərbaycanlının ana dilində təhsil almaq hüququndan məhrum edilməsi insan haqlarına və ümumiyyətlə insanlığa tamamilə zidd olan qəbuledilməz hadisədir. Cənubi azərbaycanlıların hüquqları bərpa olunmalı, haqq etdikləri bütün azadlıqlar onlara verilməlidir", - AMEA-nın prezidenti əlavə edib./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1030   Tarix: 28 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr