Azərbaycan beynəlxalq problemlərin müzakirə və həll edildiyi məkana çevrilib

Azərbaycan beynəlxalq problemlərin müzakirə və həll edildiyi məkana çevrilibAzərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısına çevrilib. Noyabrın 25-də Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfrans keçirildi.
Tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar.
Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Konfransın işində iştirak edən ölkə başçısı İlham Əliyev burada sələndirilən bütün sualları açıqca cavabladırıb, bir sıra mühüm əhəmiyyət kəsb edən məsələlərə aydınlıq gətirib. Bildirilib ki, Azərbaycan nəinki Cənubi Qafqaz regionunda, həmçinin dünyada mühüm yerə sahibdir. Keçmişlə müqayisədə Azərbaycanın indiki inkişafı, regionda, dünyada mühüm yerə sahib olması sevindiricidir. İqtisadi cəhətdən də Azərbaycan əhəmiyyətli rol oynayır və etibarlı tərəfdaşdır.
İkinci Qarabağ Müharibəsindən sonra dünyada Azərbaycanın rolu daha da artıb. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ən önəmli ölkələrdən biridir. Azərbaycan hazırda güclü iqtisadiyyata, xarici diplomatiyaya və orduya malik bir ölkədir və bütün bunların hamısı Prezident İlham Əliyevin uğurudur. Bunu konfransda iştirak edən xarici ölkələrin nümayəndələri qeyd ediblər.
Qeyd edilib ki, hazırda işğaldan azad edilən Qarabağda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Digər bir vacib məsələ də regionda sülhün bərqərar olmasıdır. Ən əsası isə bu ərazilərdə aparılan tikinti-bərpa işlərin sürəti əmin olmağa imkan verir ki, insanlar yaxın zamanda öz torpaqlarına geri dönəcəklər.
Azərbaycanın artan nüfuzu, yürütdüyü uğurlu xarici siyasət onu göstərir ki, Azərbaycan yalnız iqtisadi cəhətdən yox, eyni zamanda apardığı uğurlu xarici siyasətlə də beynəlxalq arenada öz yerini tutub.
Hazırda beynəlxalq siyasətdə Azərbaycan çox aktiv rol oynayır. Həm torpaqlarını azad edib, sülh prosesini dəstəklədiyi üçün yox, həm də dünyada sülhə dəstək verdiyi üçün Azərbaycan mühüm rola sahibdir. Bu səbəbdən beynəlxalq arenada ölkəmizin əhəmiyyəti gün keçdikcə artır.
Prezident İlham Əliyevin konfransda cavab vermədiyi və ya cavab verməkdə çətinlik çəkdiyi heç bir sual olmadı. O, hətta çaşdırıcı görünən suallardan belə qaçmırdı. Bununla da Azərbaycanın mövcud geosiyasi vəziyyətdə rolu mühüm şəkildə artır və ölkə bütün regionun inkişafının təmin olunması üçün hər şeyi edir.
Vurğulamaq lazımdır ki, artıq ənənə halını alan bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Azərbaycanın regionda və dünyada artan rolu nəticəsində bu gün ölkəmiz beynəlxalq problemlərin müzakirə və həll yolarının axtarıldığı məkana çevrilib.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 844   Tarix: 28 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr