16 yaşlı Turanı öldürən Ruslan barəsində ŞOK DETALLAR: "Onu orada..." - VİDEO
Bir neçə gün öncə Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaqla qətlə yetirməkdə ittiham olunub.
BAKU.WS-in məlumatına görə, qətli törətməkdə şübhəli bilinən Ruslan Səfixanovun polis əməkdaşları tərəfindən saxlanılmasının görüntüləri yayılıb. Onu Çevik Polis Alayının əməkdaşları saxlayıb.
Hadisənin baş verdiyi Şağan Olimpiya İdman Kompleksində olan "Arifoğlu" cüdo klubunun məşqçisi Səfər Əkbərli İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişinə qətlə yetirilən XI sinif şagirdi Turan Rüstəmov və qətli törətməkdə ittiham olunan Ruslan Səfixanovla bağlı fikirlərini bölüşüb:
"Hadisə məşqçilərin arxasında baş verdi. Həmin vaxt hamı tatamiyə baxırdı. Yarış getdiyi üçün arxaya fikir vermirdilər. İdman tarixində hələ belə şey olmamışdı. Onları aralayandan sonra Turanın üzərində qanı gördük. Arenada bir həkim var idi və o da Turana yaxınlaşdı. Hamımız hadisədən sonra şokda idik. Biz Turanı xəstəxanaya çatdıra bilmədik, maşında dünyasını dəyişdi.
Turan Rüstəmov çox mərifətli, tərbiyəli, qanacaqlı bir gənc idi. Bizim region yarışlarımızın da qalibi olmuşdu. Çox istedadlı idmançı idi. Bu günə kimi heç bir idmançı və məşqçi onun barəsində mənfi fikir bildirməmişdi.
Ruslan Səfixanovu zatən hamı tanıyır. Biz onu yarışa dəvət etməmişdik. Biz onun atası ilə danışmışdıq və onu dəvət etmişdik. Atasının işi çıxıb deyə onu göndərmişdi. Onu da ki, yığma komandadan dəfələrlə qovublar. Onun keçən il də söz-söhbəti olmuşdu. Ruslan haqqında kimdən soruşsaz, heç kim müsbət rəy demir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5072 Tarix: 30 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bibiheybət yolunda hərəkət məhdudlaşdırılacaq
Bu gün saat saat 23:00-dan 26 dekabr saat 08:00-dək Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunda (20-ci sahə istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti qısa müddətli məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məluma
25 dekabrHava şəraiti ilə bağlı gəmilərə - Xəbərdarlıq
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilib ki, dekabrın 25-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyinin 18-2
24 dekabrYer kürəsində maqnit qasırğası başladı
Dekabrın 25-də Milad günü Yer kürəsində maqnit qasırğası ehtimal olunur. xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb. Bildirilir ki, gözlənilən maqnit qasırğası zəif intensivlikdə olacaq, lakin buna baxmayaraq, bəzi insanlar onun təsirini hiss edə bilər. Alimlərin açıqlamasına görə
25 dekabrSumqayıt Texniki Kollecinin 21 illik direktoru işdən çıxarıldı
Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin 21 illik direktoru Mətanət Səfər qızı Piriquliyeva vəzifəsindən azad olunub. "Qafqazinfo" xəbər verir ki, məlumatı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində
24 dekabrEdinburq deyil, Kəlbəcərdir... - Video
Hazırda Kəlbəcərdə qarlı hava şəraiti hökm sürür. "Qafqazinfo"nun məlumatına görə, Yeni ilə sayılı günlər qalmış nağıla bənzəyən Kəlbəcər heç də Avropa şəhərlərindən geri qalmır. Görüntülərə baxanda bir anlıq Edinburqda olduğunuzu düşünə bilərsiniz, amma bura işğaldan azad edilən doğma Kəlbəcərdir
26 dekabrKredit mexanizmlərindən yararlanan tələbələrin sayı artacaq" - Səbuhi Rzayev
2030-cu ilə qədər 21 peşə təhsili müəssisəsi yenidən qurulacaq, 2 peşə təhsili müəssisəsində isə əsaslı təmir işləri aparılacaq. xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Tələbə Təhsil Krediti Fondun 4 illik fəaliyyətinin yekunların
25 dekabr