Prezidentin suallara münasibəti açıq və dəqiq oldu

Prezidentin suallara münasibəti açıq və dəqiq olduNoyabrın 25-də Prezident İlham Əliyev Bakıda ADA universitetində keçirilən "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda bölgədə və dünyada baş verən hadisələr, Azərbaycanın qonşuları ilə münasibəti, Qarabağda cərəyan edən hadisələr, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və bir sıra digər mühüm məsələlərlə bağlı Azərbaycanın mövqeyini açıq ifadə etdi.
Ölkə başçısının konfransdakı çıxışında vacib məqamlardan biri yenə İranla bağlı idi. Cənab Prezident bir daha açıq şəkildə İranda yaşayan soydaşlarımızın hüquqlarının pozulması, İranın Qarabağda Yuxarı Gövhərağa məscidini saxtalaşdırması məsələsinə ətraflı toxundu.
Bu gün İran Azərbaycanı onun daxili işlərinə müdaxilə etməkdə günahlandıra bilməz. Bu gün 40 milyon Azərbaycanlının hüququ İranda pozulur, onlar ana dilində təhsil almaqdan məhrum ediliblər. Ancaq sayları o qədər də çox olmayan ermənilərə ana dilində təhsil üçün geniş imkanlar yaradılıb. Bu gün İranda erməni dilində məktəb və mədəniyyət mərkəzləri sərbəst fəaliyyət göstərir. Azərbaycanlılara qarşı bu ayrı-seçkilik və qərəz qəbuledilməzdir.
İranın Ermənistandakı məscidləri fars məscidi adı altında təmir etməsi, Ermənistanın bu cinayət əməllərində şərik olması İslamım prinsiplərinə də ziddir. İran bu əməlləri ilə özünü də ifşa etmiş oldu. Təkcə bu əməllərə görə İranın İslamın adından danışmağa haqqı yoxdur.
Prezident İlham Əliyev konfransda Fransanın Azərbaycana qarşı qərəzli və ədalətsiz münasibətinə də geniş toxundu. Fransa Qarabağla bağlı danışıqlarda birmənalı olaraq vasitəçi ola bilməz çünki artıq öz seçimi ilə bu prosesdə tərəfə çevrilib, ermənidən daha çox erməni olmağa çalışıb.
Fransa Prezidenti Makronun Azərbaycanla bağlı həqiqətləri təhrif edən müsahibəsindən, Fransa Senatının Azərbaycanla bağlı qərəzlə qətnaməsindən, Frankafoniya tədbirində biabırçı sənəddən sonra Azərbaycanın mövqeyi belə də olmalı idi.
Cənab Prezident Türkiyə-Azərbaycan münasibətləri, Azərbaycanın Avropa ölkələri ilə əlaqələri məsələsinə də toxunaraq bu əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılan addımlardan geniş bəhs etdi.
Sonda qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Azərbaycanın daxili və xarici siyasətlə bağlı suallara çox açıq və dəqiq münasibət bildirməsi, çox hazırlıqlı olması konfrans iştirakçıları tərəfindən də böyük rəğbətlə qarşılandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğuru onun açıq, ölçülüb-biçilmiş, bütün məsələlərə dəqiq münasibətinin olmasındadır. Azərbaycanın uğurunu təmin edən amillərdən biri məhz budur.

Elşən Manafov - siyasi sərhçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1050   Tarix: 28 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr